nermine abbasova

Nərminə Abbasova: “Bu halda müalicə yalnızca cərrahi olaraq aparılır”

Baxış sayı: 506

“Xora mədə və onikibarmaq bağırsağın mədə turşusu və həzm mayelərinin təsiri nəticəsində yaranan toxuma itkisidir. Toxuma itkisi pepsin fermentinin təsiri nəticəsində daha dərin qatlara keçə bilər. İnflamasiya dediyimiz yara meydana gətirə bilər.

Bunu “Gencaile.az” saytına Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova deyir.

Həkim-terapevt bildirdi ki, onikibarmaq bağırsaq xorası mədə xorasına nisbətdə daha çox görülür. Onun sözlərinə görə, onikibarmaq bağırsaq xorası 30-50 yaş arası rast gəlinir və kişilərdə qadınlara nisbətən 2-4 dəfə daha çox görülür. Mədə xorası isə 60 yaşdan yuxarı daha çox rast gəlinir və qadınlarda kişilərə nisbətən daha çox görülür:

“Ən çox görülən əlamət qarnın üst hissəsində yanma şəklində olan ağrıdır. Ağrı ümumilikdə qida qəbulundan bir müddət sonra başlayır. Ağrı gecə xəstəni yuxudan oyadır. Qida qəbulu ilə və mədə turşuluğunu azaldan dərmanlarla ağrı bir neçə dəqiqə ilə bir neçə saat arasında azalır. Payız aylarında ağrıların intensivliyi artır”.

Nərminə xanım qeyd etdi ki, xora olan xəstələrdə daha az meydana gələn əlamətlər bulantı, qusma, iştahsızlıq və arıqlamadır:

“Ən böyük səbəb Helikobakteri Pilori bakteriyasıdır və düzənsiz istifadə olunan aspirin və digər QSİƏM dərman preparatlarının qəbuludur. Digər səbəblər arasında genetik meyillilik, hər növ stress, hormon tipli dərmanlar, alkoqol, siqaret çəkmə, kofe qəbulu, ətraf mühitin çirkliliyi göstərilə bilər”.

N.Abbasova bildirdi ki, Xora xəstəliyinin təhlükəli nəticələri qanama və mədənin deşilməsidir:

Həzm sistemi qanaxmalarının ən böyük səbəbi xoradır. Bəzən heç vaxt mədə ağrısı olmayan insanlarda da görülə bilər. Böyük bayıra gedərkən qara qətran rəngli nəcis olur. Başqa əlamətlər olmadan bu tip böyük bayıra gedərkən bu halnan rastlaşan insanlar təcili olaraq həkimə müracət etməlidirlər. Qusma və qara nəcis olmadan ani gələn halın pisləşməsi, soyuq tərləmə hallarında üst qastrointestinal qanamadan şübhələnilməlidir”.

Həkim deyir ki, mədənin deşilməsi mövcud xoranın dərinliyinin artması və bütün mədə-duedenum qatlarının keçilib deşilməsidir:

“Mədə turşusu-pepsin tərkibli qarışıq qarın boşluğuna keçib birdən-birə şiddətli ağrı yaradır. Qarın taxta kimi sərtləşir, tərpənmə və yerimə ağrı səbəbindən çətinləşir. Bu halda müalicə yalnızca cərrahi olaraq aparılır”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir