masin

SSRİ-də avtomobilləri necə adlandırırdılar?

Baxış sayı: 444

SSRİ dövründə istehsal edilən avtomobillərə ad qoyulması məsələsi ilə bağlı maraqlı faktlar var. Maraqlı olacağını nəəzərə alıb, bu faktları oxucularına təqdim edirik.

 

1.”Pobeda”

Bakıda da “Pobeda” avtomobilinə mahnı da qoşmuşdular. Əldə edilən fakta əsasən, əvvəlcə bu avtomobilə “Rodina” (vətən) adını vermək istəyiblər. Amma Stalin “Vətəni neçəyə satacaqsınız?”-sualını verib. Bundan sonra isə “Pobeda” versiyası işə düşüb.

 

2.”Çayka”

1950-ci illərin sonundan 1980-ci illərin sonuna qədər SSRİ-də yüksək rütbəli dövlət xadimləri “QAZ-13” və “QAZ-14” avtomobillərindən istifadə ediblər. Bu maşınlara “Çayka” deyilirdi. Çünki bu maşınlar Qorki avtomobil zavodunda istehsal edilirdi. Eyni zavod isə “Volqa” maşınlarını istehsal edirdi. Volqadan üstün nə ola bilərdi? Təbii ki, qağayı. Çünki Volqa çayının üzərində daim qağayılar uçuşurdu. 1988-ci ildə bu model istehsaldan çıxarıldı.

 

3.”Jiquli”

Zavodun tikintisində avtomobilə ad vermək daha çətin idi. Hətta bu məqsədlə müsabiqə də təşkil edildi. Minlərlə variant arasında seçim etmək çox çətin idi. Nəticədə Tolyatti yaxınlığındakı Jiquli dağlarının adı seçildi.

 

4.”Lada”

Linqvistlər düşündülər ki, xaricə satılan maşınlara “Jiquli” adı vermək düz çıxmaz. Çünki “jiqolo” sözü xaricdə pis mənaya gəlirdi. Bu səbəbdən avtomobillər eksporta “Lada” adı ilə çıxmağa başladı.

 

5.”Zaporojets”

SSRİ-də ən məşhur avtomobil idi. Bu maşını növbəyə durmadan da almaq mümkün idi. “Zaporojets” əlillər üçün nəzərdə tutulmuşdu. Bu səbəbdən SSRİ-də də, Bakıda da bu maşınlara çox vaxt “invalidka” deyirdilər.

 

6.”Niva”

1970-ci illərin əvvəlində avtomobil zavodlarına yeni tapşırıq verildi: “Yolsuzluq şəraiti üçün komfortlu avtomobil istehsal etmək. 1972-ci ildə “VAZ”da sınaq nümunəsi istehsal edildi. Avtomobil “Niva” adlandırıldı. Bu maşın ilk növbədə kənd yolları üçün nəzərdə tutulmuşdu. Bu səbəbdən də belə adlandırıldı. Amma əslində reallıq başqadır. Avtomobili Prusov və Solovyov adlı konstruktorlar istehsal edib. Onlardan birinin Natalya və İrina adlı iki qızı var idi. Digərinin isə Vadim və Andrey adlı iki oğlu olub. Bu səbəbdən uşaqların adlarının baş hərflərindən istifadə edərək “Niva” adını ortaya çıxardılar. “Niva” xarici ölkələrdə kifayət qədər baha satılırdı. Məsələn, Almaniyada bu avtomobil 20 min marka, İngiltərədə isə 8 min sterlinqə satılırdı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir