Nermine Abbasova

Nərminə Abbasova: “Ən yeni müalicə üsulları da bu bakteriyanın qarşısında acizdir”

Baxış sayı: 832

Helicobacter Pylori – ən çox mutasiya olunan, rəhmsiz, onkogen bakteriyalar hesab edilir ki, onun qarşısını almaq çox çətindir. Dünya əhalisinin 58%-i isə bu bakteriyanın daşıyıcısıdır. Ən yeni müalicə üsulları belə bu bakteriyanın qarşısında aciz qalır”.

 Bu barədə Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova danışıb.

Nərminə xanımın sözlərinə görə, Helicobacter Pylori bakteriyasının törədə biləcəyi bir neçə fəsadları var:

“Helicobacter Pylori mədə-bağırsağı məhv edir. Qastrit, xora, onikibarmaq bağırsağın yaralarının ən birinci səbəbkarıdır. Hətda Beynəlxalq Agentlik Helicobacter Pylori bakteriyasının 1 dərəcəli kanserogen olduğunu hesab edir. Bu bakteriyanın qorxulu tərəfi isə yoluxucu olmasıdır. Yoluxma adi qab, fincan, öpüş, fekal-oral, çirkli əllər vasitəsilə asanlıqla keçə bilər. Ona görə ona nəsil və ya ailəvi xəstəlik də deyirlər”.

Həkim bildirib ki, sözügedən bakteriyanın çoxsaylı növləri var. Sakit və aqressiv olaraq iki tipə ayrılır:

“Bakteriya xarici görünüşə də təsir göstərir. Həmçinin bir çox dəri xəstəliklərinin səbəbkarıdır: atopik dermatit, civzə, sızanaq, psoriaz və sair. Onu da deyim ki, diaqnostikası asan, müalicəsi isə bir o qədər çətindir. Nəfəs və qan analizi vasitəsilə aşkarlanır. Amma müalicəsi uzun və kompleksli şəkildə aparılır. Müalicə əsasən antibakterial dərmanlar və xüsusi pəhrizlərlə aparılır”.

Mədə turşusu sekresiyasına təsir edən xüsusi müalicə ilə bakteriyanı azaltmağın mümkünlüyünü qeyd edən həkim-terapevt vurğulayıb ki, xəstələr siqaret, içki və stresdən maksimum uzaq olmalıdır.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir