sitare Huseynli

Şüuraltı çalışmaları – PSİXOLOQ YAZIR

Baxış sayı: 700

Dövrümüzdə artıq hər kəsə məlum olmağa başlayır, sözügedən şüuraltı çalışmalarının gücü.

Şüuraltı çalışmalarında məqsəd, şəxsin baxış bucağını dəyişmək, qərarvermə mexanizminə təsir etməkdir.

Gizli qalmış qorxularımızın, arzularımızın, travmalarımızın gizləndiyi yer ŞÜURALTI.

Süuraltı dəyişimi sevməz, ardıcıllığı sevər, uyğunsuzluq nifrət etdiyi şeylərdəndir. Şüuraltı üçün yaxşı və ya pis yoxdur. O sadəcə təkrarlanan fikirləri doğru qəbul edib, onlar üçün sübutlar axtarar. Mən deyərdim ki şüuraltına təsir gücünün ən effektiv yolu subniminal şüuraltı təsirdir.

suuralti

Bunlar

  • Tachitoscopic görüntülər: filim, reklam kadrlarında gözün tuta bilmədiyi fləş görüntülər.
  • Səs mesajları: fona gizlənmiş normal danışıqların, musiqilərin fonunda gizlənmiş və ya sürətləndirilmiş səslərdir

Günümüzdə minlərlə bu cür mesajlarla qarşılaşırıq. Lakin əsas şərt beynimizin bu gücünü xeyrimizə dəyişə bilməkdir . Və bundan yaşantımıza xeyirli tesir vasitəsi kimi istifadə edə bilməkdir. Düzdür, süuraltımız neçə mesajlarla qarşılaşır, ancaq çoxu sürətlə unudulur.

SUURALTI 1

3 tip mesajı isə şüuraltı unutmaz!

  • Ölüm
  • Dəhşət
  • Çılpaqlıq

Bunlar şüuraltına yerləşir və şüuraltı etiraz etmədən qeydə alır. Və bunlardan filim, reklam və satışlarda istifadə olunur, bunu artıq bir çox mənbələrdən bilirik.  Amma bunu istəklərimizə, irəliləyişimizə tətbiq etmək mümkündür.

 

Psixoloq Sitarə Hüseynli




6 şərh “Şüuraltı çalışmaları – PSİXOLOQ YAZIR

  1. Perviz Abbasov

    Şüuraltı şüura tabedir. Şüuraltı şüurun hər dediyini edir, uşaq kimidir, möhtəşəm bir potensiala malikdir, amma safdır, şüurun hər dediyinə inanır. Məsələn, bir insan sarımsağın onun ürəyini bulandırdığına inanıbsa, şüuraltı ona hər yerdə sarımsağı tapacaq, içində sarımsaq olduğunu heç kimin hiss etmədiyi yeməklərdə belə sarımsağı dərhal hiss edəcək. Hətta sarımsağın iyini belə hiss edəcək və şüura xəbər verəcək.

    Cavabla
  2. Meleyke Salamova

    Şüuraltı 24 saat fəaliyyətdədir, şüuraltı yatmır. O, gecə şüur yuxudaykən belə fəaliyyət göstərir, bədənin bütün fəaliyyətini idarə edir.

    Cavabla
  3. Solmaz Məhərrəmova

    Ziqmund Freydə görə, təkcə yuxular deyil, həm də xatirələr, travmalar, şəxsiyyət pozğunluqları və fobiyalar bilavasitə şüuraltı ilə bağlıdır. Freydə görə, insanın şüuraltına itələdiyi qorxular və üzləşməkdən çəkindiyi xatirələr onun bütün həyatına və insani münasibətlərinə dərindən təsir edir.

    Cavabla
  4. Aygun Agayeva

    Şüuraltı çalışma sistemi bu şəkildədir və qəti halda diqqətiniz haradadırsa, nəticələriniz də orada yaranar.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir