VALIDEYN

Tətil zamanı uşağınızla nə etməlisiniz? – VALİDEYNLƏR OXUSUN!

Baxış sayı: 398

Qarşıdan gələn Novruz bayramı ilə əlaqədar bizi 7 günlük qeyri-iş günləri gözləyir. Novruz tətili həm də uşaqlar üçün sevinc mənbəyi olur. Ancaq  övladınız tətildə olduğu zaman onu nənə və babasının yanına göndərmək həmişə mümkün olmur. Belə hallarda uşağınızın evdə sıxılmaması üçün ehtiyat planınız olmalıdır. Amma müasir tendensiyaları da nəzərə almalıyıq.

Məsələn, uşağınızdan günlərinin necə keçdiyi barədə vlog çəkməsini xahiş edə bilərsiniz.

valideyn

Bu vəziyyətdə onun qarşısına məqsəd qoymaq lazımdır. Hər gün üçün başqa kiçik yaradıcı tapşırıqlar verə bilərsiniz. Burada uşağın maraqlarına və onun imkanlarına əsaslanmaq vacibdir. Başqa bir yaxşı fikir piknikidir. Ailənizlə birlikdə bağda bir həftə sonu təşkil edə və ya qonaqları mənzilinizə dəvət edə bilərsiniz. Bununla yanaşı, uşağın dostlarını cəlb edə bilərsiniz.

Filmlərə və cizgi filmlərinə baxmaq da gündəlik həyatınızı rəngləndirəcək. Hər axşam uşaqlarınızla birgə yaxşı gün keçirmək üçün bir neçə cizgi filmi seçməlisiniz.

valideyn

Hər axşam belə bir fəaliyyətə həsr etmək istəmirsinizsə, o zaman hər çərşənbə axşamı və ya hər hansı digər münasib gündə bir araya gələrək film izləməyi ənənəyə çevirə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir