aparici

Tanınmışlar hansı aparıcıları bəyənirlər? – BİZİM SORĞU

Baxış sayı: 2. 575

Maraqlıdır, bəs tanınmışlar hansı teleaparıcıları bəyənirlər. Elə bax bu mövzuda bir sorğu aparmışıq, buyurun tanış olun!

Tahir Əmiraslanov, Azərbaycanın Milli Kulinariya Mərkəzinin (MKM) prezidenti:

–           Xoşuma gələnlər  Səyyarə xanım (Ovqat), Nərgiz Cəlilova, Aytən Səfərova ( Space), Aynur Talıbova, İlhamiyyə (əvvəllər “Gecə kanalı”nda Həmid bəylə veriliş aparırdı), Saleh (İTV) və Azər Qəribdir. Bunlar adam dilində danışa bilirlər.

Bəyənmədiklərim isə  bütün mətbəx verilişərinin aparıcılarıdır. Çünki nədən danışdıqlarını belə bilmirlər, verilişə hazırlaşmırlar.

 

Vüsalə Mahiqızı (“APA Holding”in direktoru)

–           Internetdə paylaşılmasa heç bir telekanaldan veriliş izləmirəm. Bəyənməmək məsələsi deyil, sadəcə, mən xəbərləri işimin tələbinə görə yalnız kompüterdən izləyirəm. Ona görə də yerli TV-lərdə hansısa aparıcını və ya verilişi izləmirəm. Amma bizim televiziyalarda da peşəkar jurnalistlər var. Məsələn, Ibrahim Məmmədov, Mirşahin, Vəsilə Vahidqızı, Vaqif Aydınoğlu. Bu jurnalistlərin xəbəri, medianın nə olduğunu bildiklərini bilirəm. Ona görə də peşəkar olduqlarını qeyd edirəm. Təzələri tanımıram açığı…

İradə Tuncay, yazıçı:

–           Düzü, mən televizora baxmıram…246369

Eldar Qasımov ( “Evrovision” mahnı müsabiqəsinin qalibi)

–           Bəyəndiklərim  Nərgiz Cəlilova, Hüsniyyə Məhərrəmova, Rüfət Ağayev, Kamilə Babayeva və daha bir neçə istedadlı aparıcının qeyd edə bilərəm.

Xoşuma gəlməyən aparıcılar isə  həddindən artıq çoxdur. Mənə elə gəlir ki, onların adlarını yox, onları birləşdirən mənfi cəhətlərini sadalasam, daha konkret və tez olar:

– danışıq qabiliyyəti, mədəniyyəti olmayanlar,

– zövqdən anlayışı, müəyyən təhsili olmayanlar.

Fikrimcə, aparıcının intellektual səviyyəsi çox yüksək səviyyədə olmalıdır, çünki məhz onlar ekran vasitəsi ilə xalqı müəyyən dərəcədə tərbiyə edirlər.

Hərdən verlişlərə baxıb təəccüblənirəm, hansı ağılla bu aparıcıları efirə buraxırlar.

Və heç bir reytinq, pul və başqa məsələlər buna bəraət qazandıra bilməz. Çünki söhbət millətimizi maarifindən, tərbiyyəsindən və ölkəmizin sağlam gələcəyindən gedir.

Rəşad Mehdili (teleaparıcı)

–           Mən hansısa aparıcını qiymətləndirmək üçün düşünürəm ki çox gəncəm. 8 ildir müxtəlif verilişlərin və xəbərlər proqramının aparıcısıyam. Efirdən tamaşaçısına hörmət edən, bütün aparıcıları bəyənirəm!

Tamaşaçısına, qonağına və müsahibinə “siz” deyə müraciət etməyən bütün aparıcıları isə bəyənmirəm.

Mənim üçün özünə və ətrafındakılara şəxsiyyət kimi yanaşmayan aparıcı peşəkar deyil.

Müəllimim Rafiq Hüseynovun mənə öyrətdiyi ilk şey hər kəsə aşağıdan yuxarı baxmaqdır. Çalışıram belə baxım. Əgər nə vaxtsa, yuxarıdan aşağıya baxsam, bilin ki, mən aparıcı deyiləm!

Ad çəkməmi istəyirsinizsə, bəyəndiyim xəbər aparıcıları, həmkarlarım: Ruslan Həsənov, Mehman Mehdiyev, Ceyhun Səfərov və Ramiz Həsənovdur. Adları bu dəqiqə yadıma düşən bunlardır. Şou və ya buna bənzər verilişlərin aparıcılarını isə detallı olaraq izləmədiyim üçün konkret ad çəkə bilməyəcəm.metanet_eliverdiyeva_0004

Rühəngiz Allahverdiyeva (müğənni)

– Teleməkanda 2 aparıcının vurğuyam, yəni çox bəyənirəm. Bunlardan biri  İTV telekanalında “Səhər” proqramının aparıcısı olan Saleh, digəri isə, ATV telekanalının aparıcısı olan Xoşqədəm xanımdır.

Bu insanların danışıq tərzinin və mədəniyyətinin vurğunuyam. Bunu da qeyd edim ki, hər adama, hər aparıcıya insan demək olmaz. Bax bunlar əsl insandırlar…

Ramin İbrahimov ( teleaparıcı, şoumen)

–           ATV-nin bütün xəbər aparıcılarını bəyənirəm. Ilhamə Bədəlova, Zaur Baxşəliyev və s… Ən çox bəyəndiyim teleaparıcı isə Turan İbrahimovdur.

Bəyənmədiyim aparıcılar isə  efirdə rus sözləri işlədib, Azərbaycan dilini doğru-dürüst bilməyib efirə çıxanlardır…

Murad Arif ( teleaparıcı)

–           Bəyənmədiklərimi qeyd etmək üçün bir o qədər də təcrübəm çatmır.

Ən çox bəyəndiyim isə  Könül Arifqızıdır! Hesab edirəm ki, Könüllə ölkə teleməkanına kübarlıq, ziyalılıq və səlis nitq qayıdıb.

Həmkarlarımdan demək olar ki, çox razıyam. Bizim telekanallarda format, profil, keyfiyyət və yatırım problemi yaşanır. Aparıcıların isə bu problemə aidiyyatı birinci dərəcəli deyil. Cari problemlər aradan qalxsa, bəyənmədiyimiz aparıcı da efirdə uğurlu görünə bilər.

İlqar Əliyev (model)

–           Bəyəndiklərim Şəhriyar Əbilov, Cavid Gül və İlkin Həsənlidir. Çünki onlar yaradıcı insanlardır, kreativdirlər. Yəni daim yeni bir şeylər fikirləşirlər, can yandırırlar.

Çox heyif ki, bunların içində özüm yoxam. Çünki götürən, dəvət edən yoxdur.

Bəyənmədiyim isə Elgizdir. Televiziyaya layiq deyil. Ola bilər ki, arxa planda çox işlər görsün. Amma görünüş olaraq heç uyğun deyil. Hansısa bir xarici vətəndaş Elgizə baxsa, deyəcək budur azəri aparıcılar?!

Aparıcı insan xalqdan seçilməlidir. Fərqli olmalıdır. Çünki onlar bizim simalarımızdır. Heyfim gələn odur ki, sadəcə, layiq olmayanlar efirdə, layiq olanlar isə kənarda qalıb.ilkin_heseni_0144-300x222

Sədaqət Rəşidqızı (aparıcı)

–         Sözün düzünü desəm, teleməkanda son zamanlar peşəkar aparıcılara az-az rast gəlirəm. Amma bir neçə aparıcı var ki, həqiqətən də, işinin öhdəsindən layiqincə gələ bilirlər. Onlardan Murad Arif, Saleh Bağırov, Kamran Həsənli və Zabir Əliyevin adlarını çəkə bilərəm.

Bəyənmədiyim aparıcılar isə çoxdur. Mən çox istərdim ki, televiziyaya aparıcıları peşəkarlar qəbul etsin. Bəlkə onda bu biabırçılığa son qoyular.

Aytən Əhmədova (aparıcı)

–           Işlərini bilən, xəbərdən başı çıxan, xəbəri yeyib həzm edərək çatdıran aparıcıları bəyənirəm. Bəyənmədiyim isə  efirə tamaşaçıdan çox özünü fikirləşib çıxanlardır. Efirdə əsas geyim yox, xəbərdir.

Bəyəndiklərim Vaqif Aydınoğlu, Ceyhun Səfər, Lalə Azərtaş, Samirə Mustafayeva, Mirşahin, Qənirə Ataşovadır. Radiodan isə Mətanət Əliverdiyevanı çox bəyənirəm.

Məhsəti Şərif  Özyürək, jurnalist:

–           Aytən Səfərova  “Xəbərlər” verilişinin aparıcısı olanda onu çox bəyənirdim. Hətta ondan nəsə öyrənməyə çalışırdım. Onun təmiz diksiyası örnək olunacaq səviyyədədir. Bundan başqa, savadlı aparıcıdır. Yazılanları oxumurdu, xəbərin mahiyyətini anlayırdı.

Eyni zamanda Zənurə Talıbova, Mehman Mehdiyev və Ceyhun Əli xoşuma gəlir. Çünki onların savadına bələdəm. Məncə, aparıcı savadlı olmalıdır. Sadəcə, gözəl görünüş və səlist üzündən oxumaq yetərli deyil. Bu insanlar bir neçə dil bilir. Həm də yaxşı repartyordular. Məncə, yaxşı aparıcı olmaq üçün öncə yaxşı repartyor olmalısan. Ömrü boyu bir yazı yazmayan, araşdırma etməyən insandan aparıcı olmaz. Olsa-olsa diktor olar. Çıxsın, redaktorun yazdığını oxusun və getsin. Yeni çıxan aparıcılar kimi… Oxuduqlarının mahiyyətini bilmədiklərindən gülünc görsənirlər.

Samirə Mustafayeva və Nigar Mahmudovanı isə xarici görünüşlərinə görə çox bəyənirəm. Məncə, onlar Azərbaycanda görünüşə görə ən gözəl aparıcılardır. Ceyhun Səfərov isə ən yaraşıqlı kişi aparıcıdır. Düzdür, indi bir az kökəlib. Amma yenə də onu bəyənirəm.

Leyla Ramazanlı ( müğənni)

–           Hamısını bəyənirəm. Ayrı-seçkilik salmaq istəmirəm. Həm də hərəsinin özünə görə mənfi və müsbət xüsusiyyətləri var.

 

Hazırladı: Elmir Ağayev




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir