pizza

Kənd pizzası – RESEPT

Baxış sayı: 2. 294

Toyuq əti və kəsmiklə hazırlanan kənd pizzasının hazırlanma qaydasını təqdim edirik:

Tərkibi:

xəmir:

250 ml süd
2 x.q. şəkər tozu
11 q quru maya
125 q kərə yağı
350-400 q un
0,5 ç.q. duz

iç:

250 q kəsmik
100 q göyərti (soğan və şüyüd)
200-250 q bişmiş toyuq filesi
100 q pendir
duz
qara istiot
1 x.q. mannı

Bir kasada 0,5 st. isti su və ya südü 1 x.q. un, 1 x.q. şəkər tozu və maya ilə qarışdırın. İsti yerdə 7-10 dəqiqə saxlayın.



Dərin ləyənə un ələyin, isti süd, əridilmiş yağ və baratanı, duz və şəkər tozunu əlavə edin, yoğurun. İsti yerdə 1-1,5 saat, həcmi iki dəfə qalxanadək saxlayın. Bu müddət keçdikdən sonra ətləyin, daha 30-40 dəqiqə şişməsini gözləyin.



Xəmiri iki yerə bölün. Hər birini 1 sm qalınlıqda yayın (28 sm diametrdə), perqament döşənmiş siniyə qoyun.

İç: göyərtini xırda doğrayıb kəsmik, duz və istiotla qarışdırın. Toyuq ətini didin. Pendiri sürtgəcin iri gözündən keçirin.

Xəmirin üzərinə mannı səpin (xəmir sulanmasın deyə). Əvvəlcə göyərtili kəsmiyi döşəyin, sonra toyuq ətini düzün, pendir səpin.



200 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə, üzəri qızaranadək bişirin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir