Üşümə, yorğunluq, kilo artımı, ürək döyüntüsü, əsəbilik və iştahasızlıq kimi bir neçə əlaməti olan tiroid xəstəliyi qadınlarda daha çox görülür.
Tiroid vəzin az işləməsi başda sonsuzluq olmaqla bədəndə bir çox problemlərə səbəb olur.
Maddələr mübadiləsinə nəzarət edən tiroksin (T4) və triiodotironin ( T3) hormonlarını ifraz edib qana axıdan tiroid vəz boynun ön tərəfində yerləşir.
Sağlamlıq üçün tiroid hormonlarının davamlı və lazımlı miqdarda ifrazı vacibdir. Az miqdarda ifrazı bədən funksiyalarının yavaşlamasına, çox miqdarda ifrazı isə bədən funksiyalarının sürətlənməsinə səbəb olur.
Tiroid vəzin az işləməsinin əlamətləri:
Halsızlıq, yorğunluq, yuxu halı
Hafizə və diqqət problemləri
Həzm problemi və kilo artımı
Saçlarda quruluq və tökülmə
Dəridə quruluq və həssaslıq
Üşütmə
Depressiya
Əzələ ağrısı və əllərdə keyimə
Yüksək təzyiq və ürək sürətinin artması
Xolesterol səviyyəsində artım
Hipertiroidi olan qadınlarda hamiləlik çətin yaşanır. Düşük ehtimalı artır. Tiroid hormon əskikliyi ana bətnindəki körpənin zəka və fiziki inkişafına da mənfi təsir edir.
Əsəbi və səbrsiz insanlarda tiroid vəzi daha çox işləyir
Tiroid vəzin çox işləməsi zamanı əsəbilik, çox həyəcan, həssaslıq, kilo itkisi, istiyə dözümsüzlük, çox tərləmə, titrəmə, ürək döyüntüsü, dəri və dırnaqlarda dəyişiklik, qüvvət azalması, göz qapağının yuxarı doğru çəkilməsi ilə gözlərin önə doğru çıxması kimi fərqli əlamətlər ortaya çıxır.
Planlı müalicə şərtdir
Radioaktiv yod müalicəsi edilir. Tiroid vəzin yetərsiz fəaliyyəti zamanı bədəndə çatışmayan T4 hormonu ağızdan verilir.
Tiroid vəzin çox çalışması zamanı radioaktiv yod müalicəsi ilə artan hormon miqdarı azaldılır. Pis xassəli düyünlər isə əməliyyatla aradan götürülür.