usaqpulu

Uşağa görə verilən 200 manat pulu BELƏ ALA BİLƏRSİNİZ – Valideynlər, DİQQƏT!

Baxış sayı: 524

Ölkəmizdə uşağın anadan olmasına görə birdəfəlik 200 manat məbləğində müavinət nəzərdə tutulub. Apardığımız sorğu onu göstərdi ki, bu müavinətdən hələ də xəbərsiz olan valideynlər var. Məhz bunu nəzərə alıb, sözügedən müavinətin əldə edilməsi prosedurlarından bəhs edəcəyik.

2019-cu ilin aprelin 1-dən Dövlət Sosial Müdafiə Fondu tərəfindən uşağın anadan olmasına görə 200 manat məbləğində birdəfəlik müavinət müəyyənləşdirilib. Lakin bu müavinəti alanlar da var, bundan xəbərsiz olanlar da.

DSMF-nin mətbuat katibi Rəşad Mehdilinin sözlərinə görə, uşağın anadan olmasına görə birdəfəlik müavinəti həm işləyən, həm də işləməyən valideynlər ala bilər.

resad mehdili

Rəşad Mehdili qeyd edir ki, işləyən valideynə məcburi dövlət sosial siğortası hesabına uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyinatı proaktiv qaydada həyata keçirilir.

Rəşad Mehdili bildirir ki, hər iki valideyn işləmədiyi halda birdəfəlik müavinət Azərpoçt MMC vasitəsilə çatdırılır. Həmin vəsaiti Azərpoçtun istənilən filial və ya şöbəsindən əldə edə bilərlər.

Qurum rəsmisi əlavə edib ki, müavinətlə bağlı əlavə məlumat almaq üçün DSMF-nin sosial siğorta və fərdi uçot üzrə mərkəzi filialının çağrı mərkəzinin (012)562 20 11 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Qeyd edək ki, uşağın anadan olmasına görə birdəfəlik müavinət üçün müraciət müddəti məhdudlaşdırılmır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir