Aysu-Eliyeva

Uşaqlarda diqqət və yaddaşın inkişafı üçün effektiv texnikalar

Baxış sayı: 628

Diqqət və yaddaş uşaqların öyrənmə prosesində əsas psixoloji funksiyalardandır. Məktəbəqədər dövrdən başlayaraq onların düzgün inkişafı təhsil nailiyyətlərinə, sosial bacarıqlara və ümumi intellektual səviyyəyə birbaşa təsir göstərir. Bu səbəbdən valideynlər və müəllimlər uşaqlarda diqqət və yaddaşı gücləndirmək üçün məqsədyönlü yanaşmalar tətbiq etməlidirlər. Xüsusilə məktəb yaş dövründə təlim prosesində öyrənmənin keyfiyyəti birbaşa diqqət və yaddaşdan asılıdır. Çünki dərsə diqqətini verə bilməyən uşaq yadında saxlaya bilmir. Materialı unudur, ev tapşırığının yerini unudur bu isə özlüyündə öyrənmənin keyfiyyətinə mənfi təsir göstərir.

 1) Uşaqlar oyun vasitəsilə öyrənirlər. Yaddaş və diqqəti inkişaf etdirən oyunlar həm əyləncəli, həm də faydalıdır. Valideynlərə ev şəraitində edə biləcəyi effektiv və bir o qədər də əyləncəli, maraqlı oyunlar aşağıdakıları qeyd edə bilərik:

-“Kim yadında saxladı?” (bir neçə əşyanı göstərib sonra gizlətmək və uşağa soruşmaq)

-“Söz zənciri” (ardıcıl sözlər demək və uşağın əlavə etməsi)

-Tapmacalar və yaddaş kartları.

Bu cür oyunlar həm qısa müddətli, həm də uzun müddətli yaddaşı gücləndirir.

2) Kitab oxumaq uşaqların diqqətini toplama qabiliyyətini artırır. Hekayəni dinlədikdən sonra onun məzmununu danışmaq və ya suallar vermək, həm mətn yaddaşını, həm də məntiqi düşünməni inkişaf etdirir.

3) Uşaqlar çox vaxt vizual öyrənənlərdir.Yəni onlarda öyrənmə və diqqəti inkişaf etdirmək üçün əyani vəsaitlərin olması effektiv nəticələr yaradır . Şəkillər, diaqramlar, rəngli kartlar və şəkilli kitablar diqqəti cəlb edir və yadda saxlamağı asanlaşdırır. Rəng və simvollar yaddaş izini gücləndirir.

4) Düzgün gündəlik rejim-Yuxu və qidalanma uşaqların koqnitiv funksiyalarına ciddi təsir göstərir.

5) Zehni masaüstü oyunlar- Şahmat, sudoku kimi oyunlar uşaqlarda diqqət və yaddaşa, zehni inkişafa müsbət təsir göstərir.

6) Uşaqlara kiçik tapşırıqlar vermək, məsələn:

-şəkillər arasındakı fərqi tapmaq,

-qarışıq sözləri düzgün qaydada düzəltmək,

-fokuslanma tələb edən rəngləmə işləri etmək diqqəti toplama bacarığını inkişaf etdirir.

Diqqət üçün əlavə bu oyunlar da faydalı ola bilər.

– Kasada üzük gizlətmək oyunu

-Gizlədilən əşyanı tap oyunu

– Domino

– Labirint

– Jenqa

– Eynisini tap

– Fərqli olanı tap

– Ad oyunu və s.

 

Texnologiyadan həddindən artıq istifadə diqqətin dağılmasına səbəb ola bilər. Lakin məhdud və nəzarətli şəkildə istifadə olunan tədris tətbiqləri yaddaş və diqqəti inkişaf etdirməkdə faydalı ola bilər.

Diqqət və yaddaşın inkişafı uzunmüddətli və mərhələli prosesdir. Valideynlər və müəllimlər uşaqlara uyğun metodları seçərək öyrənməyi həm maraqlı, həm də effektiv edə bilərlər. Ən əsası isə, uşağın psixoloji rahatlığı qorunmalı və öyrənmə prosesinə oyun kimi baxması təmin edilməlidir.

 

Psixoloq Aysu Əliyeva




5 şərh “Uşaqlarda diqqət və yaddaşın inkişafı üçün effektiv texnikalar

  1. Amid müəllim

    Çox maraqlı yazıdır! Bu yazını oxuyarkən düşündüm ki, uşaqların inkişafı üçün hər bir kiçik detalın əhəmiyyəti var. “Kim yadında saxladı?” oyunu çox yaxşı ideyadı. Məncə, uşaqların oyun oynayarkən öyrənməsi daha təsirli olur. Yazıda başqa maraqlı təkliflər də var, məsələn tapmacalar, rəngləmə işləri və s. Bunlar uşaqların diqqətini artırmağa kömək edir.

    Cavabla
  2. Səbinə Dəniz

    Hekayə oxuduqdan sonra uşağın məzmunu danışması və ya suallar verməsi yaxşı metoddu. Məncə bu cür fəaliyyətlər uşaqların zehni inkişafına çox müsbət təsir edir. Diqqət və yaddaş üçün digər təkliflər də cox yaxşıdı, məsələn zehni masaüstü oyunlar, şahmat və sudoku, çox maraqlı və inkişaf etdiricidir.

    Cavabla
  3. Rahid Usubov

    Mənim fikrimcə, uşaqların diqqətini və yaddaşını inkişaf etdirmək üçün gündəlik rejimin düzgün olması çox vacibdir. Yazıda qeyd olunan yuxu və qidalanma məsələləri də çox önəmlidir. Valideynlər buna xüsusi diqqət yetirməlidir. Şəkilli kitablar və əyani vəsaitlər də cox kömək edir. Ümumiyyətlə, yazını çox faydalı və düşündürücü hesab edirəm.

    Cavabla
  4. Səidə Müslümova

    Yazını oxuyanda uşaqlar üçün çox vacib məlumatlar əldə etdim. Oyunlar vasitəsilə öyrənmək hər zaman maraqlı və effektlidir. Xüsusən “Söz zənciri” oyununu çox bəyəndim, bu oyunla uşaqlar həm yaddaşlarını gücləndirir, həm də dil bacarıqlarını inkişaf etdirirlər. Məncə valideynlər və müəllimlər bu tip oyunları gündəlik həyatlarında tətbiq etməlidir. Bir çox valideyn bu barədə düşünmür, amma əslində bu cür sadə yanaşmalar çox təsirlidir.

    Cavabla
  5. Ruhiyyə

    Müəllimlər və valideynlər bu cür yanaşmalarla uşaqların inkişafına kömək edə bilər.

    Cavabla

Amid müəllim üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir