dis

Uşaqlarda diş əti probleminin qarşısını almaq üçün nə etməli?

Baxış sayı: 1. 912

Uşaqlarda ağız və diş sağlamlığı nəzərə alınmalı, onları erkən yaşda diş fırçalama vərdişinə yiyələndirmək  lazımdır. Valideynlər uşaqlarına 1 yaşından etibarən mütləq dişlərin əhəmiyyəti, diş baxımının zərurəti və diş sağlamlığını pis təsir edən yemək və içkiləri aydın bir şəkildə izah edərək, diş baxımı təhsilinə başlamalıdır. Bu mövzuda diş həkimlərindən məlumat əldə edə bilərlər.

Dişə qulluq ilə əlaqədar edilməsi lazım olanlara əvvəl özünüz diqqət edərək, uşağınıza yaxşı bir nümunə ola bilərsiniz. 2 yaşından etibarən hər gün yatmazdan əvvəl,  çox qısa, davamlı da olsa, birlikdə  fırçalama vərdişinə  başlaya bilərsiniz. Unutmayın ki, uşaq sizdən nə görürsə, onu edir.

3 yaşına qədər uşaqlar hansı diş məcunu istifadə etməlidir?

3 yaşına qədər uşaqlar florlu diş məcunundan istifadə etməməlidir.

“3 yaşına qədər uşağlar üçün xüsusi olaraq istesal edilən florsuz diş məcunu  istifadə edilməlidir.  Uşağınızın diş düzülməsini və çənə quruluşunu qorumaq üçün 4 yaşından etibarən əgər varsa; əmzik, barmaq əmmə kimi vərdişləri tərgitməlisiz. Əgər bunu etməkdə çətinlik çəkirsinizsə, mütləq həkimə müraciət etməlisiniz. 5 yaşına qədər ağız və diş xəstəliyində  hər hansı bir problem yaranarsa,  bu yaşdan sonra mütləq diş həkiminə müraciət etmək lazımdır.

“6 yaşından etibarən ən sondakı süd dişlərinin arxasından daimi azı dişlər çıxmağa başlayır, sonra ortalama olaraq ildə bir, bir neçə ədəd daimi diş çıxmaqdaa davam edir. Bu səbəblə xüsusilə bu yaşdan etibarən sabah, günorta və axşam olmaq üzrə, gündə üç dəfə diş fırçalama vərdişi qazandırmağa diqqət göstərməlisiniz. 7 yaşından etibarən isə çənə quruluşu və diş ardıcılığının inkişafı təqib məqsədiylə bir stomotoloq mütəxəssisinə müayinəyə gedilməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir