Atlaz Mohsumova

Uşaqlarda hidrosefaliya: Səbəbləri, əlamətləri və müalicəsi

Baxış sayı: 795

Hidrosefaliya – beyində normaldan artıq beyin-omurilik mayesinin (BOM) yığılması nəticəsində yaranan bir vəziyyətdir. Bu hal uşaqlarda doğuşdan əvvəl və ya doğuşdan sonra müxtəlif səbəblərlə meydana çıxa bilər. Hidrosefaliya vaxtında diaqnoz qoyulmadıqda ciddi nevroloji fəsadlara səbəb ola bilər.

 

Hidrosefaliyanın yaranma səbəbləri

Uşaqlarda hidrosefaliya bir neçə səbəbə görə baş verə bilər:

 

1) Doğuşdan əvvəl (konjenital) səbəblər:

Genetik anomaliyalar

Neyral boru qüsurları (məsələn, spina bifida)

İntrauterin infeksiyalar (məsələn, toksoplazmoz, sitomeqalovirus)

 

2) Doğuşdan sonra (qazanılmış) səbəblər:

Beyin infeksiyaları (meningit, ensefalit)

Baş travmaları

Beyin şişləri

Beyində qanaxmalar (xüsusilə vaxtından əvvəl doğulmuş körpələrdə)

 

Əlamətləri

Hidrosefaliyanın əlamətləri uşağın yaşından asılı olaraq dəyişə bilər.

 

Körpələrdə:

Başın sürətlə böyüməsi

Əmgeyin  gərgin və şişkin olması

Gözlərin aşağı doğru yönəlməsi (“gün batımı” baxışı)

Qıcıqlanma, yuxululuq

Qidalanma çətinlikləri

 

Böyük uşaqlarda:

Baş ağrıları

Bulantı və qusma

Görmə problemləri

Tarazlığın pozulması

Öyrənmə və davranış çətinlikləri

 

Diaqnostika

Hidrosefaliya adətən aşağıdakı üsullarla diaqnoz edilir:

Ultrasəs müayinəsi (yenidoğulmuşlarda)

Kompüter tomoqrafiyası (KT)

Maqnit-rezonans tomoqrafiyası (MRT)

 

Müalicə üsulları

Hidrosefaliya müalicə tələb edən bir vəziyyətdir. Ən geniş yayılmış müalicə üsulları bunlardır:

1) Şunt əməliyyatı – Beyindəki artıq mayeni bədəndə başqa bir hissəyə yönəltmək üçün xüsusi boru (şunt) yerləşdirilir.

2) Endoskopik üçüncü ventrikulostomiya (ETV) – Beyində mayenin təbii yollarla axmasına şərait yaradan cərrahi prosedur.

 

Pediatr Atlaz Möhsümova

 

(Mütəxəssislə  077 250 11 37 mobil nömrəsi vasitəsiylə əlaqə saxlaya bilərsiniz)




7 şərh “Uşaqlarda hidrosefaliya: Səbəbləri, əlamətləri və müalicəsi

  1. Nigar Əhmədova

    Başın sürətlə böyüməsi və gözlərin aşağıya yönəlməsi “gün batımı” baxışı artıq ciddi bir əlamətdir. Bilmirəm, bəlkə də bu haqda həkimə daha tez müraciət etmək lazımdır, çünki vaxtında müalicə olunmazsa, çox ciddi fəsadlara səbəb ola bilər.

    Cavabla
  2. Ülviyyə Qurbanova

    Valideynler ucun cox maraqli movzulara toxunursunuz. Cox tesekkur edirem size. Belke de maddi cetinlik sebebinden hekime gede bilmeyen bir cox insan mehz bu yazilardan faydalanir.

    Cavabla
  3. Cəmilə Quliyeva

    Hidrosefaliya haqda daha ətraflı məlumat olduğu üçün çox sağ ol. Xüsusən də beyin travmalarından sonra bu xəstəliyin yaranması çox təhlükəlidir. Məncə, bu məqalə çox faydalıdır, çünki bir çox valideynlər belə şeyləri bilmirlər. Həm də diaqnostika üsullarının olması əslində çox rahatlaşdırıcıdır.

    Cavabla
  4. Nuranə Mirzəyeva

    Uşaqların hidrosefaliya əlamətləri ilə bağlı verilən nümunələr çox düzgün və faydalıdır. Körpənin başının böyüməsi məsələsini əvvəldən bilmirdim, amma indi daha diqqətli olacağam. Həkimə müraciət etmək lazım olanda insanın necə reaksiya verəcəyi də çox vacibdir.

    Cavabla
  5. Elmira Elgün

    Bu mövzu barədə məlumatlı olmaq çox önəmlidi. Körpələrin başının sürətlə böyüməsi məsələsini görən valideynlər dərhal həkimə müraciət etməlidi. Mənim tanıdığım birinin uşağında hidrosefaliya olub, başının böyüdüyünü görəndə dərhal həkimə getmişdilər və yaxşı ki, vaxtında müalicə olunub. Amma hələ də bir çox valideyn bu barədə məlumatlı deyil.

    Cavabla
  6. Səidə Müslümova

    Bütün əlamətləri oxuyanda, xüsusən də qıcıqlanma və yuxululuq barədə çox düşündüm. Bu kimi vəziyyətlərə diqqət etmək vacibdir. Uşaqların beyin şişləri və infeksiyalardan sonra bu xəstəliyə tutulmaları baş verə bilər, buna görə də uşaqların sağlamlığını yaxından izləmək lazımdı.

    Cavabla
  7. Kifayət Əlişova

    Uşağım 4 yaşındadı, və artıq çox yaxşı danışmağa başlayıb. Evdə də sadə oyunlar oynayırıq, məsələn, şəkillərlə danışmaq və sual-cavab oyunu. Məncə, bu cür məşğələlər uşaqların danışığının inkişafı üçün çox önəmlidir. Təkcə kitab oxumaq yox, həm də ritmik şeirlər və mahnılarla məşğul olmaq yaxşı nəticə verir. Bu yazı çox faydalıdır, həqiqətən də valideynlərə çox kömək edəcək!

    Cavabla

Kifayət Əlişova üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir