mekteb

Uşaqlarda məktəb fobiyasının qarşısını necə almalı? – Valideynlərə mütəxəssis tövsiyəsi

Baxış sayı: 1. 784

Məktəblər açıldı artıq. Məktəbə hazırlıq müddətində uşaqlar qədər ailələri də təlaş və həyəcan içində idilər. Xüsusilə uşaqları üçün məktəb zəngi ilk dəfə çalınacaq valideynlər daha çox gərginlik yaşayırlar. Çünki “məktəb fobiyası” ilə də mübarizə aparmaq məcburiyyətində qala bilərlər. Məktəb fobiyası qoruyucu ailələrin uşaqlarında daha çox müşahidə edilir. “Gencaile.az” Aile.lent.az-a istinadən türkiyəli psixoloq İpək Özaktaçın bu haqda fikirlərini və məsləhətlərini təqdim edir.

Sirr deyil ki, məktəbə başlamaq uşaq və onların valideynləri üçün həyəcanlı olduğu qədər, qayğıların da başladığı bir dövrdür. Məktəb yaşına gələn uşaq artıq evdən və ailədən uzaqlaşaraq tanıdığı ətraf xaricində əlaqələr qurmağa başlayır. Bu səbəbdən də təhsil həyatı ilə ictimailəşmə müddəti paralel olaraq irəliləyər. Məktəb uşaq üçün evdən sonra ən əhəmiyyətli yer halına gəlir.

Lakin bəzi uşaqlar məktəbə getməyi rədd edə bilər. Bu vəziyyət məktəbin ilk günlərində normal qəbul edilsə də, uzun müddət davam etdiyi təqdirdə bəzi problemlər yarada bilər. Mütəxəssis bildirir ki, uşağın məktəbə getmək istəməməsinin səbəbi valideynləri ola biləcəyi kimi, digər şagirdlər və ya müəllimiylə yaşadığı ünsiyyət çətinlikləri da ola bilər. Belə hallarda müəllim və məktəb rəhbərliyi ilə ünsiyyət qurmaq məsləhətdir.

Həkim ilk növbədə uşağın uyğunlaşma probleminə əhəmiyyət verməyi tapşırır. Məktəbə başlamaq hər uşaq üçün fərqli qəbul edilə bilər: “Məktəbəqədər təhsil alan uşaqlar üçün məktəb mühiti tanış gəlir, lakin yeni başlayanlar özünü tamamilə ailə mühitindən ayrılmış kimi hiss edirlər. Yaşanacaq dəyişikliklər, məsuliyyət və paylaşımlar, digər yaş qrupundan olan uşaqlarla əlaqə olduqca fərqli təcrübələrdir. Uşağı bu vəziyyətə hazırlamaq üçün valideynlər də bu dövrü uşaqla birlikdə məktəbə başlayırmış kimi keçirməlidir. Çünki bu dövrdə uşaqlarda müşahidə edilən uyğunlaşma problemləri əsasən məktəb qorxusu və evdən uzaqlaşma narahatlığına görə yaranır”.

Məktəb fobiyası – uşağın həyəcan və narahatlıq yaşayaraq, məktəbə getmək istəməməsi və müxtəlif səbəbləri bəhanə edərək məktəb mühitindən qaçmasıdır. Bu qorxu həm uşağın ailə və ev mühitindən ayrılma narahatlığı, həm də ailəsinin yaxında olmamasından qaynaqlana bilər: “Ailələr də eynilə uşaqları kimi bu dövrdə narahatlıq, həyəcan, qorxu və sahiblənmə kimi duyğulara qapılır. Ancaq bu duyğulara nəzarət edilməzsə, uşağa da mənfi təsir edər, onsuz da çətin olan bu proses daha da çətinləşər. Bu baxımdan valideynlər narahatlıq və qayğılarına nəzarət edə bilərlər. Bunun öhdəsindən gələ bilsələr, uşağın məktəbə uyğunlaşma prosesi daha sürətlə inkişaf edər”.

Mütəxəssis valideynlərə bu tövsiyələri verir:

• Öz narahatlığınızı uşağınıza əks etdirməməyə çalışın. Sizin narahat olduğunuzu görən uşaq qorxulacaq səbəblərin olduğunu düşünür.

• Onu yeni dostluqlara təşviq edin. Bu formada məktəbə alışma müddətini sürətləndirər və ictimai inkişafını də dəstəkləmiş olarsınız.

• Uşağınızın məktəb müvəffəqiyyətinə çox əhəmiyyət verməyin. Bu vəziyyət uşaqların daha çox narahatlıq yaşamasına və məktəbə getməyi rədd etməsinə səbəb olar.

• Uşağınızın xüsusiyyətlərinə uyğun real gözləntilər yaradın. Edə biləcəyindən çoxunu istəməyin.

• Məktəbdə xoşbəxt olması və orada yaşıdlarıyla vaxt keçirməyi sevməsi, hər hansı bir problem yaşamadığına işarədir.

 

Sadəcə olaraq bunları edin:

• Uşağınızla məktəb haqqındakı duyğu və düşüncələrini paylaşın.

• Narahat olduğu mövzular haqqında sual verməsinə imkan yaradın.

• Geyinmək, əllərini yumaq, tualetə getmək, su şüşəsini açmaq kimi özünün edə biləcəyi işlər üçün cəsarətləndirin.

• Məktəb çağında uşağı olan ailələrlə ünsiyyətə keçərək, onların uşaqlarıyla danışmasını təmin edin.

• Eyni məktəbə gedəcək olan ailələr və uşaqlarıyla tanış olun.

• Müəllimlərilə əvvəldən tanış olma fürsəti varsa, bunu edin.

• Məktəbə gedərək ona sinfini göstərin və ətrafı tanımasına kömək olun. Məktəbin həyətinə getməsinə, oynamasına icazə verin.

• Məktəb alış-verişini birlikdə edin.

• Məktəb mövzusuna müsbət yaxınlaşın və uşağınızın həyəcanını paylaşın.

• Məktəbin yalnız dərs edilən bir yer olmadığını, eyni zamanda əylənərək oyun oynaya biləcəyi bir məkan olduğunu və yeni dostlar qazanacağı haqqında danışın.

• Yemək və yuxu saatı ilə bağlı dəqiq nizam yaradın.

• Yatmazdan əvvəl sevdiyi hekayələri, nağılları oxuyaraq özünü yaxşı hiss etməsinə kömək olun.

• Çantasını və paltarlarını birlikdə hazırlayın.

• Narahatlıq və qorxuları varsa, bunları dinləyərək onu anladığınızı bildirin.

• Sizin də məktəbin ilk günləri bənzər duyğular yaşadığınızı, amma məktəbi sevdiyinizi söyləyin.

• Ayrılıq anını çox uzatmayın və təbii bir vəziyyət olduğunu hiss etdirin.

• Məktəbdə nə qədər müddət qalacağı ilə bağlı sadə və konkret bir formada məlumat verin. Saatı göstərərək açıqlayıcı məlumatlar vermək daha yaxşıdır.

• Məktəbdən onu kimin götürəcəyini deyin və harada gözləməsi lazım olduğunu göstərin.

• Özünü güvəndə hiss etməsi üçün məktəbin yaxınlığında olacağınızı, çıxdığı zaman sizi dərhal görəcəyini söyləyin.

• Gün sonunda məktəbdə nələr etdiyi haqqında soruşun və izah etməsi üçün təşviq edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir