Atlaz Mohsumova

Uşaqların peyvənd olunmasına qarşı mənfi fikirlərin artmasının səbəbi nedir?

Baxış sayı: 570

Peyvəndlər (vaksinlər) uşaqları təhlükəli xəstəliklərdən qoruyan ən güclü və təhlükəsiz vasitələrdən biridir. Uşaqlara verilən peyvəndlər sayəsində qızılca, difteriya, poliomielit (iflic), hepatit B kimi ölümcül xəstəliklər ya tam yox olub, ya da çox az rast gəlinir.

Ancaq son zamanlar bəzi valideynlər peyvəndə qarşı qorxu və inamsızlıq hiss etməyə başlayıb. Sosial şəbəkələrdə yayılan yanlış məlumatlar bu qorxuları daha da artırır.

 

Niyə bəzi valideynlər peyvənddən qorxur?

1) İnternətdə yayılan yalan məlumatlar

Bəzi videolar və paylaşımlar peyvəndləri təhlükəli kimi göstərir. Halbuki bu məlumatların əksəriyyəti elmi əsaslara söykənmir və insanları çaşdırmaq üçün hazırlanır.

 

2) Yan təsirdən qorxu

Bəzi valideynlər eşidirlər ki, peyvənddən sonra uşaqda qızdırma, səpgi və ya halsızlıq olur. Bu simptomlar qısa müddətlik və yüngül olur – əksinə, bu, bədənin peyvəndə cavab verdiyini göstərir.

 

3.) “Təbiidir, peyvəndə ehtiyac yoxdur” fikri

Bəzi insanlar düşünür ki, “uşağın təbii immuniteti kifayətdir”. Amma qızılca, göyöskürək kimi xəstəliklər çox ağır və bəzən ölümcül ola bilər. Peyvəndsə həmin xəstəliklərin qarşısını alır.

 

4.) “Başqaları vurdurubsa, mənim uşağım onsuz da qorunur”

Bu fikir yanlışdır. Əgər bir çox insan peyvənddən imtina edərsə, xəstəliklər yenidən yayıla bilər. Cəmiyyətdə hər kəsin qorunması üçün çox sayda insan peyvənd olunmalıdır – buna kütləvi immunitet deyilir.

 

Peyvəndlər niyə vacibdir?

Uşağınızı qoruyur ölümcül xəstəliklərdən uzaq saxlayır.

Başqaları üçün də təhlükəni azaldır körpələr, immuniteti zəif olan insanlar da fayda görür.

Cəmiyyətin sağlam qalmasına kömək edir.

Ucuz və təsirlidir. Xəstəliyin müalicəsi çox baha və çətin ola bilər, amma peyvənd daha sadə və önləyicidir.

 

 Valideyn olaraq nə etməli?

Sualınız varsa, pediatra, ailə həkiminə müraciət edin.

İnternetdə rast gəldiyiniz hər məlumata inanmayın – rəsmi səhiyyə qurumlarının məlumatlarını oxuyun.

Əgər peyvənd sonrası uşağınızda yüngül əlamətlər varsa, bu normaldır və keçicidir.

Unutmayın: Peyvənd – sağlam gələcəyin açarıdır.

 

Peyvəndlər uşaqlarımızın həyatını qoruyan təhlükəsiz, sübut olunmuş və faydalı müdafiə vasitələridir. Qorxu və yanlış fikirlər səbəbindən uşağın peyvənddən məhrum qalması onun sağlamlığını riskə ata bilər.

Doğru məlumat, düzgün qərar deməkdir.

 

Yazıda istifadə olunan materialların mənbəyi ilə aşağıdakı linklərdən tanış ola bilərsiniz.

https://www.cdc.gov/vaccinesafety/concerns/autism.html

https://www.unicef.org/immunization

https://www.gavi.org

https://www.vaccineconfidence.org/

 

Pediatr Atlaz Möhsümova

 

(Mütəxəssislə 077 250 11 37 mobil nömrəsi vasitəsiylə əlaqə saxlaya bilərsiniz.)




3 şərh “Uşaqların peyvənd olunmasına qarşı mənfi fikirlərin artmasının səbəbi nedir?

  1. Günay Həsənzadə

    Mende evladlarima vaxtinda butun peyvendleri vurdurmusam. Cox sukur saglamdilar. Her valideynin borcudu ki, usaginin sagligina bigane qalmasin. Bu yazini oxuyub tereddud edenler ucun gozel aciqlamadi.

    Cavabla
  2. Ülviyyə Əliyeva

    Men de evvelce cox tereddud edirdim, usaga peyvend vurdurmaqa cekinirdim. Amma sonra hekime danisdim, dedi ki, bu normal seydi. Hemde usagin orqanizmi ucun vacibdi. Indi pehvendleri vaxtinda vurdururam, usag da rahatdi men de.

    Cavabla
  3. Dilarə Qasimova

    Əslində, ətrafda yayılan yalan məlumatların qarşısını almaq üçün bu tip yazılar daha çox yayılmalıdır. Xüsusilə “kütləvi immunitet” məsələsini çox adam başa düşmür. Təşəkkürlər, çox faydalı idi.

    Cavabla

Ülviyyə Əliyeva üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir