© Copyright 2015 Corbis Corporation

Uşaqlıqdan kənar hamiləlik haqda bilmədikləriniz

Baxış sayı: 1. 230

Uşaqlıqdan kənar hamiləlik hamiləliyin uşaqlıq içərisində yerləşməməsi olub, hamiləliyin patologiyası sayılır. Bu zaman mayalanmış yumurta hüceyrə uşaqlıq borusunda, yumurtalıqda, qarın boşluğunda və s. yerləşə bilir. Yerləşdiyi orqan üçün təhlükəlidir, qarın boşluğuna qanaxma nəticəsində hamilə qadının da həyatını təhlükəyə atır. Hamiləliyin uşaqlıq boynunda yerləşməsi daha təhlükəli hal sayılır ki, çox halda uşaqlığın götürülməsi ilə nəticələnir. 99 faiz hallarda isə boru hamiləliyi rast gəlinir.

hamile
Uşaqlıqdan kənar hamiləliyə səbəb olan hallar:

Kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri. Uşaqlıq borularının keçiriciliyini pozan cinsi infeksiyalar (trixomoniaz, xlamidioz və s.). Çoxsaylı abortlar. Uşaqlıq daxili spiralların 5 ildən artıq istifadə edilməsində. Hormonal pozulmalar. Uşaqlıq borusunda və digər orqanlarda aparılan əməliyyatlar. Uşaqlığın və artımların bədxassəli törəmələri. Mayalanmış yumurta hüceyrənin qeyri düzgün inkişafı. Endometrioz. Daxili cinsiyyət orqanlarının inkişaf qüsurları. Zərərli vərdişlər. Stress və yorğunluq. 35 yaş və daha yaşlı xanımlar da risk qrupuna daxildir.
İlkin mərhələlərdə özünü büruzə verməyə bilər. 3-4 həftədə normal hamiləlik kimi aybaşı gecikməsi, bazal temperaturun yüksəlməsi, ürəkbulanma kimi əlamətlər meydana çıxır. Daha sonra qarının aşağısında sağ və ya sol tərəfdə küt ya kəskin ağrılar, onurğaya və düz bağırsağa ötürülən ağrılar, uşaqlıq yolundan qanlı ifrazat, süd vəzlərinin ağrılı olması və cinsi aktın ağrılı olması meydana çıxır. Boruda hamiləlik böyüyərsə borunun partlamasına səbəb olur. Bu zaman qarın boşluğuna qanaxma baş verir.

hamilelik

Aşkarlanması üçün aparılan müayinələr. 

USM, qanda XQ hormonunun təyini, qanda progesteronun təyini və laparoskopiya.
İlkin mərhələdə xüsusi hormonal preparatlarla dölün inkişafını dayandırıb süni açılış etmək mümkündür. Ancaq irəliləmiş mərhələdə ancaq cərrahi əməliyyat çıxış yoludur.
Bir dəfə uşaqlıqdan kənar hamiləliyi olmuş qadında bu hal ikinci dəfə də baş verə bilər. Bunun üçün qadınlarımıza vaxtaşırı ginekoloqun müayinəsindən keçməyi tövsiyyə edirik!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir