maskalar

Üzdəki məsamələriniz tamamilə təmizlənəcək – MASKALAR

Baxış sayı: 1. 645

Gündəlik həyatda yediyimiz qidalar həmçinin dərimizə qulluq vasitəsi kimi də istifadə olunduqda inanılmaz təsir göstərir.

“Gencaile.az” sizə evdə asan hazırlayacağınız dəriyə qulluq maskalarını təqdim edir.

 

Yumurta ağı maskası

Bu maska ilə məsamələriniz bütün çirklərdən tamamilə təmizlənəcək. Əvvəlcə yumurtanın sarısını ağından ayırın və ağını yaxşıca çırpın. Üzünüzə kağız dəsmal qoyun və yumurtanın ağını kağız dəsmalın üzərinə sürtərək üzünüzə qoyun. Qurumasını gözləyin və yavaşca soyun. Daha sonra üzünüzü ilıq su ilə yuyun.

 

Ballı avokado maskası

Yorğun olduğunuzda və bir az rahatlanmağa ehtiyac duyduğunuzda edə biləcəyiniz bir maskadır.

 

1 avokado
1 stəkan yulaf əzməsi
1 yemək qaşığı alma sirkəsi
2 xörək qaşığı bal
1 çay qaşığı limon suyu

 

Avokadonu yuyun, soyun və sonra əzin. Yulaf əzməsini əlavə edin, qarışdırın və daha sonra qalan ərzaqları əlavə edin. Qarışımı dərinizə vurun. 20 dəqiqə saxlayın və daha sonra su ilə yuyun.

 

Yumurta sarısı və zeytun yağı maskası

Cildinizin yorğun olduğunu və qidalanmaya ehtiyacı olduğunu düşünürsünüzsə, bu maskadan rahatlıqla istifadə edə bilərsiniz. Bir yumurta alın və sarısı ilə ağını ayırın. Yumurtanın sarısını 1 xörək qaşığı zeytun yağı ilə qarışdırın. Dərinizə vurun və 20 dəqiqə saxlayın. İlıq su ilə yuyun. Əgər sizi rahatladacaq bir qoxu varsa, lavanta və ya qızılgül suyu kimi qarışıqları da içinə əlavə edə bilərsiniz.

 

Kartof püresi, süd və badam yağı maskası

Bu maska sızanaqlardan qurtulmanıza və dərinizin tonunu açmağa köməkçi olur. Bir kartofu qaynadaraq əzin. 2 çay qaşığı süd və 1 çay qaşığı badam yağı əlavə edin. Qarışımı dərinizə sürtün və 20 dəqiqə saxlayın. İlıq su ilə yuyun. Yaxşı nəticə əldə etmək üçün həftədə iki, üç dəfə bunu təkrar edin.

 

Pomidor maskası

Bu xüsusi maska məsamələri təmizləməklə yanaşı, üzdəki tüklərdən qurtulmağa da yardımçı olur. Bir pomidorun qabığını soyun və suyunu sıxın (toxum və ət olmadan). 1 yemək qaşığı pomidor suyu, 1 xörək qaşığı jelatin tozu və 1 xörək qaşığı süd ilə yaxşıca qarışdırın. Qarışımı hazırladığınız qabı, isti suyun içinə qoyaraq İsidin. Bir neçə damcı bal əlavə edin və təkrar qarışdırın. Bir az soyuduqdan sonra dəriyə vurun. Qurumasını gözləyin və yavaşca soyun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir