uzguculuk

Üzgüçülüyün 10 faydası – MARAQLI

Baxış sayı: 1. 253

“Sağlam bədəndə sağlam ruh olar”. Bu aforizm insanın fiziki və mənvi sağlamlığında idmanın rolunu tam ifadə edir. Ümumilikdə həddini aşmadıqda zərərli idman növü yoxdur. Lakin bəzi idman növləri var ki, onlar insanı hərtərəfli tərbiyə və hətta müalicə edir. Üzgüçülük də insan sağlamlığına hədsiz yararı olan bu qəbil idman növüdür. Kompleks yanaşsaq su maddə olaraq insanı rahatladan, neqativ enerjini bizdən alan ən mükəmməl  vasitədir. İnsanın ruhi və fiziki rahatlığını ifadə edən bir deyim də var: “Özümü sudakı balıq kimi hiss edirəm”.

Mütəxəssislər araşdırmalar zamanı üzgüçülüyün bu günümüzlə ayaqlaşan və faydalı tərəflərini araşdırıblar. Çünki müasir həyat standartları daha çox oturaq iş həyatı ilə xarakterizə olunur. Məişətdə belə maşınlar bizim əvəzimizə ət çəkir, paltar yuyur və s. çox nümunələr göstərmək olar.  Bu baxımdan davamlı olaraq peşəkar səviyyədə olmasa da üzgüçülüklə məşğul olmaq insanların ümumi həyatı reflekslərini stabil vəziyyətdə saxlayır. Müasirliyin səhhətimizə bəxş etdiyi bəlalardan qaçmağa yardımçı olur.

Mütəxəssis araşdırmalarını ümumiləşdirərək üzgüçülüyün aşağıdakı faydalarını oxuculara təqdim edirik.

Mütəxəssislərin üzgüçülük haqqında 10 bənddə 10 izahı…

 

1.Sümük xəstəliklərinin müalicəsində effektiv üsul hesab edilə bilər

Sümük, oynaq və əzələ problemi olan şəxslər üzməklə fizioloji prblemlərdən azad ola bilərlər. Belə ki, su  əzələ, sinir bağları, oynaq  və sümüklərin, bədənin digər bölgələri ilə birlikdə hərəkətinə şərait yaradır nəticədə onurğaya düşən təzyiqi minimuma endirir.

2. Bütün əzələləri gücləndirir

Əksər ənənəvi idman salonlarında məşq edərkən istifadə etdiyimiz alətdən asılı olaraq əzələlərimiz qrup halında hissə-hissə işləyir, bu oynaq və sümük xəstəlikləri olanlar üçün təhlükəlidir. Üzərkən isə vəziyyət tamamilə fərqlidir, bu zaman əzələ qrupları birlikdə fəaliyyət göstərir. Bədənə düşən yükü və enerji sərfini bərabər paylaşdıraraq əzələ və oynaqların yükllənməsinin qarşısın alır.

3. Elastikliyi artırır

Suyun içində sümük və oynaqlar daha da rahatlaşar. Bu səbəbdən də üzərkən bədən sərbəstlik və elastiklik qazanır. Bundan əlavə araşdırmalara görə 1 saat üzməklə 516 kalori yandırmaq mümkündür.

4.Ürəyi sağlamlaşdırır

Bir çox hallarada ürək xəstələrinə qan təzyiqini artıracaq ürəyi gərginləşdirəcək fiziki fəaliyyətdən uzaq durmaq tövsiyyə olunur. Amma üzmək ürək çatışmazlığından əziyyət çəkən xəstələr üçün ideal idman növü hesab edilə bilər.

5. Bununla çəkiyə nəzarət etmək mümkündür

Üzgüçülük digər idman növlərilə müqayisədə daha çox əyləncəlidir. Hətda suda olarkən insan zamanın neçə keçdiyinin fərqində olmur. Yorğunluq hiss edilmədiyi üçün saatlarla üzüb bədəni ideal formada saxlamaq mümkündür. Tərləmədən, nəfəs darlığı yaşamadan tam sərbəst və rahat olmaqla nəticə əldə edilir. Buna görə də idmanla məşğul olmağı qərarlaşdıranlar əksər hallar da üzgüçülüyə maraq edirlər.

6. Astma xəstəliyinə müalicəvi təsir edir 

Üzmək nəfəs surəti və dərinliyini inkişaf etdirərək astma xəstələrinin vəziyyətində irəliləyişə səbəb olur. Üzgüçülük astma xəstələri üçün ən uyğun idman növü olaraq məsləhət görülür. Bu onları həm müalicə edir,  həm də digər faydalardan yararlanmağa imkan verir.

7. Xolestrol səviyyəsin normada saxlayır 

Üzərkən enerji sərfiyyatı üçün əsasən orqanizmdə yığılan əlavə piy və yağ ehtiyatı sərf olunur.  Ənənəvi idman salonlarında sərf edilən kaloriyə nisbətdə üzməklə 3 və ya 5 dəfə daha çox kalori yandırmaq olur. Üzərkən zərərli yağ ehtiyyatları tükənərək bizə enerji qazandırmaqla yanaşı xolestrolun normada qalmasına da şərait yaradır.

8. Diyabet riskini azaldır 

Üzərkən bütün əzələlə qrupları işləyir və bədənin zərərli əlavə yağ ehtiyatı ümumən yox olmuş olur. Bu zaman insulin hüceyrələrinin həssaslığı artır və diabet riski azalır.Əgər diabet xəstəsisinizsə üzərək özünüzü digər məşqlərə nisbətdə daha rahat hiss edə bilərsiniz. Eyni zamanda hipoqlikemiyadan da (aşağı qan şəkəri) uzaq olarsınız. Bununla belə sağlamlıqla bağlı şikayəti olanlar hər ehtimala qarşı həkimlə məsləhətləşməlidirlər.

 

9. Beyinin oksigen təminatını artırır

Üzmək nəfəsi qüvvətləndirməklə qan və hüceyrələrdəki oksigenin miqdarını artırır. Araşdırmaçıların qənaətinə görə, üzmək  oturaq həyat tərzi keçirən, zehni və əqli işlə məşğul olan insanların zəka və qavrayışlarının inkişafına müsbət təsir edir.

10. Ümumi qan dövranını yaxşılaşdırır 

Üzmək bütün əzələ və bədən üzvlərini hərəkətə keçirərək ürəyi təmiz qan axınını ilə təmin edir. Həmçinin ayaqların müəyyən ritmə və tempə əsaslanan hərəkəti linfa drenajını artıraraq oynaq və hüceyrələrdə ağrı və şişləri aradan qaldırmış olur.

 

Elçin MURAD




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir