Hər bir valideyn övladının dostu olmağı bacarmalıdır, övladına zaman ayırmalı və onun özgüvənini artırmalıdır. Valideyn-müəllim-məktəb ücbucağı birgə fəaliyyət göstərməsə, biz heç bir nailiyyətlərdən danışa bilmərik.
Bu gün məktəblərdə çox problemlərlə qarşılaşırıq, onlardan biri də övladına sevgi verməyən valideynlərdir. Unutmayaq ki, valideyn övladını dinləyərsə, vaxt ayrarsa, onun göstəriciləri də uğurlu olar. Bir psixoloq olaraq deyim ki, hər bir şagirdə sevgi və diqqət mütləqdir. Bugünkü sağlam ailə sabahkı sağlam cəmiyyətdir. Məktəbdə övladlarımız sağlam mühitdə olduqları kimi, ailədə də bu mühit formalaşmalıdır.
Hər bir uşağın 3 valideyni var: bioloji valideyni (ata-ana) və onlar arasındakı münasibət. Sağlam ailədə təbii ki, sağlam münasibət formalaşır. Çox təəssüflər ki, uğursuz ailələrlə də işləyirik. Hər bir şagirdin qəlbinə yol tapmaq, şagirdləri fərdi dinləmək və onların dostu olmağı bacarmaq lazımdır.
Valideynlər müəllimlərlə nə qədər çox ünsiyyət qurarsa, övladlarının dərsləri ilə maraqlanarsa, bu zaman effektiv ünsiyyət, davamlılıq, yüksək akademik nailiyyətlər və təkmilləşdirilmiş sosial bacarıqlar əldə edərlər.
Valideyn müəllimlərdən övladı haqqında rəy soruşarsa, övladının məktəbdən kənarda iştirak etdiyi yarışlar, müsabiqələr və qazandığı nailiyyətləri bölüşər. Bu uğurlar valideyni də sevindirməklə yanaşı, övladına diqqəti artırır. Müəllim də öz növbəsində ailələr və məktəb arasında möhkəm əlaqə yaratmış olur.
Bu gün məktəb mühitini sağlamlaşdırmaq istəyiriksə, burada maarifləndirmə, profilaktik və diaqnostik işlər aparılmalıdır. Beləliklə də, psixoloji konsultasiyaya ehtiyacı olan şagirdlərin sayı azalacaq. Bu işlər ardıcıl aparıldıqda valideynlərlə məktəb arasında sıx əlaqə yaranacaq, bu da məktəb mühitini sağlamlaşdıracaq.
Bu gün övladlarımızı vətənpərvər ruhda yetişdirmək, milli-mənəvi dəyərlərə hörmətlə yanaşmağı aşılamalıyıq. İnsan hüquqları çərçivəsində uşaq hüquqlarını da bilməlidirlər, o cümlədən ailədə, məktəbdə vəzifələrindən xəbərdar olmalıdırlar. Unutmayaq ki, 44 günlük müharibədən dünya mətbuatı, Avropa mətbuatı danışdı. İgid hərbiçilərimizin vətən sevgisindən, yaralı, şəhid əsgərləri çiynində daşıyan əsgərlərimizdən dünya danışdı. Bu gün onları yetişdirən Azərbaycan qadınlarına, o cümlədən Azərbaycan müəllimlərinə eşq olsun.
Sədaqət Soltanova
Ucar Rayonu 1 nömrəli məktəb-liseyin psixoloqu









































































































































































Həmişə yüksəkliklərdə
Çox düzgün qeyd etmisiniz.
Əla
Sədaqət Soltanova müəllimə peşəkar dəstəyi ilə hər zaman şagirdlərin yanındadır ❤️
Uğurlarınız daimi olsun.Fəxrimizsiz
Uğurlar Sədaqət müəllimə.Gələcək işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Uğurlar arzu edirik!
Peşəkarlığı ilə hər zaman seçilən Sədaqət müəllimə. Uğurlarınız davamlı olsun. 🌹
İşinin peşəkarı , hər zaman öz fikirləri ilə seçilən dəyərli Sədaqət müəllimə .
Mənin savadlı qonşum.Hər zaman öndə gedenlərdən ol.Uğların bol olsun.