9a09eb3303bfe141bc05ae78cdc2aab9

Xəstələrini əvvəlcə öldürən, sonra onları həyata qaytarmağa çalışan qatil həkim haqqında QORXUNC FAKTLAR

Baxış sayı: 647

Almaniya tarixində ən çox insanı öldürən qatil kimi qeydə alınan Niels Högelin hekayəsi adamı dəhşətə gətirir …

1976-cı il təvəllüdlü Niels Högelin atası və nənəsi tibb bacısı idi. Onlara baxıb Högel də həkim olmaq istədi və 1997 -ci ildə təhsilini başa vurduqdan sonra tibbi xidmətdə işə başladı. 1999 -cu ildə “Klinikum Oldenburq”un ürək cərrahiyyəsi reanimasiya şöbəsində işə başlayan Niels üçün ilk olaraq hər şey yaxşı görünürdü. Lakin sonradan qəribə hallar ortaya çıxdı.

Həkimlər reanimasiyada ölümlərin sürətlə artdığını və bu ölümlərin xüsusilə Niels Högelin növbəsində baş verdiyini gördülər.

Killer: Niels Högel - profiled on Killer.Cloud

Baş həkimin əsas hədəfi olan Högelin əvvəlcə çalışdığı korpus dəyişdirilir, sonra vəzifəsindən istefa verməsinə təzyiq edilir. Bir müddət başqa bir bölmədə çalışdıqdan sonra Högel köhnə işinə qayıdır və nəzarətində olan xəstələrdə yenidən birdən-birə qan təzyiqinin düşməsi halı baş verir. Nəhayət, Högel 2005-ci ildə tutulur.

22 İyun 2005-ci ildə xəstəyə “antiaritmik gilurytmal” inyeksiya edərkən həmkarları tərəfindən yaxalanan Högellə bağlı dərhal polisə məlumat verilir.

Jailed German nurse Niels Högel may have killed further 84 patients | News | DW | 28.08.2017

Polis 2003-2005-ci ildə xəstəxanada baş verən ölümləri araşdırır və məlum olur ki, onların 73 faizi Högelin növbədə olduğu zamana tuş gəlir.

Högel əvvəlcə 5 il həbs və iş qadağasına məhkum edilir, lakin daha sonra Oldenburq rayon prokuroru xəstəxanada ölümlərlə bağlı başqa bir istintaq açır.

Niels Högel játar að hafa drepið 100 sjúklinga - DV

Högelin yalnız Almaniyada deyil, Polşada və Türkiyədə tibb qardaşı işlədiyini aşkara çıxaran rayon prokuroru onun vaxtilə nəzarət etdiyi 134 xəstənin yenidən müayinə edilməsini istəyir.

Məlum olur ki, Högelin səlahiyyəti olmadan tam 90 dəfə reanimasiyada olan xəstələrə iynə vurub və onlardan 60 nəfərini həyata qaytarıb.

Oldenburg: Ex-Krankenpfleger Niels Högel - Fünf ehemalige Vorgesetzte von Serienmörder angeklagt | Welt

Təbii ki, Högel 60 xəstəni diriltməyi bacarmasına baxmayaraq, 90 -dan çox xəstənin ölümündən məsul idi və bu rəqəm gündən -günə artırdı. 2018 -ci ilin yanvar ayında 97 xəstəni öldürməkdə günahlandırılan Högel xəstələri öldürüb, sonra isə diriltməyə cəhd etdiyini etiraf edib. O, bunları sıxıldığı üçün etdiyini söyləyib.

Məhkəmə Högelə iki dəfə ömürlük həbs cəzası verib və Högelin törətdiyi bu cinayətlər Almaniyadakı ən böyük qətllərdən biri kimi qeydə alınıb.

Turan Oruc




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir