xeyanet

Xəyanət insanı emosional və psixoloji “sınaq”dan keçirir… Münasibətin yenidən bərpası mümkündürmü?

Baxış sayı: 396

Xəyanət emosional və psixoloji travmaya səbəb olan ən çətin təcrübələrdən biridir. Xəyanət bütün var və hətta ən yaxşı münasibətlərdə də baş verə bilər. Bu zaman bir sual ortaya çıxır, insanlar niyə aldadır? Maraqlısı budur ki, xəyanət yalnız pis və ya arzuolunmaz münasibətlərdə görünmür. Bir insan yaxşı münasibətdə də xəyanət edə bilər. Buna görə də, xəyanətin səbəbləri düşünüldüyü kimi sadə deyil.

Düşünürəm ki, qadın və kişi xəyanətinin müxtəlif səbəbləri var. Qəzəb, özünə inamın və ya sevginin olmaması, həyat yoldaşına kifayət qədər bağlı olmamaq, fərqli insanlarla ünsiyyət ehtiyacı, azadlıq eşqi, cütlük arasında cinsi problemlər və s. ola bilər.

Xəyanətin psixoloji səbəbləri də var. Xəyanət çox vaxt münasibətlərdə həll olunmamış problemlər və bunun nəticəsində yaranan məyusluq üçün çıxış yolu kimi görünə bilər.

İnsanların partnyorları ilə münasibətləri monotonlaşdıqca, tərəfdaşları ilə yaşadıqları problemlərdən və münaqişələrdən qaçmaq üçün aldada bilərlər. Bu vəziyyətdə insan özünü nəzarətsiz və ya çarəsiz hiss edə bilər. Uşaqlar, həyat tərzi, maliyyə problemləri, iş və sosial həyatda çətinliklər insanlarda böyük stress və narahatlıq yaradır. Bu səbəbdən baş verənləri idarə etmək və müsbət emosiyada qalmaq çətin ola bilər. Emosional yüklərdən qaçmaq istəyi fərqli münasibətə yol aça bilər.

 

Mütəxəssislərin fikrincə, xəyanət şəxsiyyət problemi, özünə inam problemi və ya diqqət cəlb etmək üçün çıxış yolu ola bilər Belə vəziyyətdə insan həyatında olan şəxsdən razı qalmadıqda ehtiyaclarını ödəmək və özünü təsdiqləmək üçün başqası ilə münasibət qura bilər. Çünki yeni münasibət insana inam hissi verir və gücləndirir.

Bəzən qadınlar elə düşünür ki, kişilər yalnız cinsi ehtiyaclarını ödəmək üçün xəyanət edirlər. Düzdür, cinsi harmoniya və sağlam cinsi həyat əlaqəni canlı tutan ən mühüm amillərdən biridir. Partnyorlardan biri fiziki maraq göstərməsə və ya bu mövzuda qeyri-kafi olsa, cütlər arasındakı bağlar pozulur. Amma bu, ən son səbəbdir.

Xəyanət münasibətlərdə dəyər itkisi olduqda baş verir. Bir insan münasibətdə hörmətsizlik və ya itələmə hiss edə bilər. Münasibətlər sağlam bir tarazlığa malik olmaya bilər və münaqişədən qaçmaq və bu tarazlığı və sevgini axtarmaq üçün tərəfdaşlarına olan maraqlarını itirə bilərlər. Partnyorlarından ala bilmədiklərini başqasından almaq üçün xəyanət edə bilərlər.

Bəzən insanlar olduqları münasibəti bitirmək cəsarəti tapa bilmədikləri zaman da xəyanət edə bilirlər.

Əgər xəyanətə uğramısınızsa, partnyorunuzla danışmağa çalışın.

Xəyanət inam hissini dərindən zədələyir. Bu sizi daimi sorğu-sual vəziyyətində qoyur. Beləliklə, inamın bərpası vaxt tələb edir və tərəfdaşınız yəqin ki, bu həqiqətdən xəbərdardır. Bir daha ona etibar edə bilməyəcəyinizi düşünsəniz, yəqin ki, münasibətləri düzəldə bilməyəcəksiniz. Özünüzdən soruşun ki, hələ də münasibət qurmaq istəyirsinizmi?

Münasibətlərdə xəyanət olsa da əlaqəni davam etdirən, hətta övlad dünyaya gətirən cütlüklərin olduğunu görmüsünüz. Bu insanlar adətən bir-birlərini sevdiklərini və xəyanətin zamanla düzəldilə bilən bir şey olduğunu söyləyə bilərlər. Amma əslində…

Özünüzə sual verin:

* Niyə onunla hələ də bərabərsiniz?

* Partnyorunuzu həqiqətən sevirsiniz və əsas məsələlər üzərində işləmək istəyirsiniz?

* Yoxsa yeni biri ilə başlamaqdan qorxursunuz? Sizcə münasibətləri düzəldə bilərsinizmi?

* Yaşananlardan sonra bu münasibəti davam etdirməyə dəyərmi?

Bu suallara düzgün cavab verdiyiniz təqdirdə, ya münasibətinizi bitirəcəksiniz, ya da bir mütəxəssisə üz tutacaqsınız. Unutmayın ki, xəyanət ağrıya, ürəyin bulanmasına və emosional sıxıntıya səbəb ola bilər. Çalışın ki, həm özünüzə, həm də tərəfdaşınıza qarşı dürüst olun. Bir az realist olun. Sizi başqası ilə aldadan şəxs, sizi başqa sahələrdə də aldada bilər. Ona dözməyə dəyərmi?

Ya böyüyüb, münasibətinizə yuxarıdan aşağı baxmalısınız və onu olduğu kimi qəbul etməlisiniz. Ya da onunla eyni səviyyəyə enib, münasibəti bitirməlisiniz. Sizə qalıb.

Bir də bunu düşünün: sizin sevgi deyə düşüdüyünüz bir münasibətin içinə başqası girirsə, aranızdakı münasibət sevgidirmi? Sevgi varmı? İstənmədiyiniz və ya heç bir münasibətin içində qalmaqla bağlı özünüzü məcbur hiss etməyin. Əgər istəmirsinizsə…

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir