xeyal-behane

Xəyallarımızı gerçəkləşdirməyə mane olan boş bəhanələr

Baxış sayı: 782

Hər kəsin bir xəyali vardır kimi klassik və darıxdırıcı bir cümlə ilə mövzuya girək. Xəyalların var olması ilk addımdır, ancaq dünyada bir çox insan ikinci addıma, yəni hərəkətə keçmədən kifayətlənir və xəyalları həmişə bir xəyal olaraq qalır. Xəyal qurmaq, reallaşması mümkün ola biləcək şeylərin başdan planlaşdırma şəklidir, amma bu planlarınıza mane olan boş bahaneleriniz o yolları çoxdan tıxamışdır;

 

YETӘRİ QƏDƏR vaxtım yoxdur

İş həyatı, ailə, uşaq, dərslər deyərkən xəyallarımızı gerçəkləşdirmək üçün zamanmı qalar? Bu bəhanə deyil, insanlar arasında yayılmış bir virusdur. Vaxtım yoxdur demək xəyallardan imtina etməyin ən asan yoludur. Həyatınızda hər şeyi planlı olaraq etsəniz, fədakarlıqlar edəcək qədər də cəsarətiniz varsa hər şey mümkün ola bilər. Yuxusuz qala bilər, xərclərinizi azalda bilər, tətil günləri evdən çölə çıxmaya bilərsiniz. Yetərki, cəsarət edin. İstəyin!

 

Kifayət qədər yaxşı DEYİLӘM

Hər kəs bir xəyalı olduğu zaman onu reallaşdırmaq üçün kifayət qədər yaxşı deyil. Bir aktyor olmaq istəyirsiniz və bir anda özünüzü Oscar alarkən xəyal edirsiniz. Heç bir xəyal bu qədər qısa və asan ola bilməz, buna görə əvvəl özünüzü o istiqamətdə inkişaf etdirməlisiniz. Özünüzə olan güvəniniz tam olmalı əsla amma əsla tərəddüd etmədən davam etməlisiniz.

 

Ətrafınızdakılar əksini söyləyir

Bir yazar olmaq istəyirsiniz, ancaq yazdıqlarınız insanlar tərəfindən bəyənilmir və ağır tənqidlərə məruz qalırsınız. Bu imtina etməyiniz üçün bir səbəbdirmi? Xeyr, bu səbəb ola bilməz. Bu sadəcə bəzi şeyləri dəyişməyiniz üçün bir tövsiyədir. Xəyallarınızın ardınca gedərkən, o yola çıxmağa cəsarəti olmayan tənbəl insanlar mütləq sizə mane olmağa çalışacaqdır. Bir şeylər etməyə cəsarəti olmayan insanlar başqalarının müvəffəqiyyətli olmalarına dözə bilməzlər. Onları dinləməyin!

 

“YA edə bilməsəm?”

Xəyallarınızı reallaşdırmaq üçün nələr etməli olduğuzun fərqindəsiniz, amma ağılınızı qurdalayan tək bir şey vardır, “Ya edə bilməsəm? Buna xərclədiyim zaman boşa gedəcəkdir. Çox zərər edə bilərəm. ” Doğrudur, bu bir ehtimaldır. Ancaq həyatınız boyunca hər dəqiqə ölüm də bir ehtimaldır. Həyat başlı-başına ehtimallar ilə doludur. Bunların hər biri üçün baş yorsanız özünüzü ən yaxın ağıl xəstəxanasında tapa bilərsiniz.

 

ÖZÜNÜZƏ YALAN SÖYLƏMƏK

“Çox çabalayıram, amma olmur!” deyirsinizsə, deməli kifayət qədər çabalamırsınız. Bir rəssam ilk rəsmi ilə məşhur ola bilərmi? Bir proqramçı saysız problemlə qarşılaşmamış mükəmməl proqramçı ola bilərmi? Bir boksçu ilk yarışında Dünya Çempionu ola bilərmi?

Yalnız bir gününüzü xəyallarını reallaşdırmış insanların həyat hekayələrinə ayırın, o zaman nə qədər səy göstərməli olduğunuzu daha yaxşı anlayacaqsınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir