aile

Xoşbəxt bir ailəyə malik olmaq üçün nə etməli?

Baxış sayı: 839

Bəziləri ailə həyatından xəbərsiz olduqları üçün elə bilirlər ki, evlənən kimi röyalarında olan saraya daxil olacaqlar. Halbuki, evlənməzdən əvvəl bilməlidirlər ki, məsuliyyətli bir həyata daxil olur və həyat yoldaşı kimi bir məsuliyyəti öhdəsinə götürürlər. Ona görə də yaxşı olar ki, gözübağlı müştərək həyata daxil olmasınlar. Çünki bu zaman gözləmədiyi hadisələr onları sarsıda bilər.

Evlilikdən əvvəl insan müştərək həyatdakı hədəfini müəyyən etməlidir. Əgər həyat yoldaşının yanında rahatlıq tapırsa, bu zaman həyatı şad və xoşbəxt olacaqdır.

Bunun üçün ilk əvvəl öz istəklərinə diqqət etməlidir. Bundan sonra qarşı tərəfi ən yaxşı şəkildə tanıya bilər. Hər nə qədər evlilik və istəklərindən agahlığı olsa, həyat yoldaşının yanında özünü daha rahat və hüzurlu hiss edər.

Özünü tanımaq dedikdə onu demək istəyirik ki, insan gərək öz istəklərini tanısın. Həyatda təcrübəsi çox olan və bişmiş insanların yardımı ilə düzgün qərarlar çıxarda bilsin. Başqalarından istəyin ki, sizin yanlış cəhətlərinizi üzünüzə desin. Belə bir insan səhvini başa düşüb, inkişaf edər. Lakin bunu da bilməliyik ki, hər kəs bizi yaxşı tanıya bilməz. Gərək elə insan bizi tənqid etsin ki, bizim həm mənfi və həm də müsbət tərəflərimizdən agah olsun. Bəzən mümkündür ki, elə insandan nəsihət alaq ki, bizi heç yaxşı tanımır. Ona görə də hər insandan nəsihət almamalıyıq.

Bir çoxlarımız həyat yoldaşı seçimində hisslərimizlə rəftar edirik. Bir çox meyarları görməməzliyə vururuq. Elə bilirik ki, evlənəndən sonra onu dəyişdirə biləcəyik. Bunu bilmək lazımdır ki, bir insanı tamamilə dəyişmək qeyri-mümkündür. Ancaq o zaman mümkündür ki, insan özü dəyişməyini istəsin. Bu məsələ o qədər mühümdür ki, ailədə bir çox münaqişələrə səbəb olar.

Evlilikdə mühüm deyildir ki, cütlər tamamilə bir-birinə uyğun olsunlar. Həmçinin bir-birindən tamamilə fərqlənməli deyildirlər. Bu cütlər arasında cazibə olmalıdır və bu cazibə onların rabitəsini möhkəm edər.

Evliliyin xoşbəxt olması üçün təhsilin eyni səviyyədə olması də mühümdür. Cütlərin zehni cəhətdən də eyni səthdə olması çox mühümdür. O qadınlar ki, ərlərini özlərindən az ağıllı hesab edirlər, ailə həyatlarında xoşbəxt olmazlar. Bu məsələdə mənəviyyatın rolu böyükdür. Əgər cütlərin dəyərləri müxtəlifdirsə, bu inanc həyatlarına həmişə mənfi təsir qoyacaqdır. Bu deyilənləri nəzərə alaraq seçim etmək, gələcək ailə həyatının xoşbəxt olması üçün çox mühümdür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir