Zumrud

Xoşbəxt olmaq istəyirsinizsə… – “SEANS VAXTI”

Baxış sayı: 280

Xoşbəxt olmaq istəyirsənsə, çevrənizlə bağlı bəzi gözləntilərinizə som qoymalısınız. Ən azı ona görə ki, xoşbəxt olmağa gədən yol ilk olaraq məhz sizdən başlayır. Bəs bunun üçün başqalarından ən əsas nələri gözləməməlisiniz?

 

1) Sizinlə eyni fikirdə olmaqlarını

Çox vaxt insanların bizimlə eyni fikirdə olmaqlarını gözləyirik. Lakin hər kəsin özünə aid fikirləri vardır. Buna görə də insanların fərqli fikirlərə sahib olduğunu qəbul edin. Bu sizi daha çox xoşbəxt olmağınıza kömək olacaqdır

 

2) Özünüzdən daha çox sizə hörmət göstərməkləri

Başqasından hörmət görməyi gözləmədən öncə, özünüzə hörmət edirsinizmi? İlk öncə ona diqqət edin. Çünki siz özünüzə hörmət etməsiniz, başqaları sizə hörmət etməyəcəkdir. Sizə olacaq hörməti siz müəyyən edirsiniz.

 

3) Sizi sevməkləri

Birisinin sizi sevməsini istəməyiniz normal haldır. Lakin buna daha çox yönəlib, şəxsiyyətinizi gözardı etmək doğru deyildir. Buna görə də özünüz özünüzü  sevməyə ilk öncə yönəlməlisiniz.

 

4) Ağlınızdan keçənləri oxumaqlarını istəmək

Kimsə zehin oxuya bilmək bacarığına sahib deyildir. Ona görə fikirlərinizi, duyğularınızı açıq şəkildə ifadə edin. Qarşı tərəfdən incidiyinizdə bunu ona sözlərinizlə göstərin.

 

 

Zümrüd Haqverdiyeva

Bilmed Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinim psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir