musiqi

Yatarkən dinlədiyiniz mahnıların beyninizə hansı zərərləri var?

Baxış sayı: 579

Musiqi dinləməklə daha rahat yata biləcəyinizi düşünürsünüzsə, yanılırsınız. “Psychological Science” jurnalında dərc olunan yeni araşdırmaya görə, yatarkən dinlədiyiniz mahnılar beyninizi “yaddaşına ilişir” və yuxunun keyfiyyəti kəskin şəkildə aşağı düşür. İnsan beyninin dincəldiyi bir an olmur. Müasir həyatın streslərinə müqavimət göstərmək, yorğun zehnimizi və bədənimizi dincəltmək üçün yatmalıyıq. Çox zaman bunun üçün yalnız bir yoldan istifadə edirik, musiqi dinləyirik.

Yatmaq üçün hazırlanmış mahnı siyahısını açıb telefonu yatağınıza qoymaq əslində yalnız stresli fikirlərdən uzaqlaşmağa, qaçmağa imkan verir. igər tərəfdən, beyniniz dinlədiyiniz musiqini emal etməyə və onu beyninizə həkk etməyə başlayır. Bir sözlə, sizi rahatlaşdırdığını düşündüyünüz bu davranış zamanı beyniniz daha çox yorulur və yuxu keyfiyyətiniz azalır.

ABŞ-ın Texas ştatındakı Baylor Universitetinin Yuxu Laboratoriyasında aparılan araşdırmada orta yaş həddi 35,9 olan, yəni Y nəslinin nümayəndəsi olan 199 nəfər iştirak edib. Onlar təcrübələri əsasında anket doldururlar. Yatarkən məşhur mahnıları dinləyən bu iştirakçıların 33 faizi ecə və ya səhər oyanarkən dinlədikləri mahnıların dillərində dolaşmış (qulaq qurdu) olduğunu bildiriblər. Gündəlik həyatda digərlərinə nisbətən daha çox musiqi dinləyən iştirakçıların daha çox “qulaq qurdu” yaşadıqları və yuxu keyfiyyətinin aşağı olduğu da ifadə edilir.

İkinci mərhələdə bu dəfə orta yaş həddi 21,2 olan, yəni Z nəslinin üzvü olan 50 iştirakçı laboratoriya şəraitində müşahidə edilib. 3 məşhur mahnının qeyri-verbal, yəni instrumental variantı səsləndirilib. Bu arada, bütün subyektlərin qan oksigen səviyyələri, beyin dalğaları, tənəffüs formaları, ürək döyüntüləri, gecə boyu göz və bədən hərəkətləri izlənilib. Lakin nəticə daha da pis olub. Onların daha gec yuxuya getdiyi və yuxunun səmərəliliyi və keyfiyyətinin aşağı düşdüyü aşkar edilib.

Tədqiqatın aparıcı müəllifi, psixoloq Maykl K. Skullin bildirib ki, vəziyyət populyar musiqi sənayesində “təkrarlanan melodiyalar və cazibədar mahnılar” istehsal etmək meyli ilə bağlıdır. Çünki bu tip melodiyalar zehnində asanlıqla yer tapır. Daha çox belə mahnılara qulaq asan insanların yuxu keyfiyyəti daha çox düşə bilir.

Qısası, yatmamışdan əvvəl hər yerdə eşidilən məşhur və tanış mahnıları dinləmək beynimizin işləməsinə və yuxu keyfiyyətimizin azalmasına səbəb olur.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir