Yeniyetməlik dövrü insan həyatının keçid mərhələsidir. Bu yaşda həm fiziki, həm emosional, həm də sosial dəyişikliklər baş verir. Uşaq artıq özünü böyüklər kimi görmək, müstəqil qərarlar vermək istəyir. Bu prosesdə daxili ziddiyyətlər yaranır və nəticədə şəxsiyyət böhranı meydana çıxır. Bu böhran fərdin “mən kiməm?”, “nəyə görə yaşayıram?” kimi suallara cavab axtardığı dövrdə daha güclü hiss olunur.
Yeniyetmələrdə şəxsiyyət böhranının əsas səbəbləri
1) Ailə münasibətlərində uyğunsuzluq
Həddindən artıq nəzarət, tənqid və ya laqeyd münasibət yeniyetmənin özünə inamını azaldır.
2) Məktəb mühiti və təzyiq
Uğursuzluq, müəllim və ya sinif yoldaşlarının neqativ münasibəti özünüqiymətləndirməyə mənfi təsir göstərir.
3) Yaşıdlarla münasibətlərdə çətinlik
Sosial qəbul olunmama hissi təcrid və aqressiya yarada bilər.
4) Mənlik axtarışı və qeyri-sabit emosiyalar
Yeniyetmə kimliyini müəyyənləşdirməyə çalışır, lakin bu zaman qarışıqlıq və daxili gərginlik yaşayır.
Böhranın psixoloji təzahürləri
*Tez-tez əhval dəyişkənliyi
*Aqressiv və üsyankar davranış
*Özünü cəmiyyətdən uzaqlaşdırmaq istəyi
*Valideyn və müəllimlərlə münaqişələr
*Özünə inamsızlıq və qərarsızlıq
Bu hallar uzunmüddətli olarsa, yeniyetmənin sosial adaptasiyası və gələcək inkişafı üçün çətinliklər yarada bilər.
Aradan qaldırılması yolları
1) Empatik ünsiyyət və anlayış
Yeniyetməni dinləmək, onun hisslərini qəbul etmək və dəyərləndirmək vacibdir.
2) Müsbət münasibət və tərif
Kiçik uğurlar belə qeyd olunmalıdır ki, özünə inam formalaşsın.
3) Sosial münasibətlərin təşviqi
Dərnəklər, idman və komanda fəaliyyətləri vasitəsilə sağlam ünsiyyət bacarığı inkişaf etdirilməlidir.
4) Ailədə sevgi və təhlükəsizlik mühiti
Ailənin anlayışlı münasibəti yeniyetmənin özünü dəyərli hiss etməsini təmin edir.
Yeniyetməlik dövründə şəxsiyyət böhranı normal və keçici bir mərhələdir. Əsas məqsəd bu dövrdə gənci başa düşmək, ona düzgün istiqamət vermək və dəstək olmaqdır. Valideyn, müəllim və psixoloqun birgə səyi nəticəsində yeniyetmə öz kimliyini taparaq, müstəqil, emosional cəhətdən sabit və sağlam şəxsiyyət kimi formalaşa bilər.
Psixoloq Əminə Tağıyeva
Bu dövrün necə çətin olduğunu yaxşı başa düşürəm. Hem də mekteb mühiti, yaşıdlarla münasibətlər cox gərginləşdirir. Yeniyetmələrə qarşı daha müsbət yanaşmaq vacibdir. Meqalədə hem valideynlərə, hem də muellimlərə yönəlik yaxşı məsləhətlər verilib. Mən də belə dövrü keçmiş biri kimi deyirəm ki, dəstək cox vacibdir. Çünki yeniyetmə nə qədər başqalarına ehtiyac duyursa, onu düzgün şəkildə başa düşmək daha əhəmiyyətlidir.
Yeniyetmelik dovru cox cetin bir vaxtdir. Hem fiziki, hem emosional, hem de sosial deyisikliker insanı çetin veziyyetde qoyur. Mende bu yaslar cox qarisiq olub, insanın kim oldugunu ve ne ucun yasadıgini dusunnmesi tam eziyyətli bir veziyyet yaradır. Hem de mektebdə olan təzyiqlər insanı cox gərgin edirdi. Bəlkə, muellimlər ve valideynlər bu dovrde daha anlayisli olmalidirlar. Bu meqale cox vacib meseleye toxunub, cox beyenirem
Ən cox diqqətimi çəkən, aile münasibətlərinin yeniyetmənin şəxsiyyətinə təsiri oldu. Həddindən artıq nəzarət ve ya tənqid o qeder də yaxşı deil, çünki bu, yeniyetmənin özünə inamını azaldır. Mənim də ailemlə cox münaqişələrim olub ve bu, mənim psixoloji durumuma təsir edib. Hemçinin, sosial əlaqələr cox vacibdir, çünki insan özünü yalnız hiss edir.
Yazını oxuyanda öz yeniyetməlik dövrüm ağlıma gəldi. Mənim üçün də o dövr çox çətin olmuşdu. Mənlik axtarışım çox idi, amma hər şeyin zamanla düzəldiyini başa düşdüm. Həqiqətən, bu mərhələnin keçici olması çox vacibdir.
Əminə xanımın yazısı çox dolğun və faydalıdır. Yeniyetmələrə dəstək olmaq vacibdir, amma mənim fikrimcə, ailələrin yeniyetmələrin duyğusal ehtiyaclarını anlamağa başlamaları daha tez olmalı. Empatik ünsiyyət bu dövrdə həqiqətən çox önəmlidir.