valideyn

Yeniyetmələrin aqressivliyi qarşısında necə davranmalı?

Baxış sayı: 1. 659

Yeniyetməlik çağlarında uşaqlarda, xüsusən daxili aqressiya, əsəbilik və aqressiv davranışlar tez-tez müşahidə olunur. Valideynlər də təbii olaraq bu zaman narahat olurlar, mütəmadi olaraq psixoloqlara belə suallar ünvanlayırlar: “Yeniyetmə uşağım var, çox əsəbidir. Buna nə səbəb ola bilər?” və ya “Övladım yeniyetməlik dönəmindədir və çox aqressivləşib, əvvəllər belə deyildi. Bu problemi necə aradan qaldıra bilərik?”və s.bu kimi suallar çox olur .

Bütün bu suallara cavab tapmaq üçün PRİM – “Psixososial Reabilitasiya və Autizm Mərkəzi”nin direktoru, psixoloq Almara Məlikovaya müraciət etdik.

Almara Melikova

Məsələyə “Gencaile.az” saytı üçün münasibət bildirən xanım psixoloq ilk olaraq bildirdi ki, həmin dövrdə psixoloji baxımdan bir sıra yeni maraqlar formalaşır Böyümək, yetkin və sərbəst olmaq, bacarıq və etibar qazanmaq şəxsiyyətin formalaşması üçün əsas psixoloji amillərdir .Sososial fəallıq gələcəkdə yeniyetmənin şəxsiyyət və mənlik anlayışlarının təşəkkülündə müəyyən rol oynayır, öz maraqlarını həmyaşıdları arasında təmin etmək istəyən yeniyetmə bəzən yanlış mühitə düşür. Bəzi yeniyetmələr bu dönəmdə həddindən çox aqressivləşir və ya yanlış qruplaşmalara yönəlir ki, bu da nəticədə onların məktəbdən, dərsdən uzaqlaşmasına səbəb olur.

Almara Məlikova həmçinin bildirdi ki, yeniyetmə uşaqlar, valideynləri ilə müqayisədə dostları ilə vaxt keçirməkdən və ya otaqlarında tək qalmaqdan daha çox zövq alırlar. Onlara özünü tanıması və bir az sosiallaşması üçün bir fürsət verilməlidir. Amma eyni zamanda, bu o demək deyil ki, valideynlər övladlarının bu dönəmdə dost çevrəsini, ünsiyyətdə olduğu insanlara diqqət etməməli və onları tanımamalıdırlar. Əgər bir uşaq təhsildən uzaqlaşırsa, dərslərini oxumaq istəmirsə təbii ki, asudə vaxtını daha çox dostları ilə əylənərək keçirirsə zamanla yalnış istiqamətdə maraqlara yönəlir. İnsan sosial varlıqdır, biz övladlarımızı nə qədər tərbiyə etsək də, doğru yönləndirsək də onu cəmiyyət, ünsiyyətdə olduğu insanlar və ətraf-mühit də onları müəyyən mənada tərbiyə edir və onlaraa təsir edir.

Psixoloq billdirir ki, yeniyetməlik dövrü öz həssaslığı və çılğınlığı ilə seçilir. Ona görə də həmin dövrdə övladı çox danlamaq, hər xırda məsələyə görə onu qıcıqlandırmaq olmaz. Həmçinin yeniyetmənin şəxsiyyətinə istiqamətlənən təhqir və onu idarə etməyə çalışmaq valideynlərin ən böyük səhvidir. Ona uzun-uzadı öyüd-nəsihət verməkdənsə sadəcə məlumatlandırmaq ,dostcasınal anlatmaq lazımdır. Bununla yanaşı qətiyyən laqeydlik göstərmək olmaz. Onların gələcəyi valideynlər tərəfindən necə tərbiyə edilməkdən çox asılıdır. İlk növbədə valideyn onun böyüdüyünü dərk etməli, uşağa qarşı əvvəlki münasibəti və əgər varsa sərt davranış bunu mütləq dəyişməlidir. Təbii ki, ən böyük iş ata və ananın üzərinə düşür .Həmin dövr üçün yaranmış bəzi problemlərin həllinə sevgi və duyğu ilə, ünsiyyət və səbirlə yanaşılmalıdır. Yeniyetmələri dinləmək, onları anlamağa çalışmaq, özlərini tanımaları üçün fürsət vermək lazımdır.

 

Təqdim etdi: Məsudə Sultan




7 şərh “Yeniyetmələrin aqressivliyi qarşısında necə davranmalı?

  1. Sedaqet

    Uşağın aqressivliyi valideynlər üçün ən ağır imtahanlardan biridir. Uşaqlar çox vaxt öz aqressivliklərinin öhdəsindən gələ bilmirlər və böyüdükdə aqressiv davranışlarına nəzarət onlar üçün problem olaraq qalır. Aqressiya gizli və ya əksinə açıq şəkildə özünü göstərə bilər.

    Cavabla
  2. Alim Aslıanov

    Uşaq aqressivkən ona qarşı getmək olmaz: “Uşaq aqressiv olan zaman valideyn əksinə sakit, səbirli olmalıdır. Və çalışmalıdır ki, uşaqla göz kontaktı qurulmasın. Yaxşı olar ki, valideynlər məsələyə daha soyuqqanlı yanaşsınlar. Həmin an məkanı dəyişsələr, daha yaxşı olar.

    Cavabla
  3. Kənan Kənan

    Yeniyetməlik dövrü valideynlər üçün ən narahat dövrlərdən biridir. Bəzi yeniyetmələrin valideynləri uşaqlarının aqressiv, kobud, bədbin, yalançı olmasından şikayətlənirlər. Aktual mövzuya toxunduğu üçün sayta da, psixoloqa da təşəkkür düşür.

    Cavabla
  4. Validə Qarayeva

    Uşağın yeniyetməlik dövrü ailənin ona yanaşma tərzindən çox asılıdır, bu mənada valideynlərin maariflənməsi vacib məsələdir. Çox sağ olun, Almara xanım.

    Cavabla
  5. Cingiz Memmedov

    Yeniyetməlik dövrü, özü ilə bir çox fiziki, emosional və koqnitiv dəyişiklikləri gətirən, uşaqlıqdan yetkinliyə keçid dövrüdür. Bir çox yeniyetmə və onların ailələrində narahatlıq yaradan bu keçid dövrünün ən əhəmiyyətli xüsusiyyəti, gözlə görülən fərqliliklərin ortaya çıxması; ailə və həmyaşıd münasibətlərinin istiqamət dəyişdirməsidir. Fiziki və emosional dəyişikliklərə uyğunlaşmağa çalışan fərd, yeniyetməliklə birlikdə bir növ kəşf səyahətinə də, çıxar. Maraq və gözləntilərin formalaşdığı bu dövrdə özünü tanımaq, ehtiyacların fərqinə varmaq, dəyişikliyə uyğunlaşmaq, sosial münasibətləri davam etdirə bilmə və muxtariyyət ən çox önə çıxan xüsusiyyətlərdir.

    Cavabla
  6. Sebuhi Ehmedzade

    Yeniyetməlik dövründə fərd, fiziki dəyişikliklərlə yanaşı, bir çox emosional dəyişikliklər də yaşayır. Hormonal dəyişikliklər özüylə emosional dəyişiklikləri də, gətirir. Xüsusilə, həmyaşıdları ilə münasibətdə və akademik həyatda qarşılaşdığı çətinliklər yeniyetməni depressiv və kədərli hiss etdirə bilir. Bir çox yeniyetmələr erkən yaşda akademik olaraq ciddi qərarlar qəbul etməlidirlər: peşə sahəsini seçmək kimi. Fərd bu cür qərarlar qəbul edərkən özünü narahat və təzyiq altında hiss edə bilər.

    Cavabla
  7. Səma Abbasli

    muasir dovrun esas problemlerinden biridir valideynler ucun. Tesekkurler toxundugunuza gore

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir