yemeye ne var

Yumurtalı gözləmə belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 496

“Gencaile.az” saytının hər həftənin bazar ertəsi oxucularına təqdim etdiyi “Yeməyə nə var?” rubrikasında bu gün sizə yumurtalı gözləmənin hazırlanmasından bəhs edəcəyik.

 

Yumurtalı gözləmə üçün lazım olan ərzaqlar

2 ədəd Millidad lavaş

3 ədəd yumurta

kərə yağı

Holland pendiri

duz

qırmızı bibər

istiot

 

Yumurtalı gözləmə üçün ərzaqların yığılması

Yumurtalı gözləmə üçün istifadə edəcəyiniz Milli dad lavaşını bir qaba alın. İstifadə edəcəyiniz yumurtanı yuyub bir kasaya alın. Gözləmə üçün lazım olan pul bibər, duz, istiotu ayrı-ayrı kasalara yığın. Yumurtalı gözləmə üçün istifadə edəcəyiniz holland pendirini də bir kasaya alıın. Yumurtalı gözləməni bişirmək üçün istifadə edəcəyiniz kərə yağını bir kasaya yığın.

 

Yumurtalı gözləmə üçün ərzaqların hazırlanması

Yumurtaları bir qabın içərisində sındırın.Yumurtaların üzərinə pul bibəri və istiotu da əlavə edib yaxşıca çırpın. Çalışın istiot və pul bibər topaclanmasın. Holland pendirini rəndələyin. Holland pendirini də yumurtanın üzərinə əlavə edərək çırpın. Tavanın altını azca kərə yağı ilə yağlayın. Sonra tavanın içərisinə 2 ədəd Millidad lavaşını sərin.

yumurtali gozleme

 

Yumurtalı gözləmənin bişirilmə qaydası

Hazırlamış olduğunuz yumurtalı qarışımı yuxanın üzərinə bərabər olaraq yayın. Yuxanın hər tərəfinə yumurtalı qarışımı yaydıqdan sonra üzərinə yenə də Millidad lavaşından qoyun. Ocağın altını yandırın. Tavanı ocağın üzərinə yerləşdirin. İşləm sona yetdikdən sonra tavanın qapağını qapadaraq vam odda bişməyə qoyun. Bir üzü bişdikdən sonra bişməsi üçün o biri üzünə çevirin. Hər iki üzü bişdikdən sonra tavadan çıxardın və üçkünc formasında dilimləyin.

 

Yumurtalı gözləmənin servis edilmə qaydası

Zövqünüzə uyğun olaraq ayranla birlikdə isti-isti servis edin.

Nuş olsun!

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir