pul

Zəngin xanım olmaq üçün 10 taktika

Baxış sayı: 1. 119

Bəzən qazandığımızdan başqa necə gəlir əldə edəcəyimiz barədə düşünürük.
Qazanc sözü ilkin olaraq maddi mənada başa düşülsə də, ayrı-ayrılıqda bir neçə mənada istifadə olunur. Qazanmaq, əlinizdə belə bir imkanın olduğu halda istədiyiniz  nəticəni əldə etməkdir. Bəs nəticə əldə edənlər bunu necə bacarıb?

 

1) Maliyyə cəhətdən daha güclü olmaq üçün qavrama qabiliyyətinizi inkişaf etdirin.

Hər kəsin pulla bağlı düşüncəsi fərqlidir ancaq ehtiyacı olan insanlar pul qazanmağın fərqli yollarını axtarır. Düşüncələrimiz isə bizə daha çox qazanmağımız üçün kömək olur.

 

2) Doğru insanlarla əlaqə qurun.

Uğurlu insanlar, ətrafında özünü inkişaf etdirmiş, ağıllı insanların olmağını sevir. Məlumatlı olmaq bir yana, təcrübə qazanmaq üçün bu gözəl bir fürsət olacaqdır. Özünü təsdiq etmiş insanla bir yerdə olmaq diqqətli olmağınıza kömək edəcək.

 

3) Narahatçılığınız, sizə başqa yollar göstərəcəkdir.

İnkişafın bir yolu da maneələri dəf etməyə çalışmaqdır. Uğurlu olmağınız və maddi cəhətdən qazancınızın olmağı  artıq sizin bu sərhədləri aşmağınız deməkdir. Bunun üçün öz rahatlığınızı qurban verməlisiniz.

 

4) Əlavə gəlir mənbələri əldə edin.

Person Holding U.s. Dollar Banknotes

Sahibkarlardan tutmuş varlı insanlara kimi sahib olduqları maddiyyat bir neçə gəlir mənbəyindən keçir. Pulun stabil dövriyyəsi və gəlirinizin ikiqat artması üçün  çoxlu gəlir mənbəyiniz olmalıdır.

İki fərqli gəlir mənbəyi var. Biri işləyərək qazandığınız aktiv gəlir; digəri isə vaxt limiti olmadan yaradılan passiv gəlir.

 

5) Risk etmək yaxşıdır. Əgər yüz ölçüb bir biçmisinizsə…

Uğurlu insanlar düşünmədən risk etməzlər. Hətta riski azaltmaq üçün əllərindən gələni edərlər. Hər şeyi əvvəlcədən araşdıraraq bir qərar verərlər. Hədəflərinə çatmaq üçün qarşılarına çıxan maneələri dəf etməyin yollarını axtararlar.

 

6) Özünüzü dəyərli hiss etdirəcək məşğuliyyət tapın.

Uğurlu və zəngin insanlar onları dəyərli hiss etdirən fəaliyyətlərlə məşğul olmağı sevirlər. Ağlınıza təkcə qolf oynamaq gəlməsin. Özünüz üçün edə biləcəyiniz və nəticəsində xoşbəxt  olacağınız hər bir məşğuliyyət sizi 1 addım önə aparacaq.

 

7) Kiçik investisiyalarla işə başlayın.

İnvestisiya maddi cəhətdən böyüməyin bir yoludur. Yağış yağdığı zaman yanınızda çətirin olması sizin xeyrinizədir amma bəzən də islanmaq sizə çətirin nə qədər önəmli olduğunu xatırladacaq. Etdiyiniz yatırımların sizə geri dönüşü olmasa belə bu sizə bir təcrübə qazandıracaq. Bununla yanaşı, özünüzə də yatırım etməyi unutmayın.

Women's White Button-up Long-sleeved Shirt

8)  Təqaüd xəyalları qurmağınız sizi passivləşdirər.

Varlı insanlar işləməsələr belə özlərinə yetəcək qədər pula sahib ola bilərlər. İşgüzarlıq və zəhmətkeş insanlar nə qədər imkanlı olsalar belə işləməkdən yorulmurlar.

Müəyyən bir yaşdan sonra qazanc əldə edə bilməsəniz belə mənəvi olaraq dəstəyinizi əsirgəməyin.

 

9) Gəlir-xərc tərəzisində balansı qoruyun.

Hər kəsin istəkləri və həyat tərzi fərqlidir ancaq ödəmə şəkilləri eynidir. Öz gəlirlindən qənaətlə istifadə edən insanlar, xərcləyərkən də bədxərclik etmirlər. Bu onlara qazanmağın nə qədər çətin olduğunu xatırladır.

 

10) Düşünmək və zehninizi təzələmək üçün fasilələr verin.

Fikirlər içində boğulmamağınız üçün sakitliyə ehtiyacınız olacaq. Hər zaman qərarlarınızı yönləndirmək üçün özünüzə ayıracağınız 30 dəqiqəniz olsun. Bu müddətdə özünüz üçün nələr edəcəyinizi və verdiyiniz qərarları bir də nəzərdən keçirə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir