masin

Zəriflər sükan arxasında: Avtomobil alarkən diqqət etməli nüanslar

Baxış sayı: 1. 289

Maşın, insanın əlindən tutan ən böyük vasitələrdən biridir. Sizə sərbəst hərəkət etmək, zamana daha yaxşı nəzarət etmək imkanı verir və əgər mahir bir sürücü xanımsınızsa, bu sizin həyatınızı əlavə təhlüklərdən qoruyur,  tanımadığınız insanlar ilə yola çıxamaqdan sizi qurtarmış olur.

Bəs istədiyiniz maşına sahib olmaq üçün nə etməlisiniz?

 

1) Məqsəd:

İlk olaraq özünüzə verilməli olan sual, “Alacağınız maşını nə məqsədlə istifadə edəcəksiniz? Gəzmək ya işə getmək üçünmü?”dür. Bundan əlavə şəhər və ya kənddə yaşamağınız və məsafəsi vacibdir. Məsələn, məsafə uzaqdırsa daha az benzin sərf edən maşına ehtiyacınız var deməkdir.

Uzaq məsafələr qət edən xanımlar hazırda daha çox hibrid modellərə üstünlük verir. Yəni avtomobilin mühərriki yanacaq sərf etdiyi zaman enerji depolayır, sonra həmin enerjini sərf etməyə başlayır. Bu yanacaqdan istifadəni azaldır.

 

2) Seçimlər

Rəng, marka, model, iç görünüş, işıqlandırma kimi xüsusiyyətlər maşın seçərkən əsasdır. Bu səbəbdən bunların hamısını öncədən düşünmək və dəqiqləşdirmək lazımdır.

Evli və çox uşaqlı xanımlar adətən iri qabaritli avtomobillərə üstünlük verir, bütün ailə üzvləri avtomobilə rahat yerləşsin deyə. Həmçinin onlar üçün təhlükəsizlik əsas meyar olur. Avtomobilin hündür olması onlara ətrafı daha yaxşı görmək və sükana nəzarət imkanı verir.

Subay və avtomobil idarə etməyi yeni öyrənən xanımlara isə adətən yığcam, daha kompakt, manevr edilməsi asan avtomobil seçmək tövsiyə olunur.

 

3) Rahatlıq

Maşın almazdan öncə ehtiyac və istəklərinizi dəqiqləşdirməlisiniz. Əsas ehtiyaclara yol naviqasiyası, hava yastığı, uşaqlar üçün təhlükəsizlik bağlantısı və s daxildir. Bunların hər birinin isə qiymətə təsir edəcəyini unutmayın.

 

4) Çəkiləcək əlavə xərclər

Sığorta, vergi, benzin, qulluq üçün də gərəkən vəsaiti almazdan öncə hesablamağı unutmayın.

 

5) Maddi vəziyyət

 Image result for araba almak

Maşın almaq üçün nə qədər pul ayıra bilərsiniz?

Kampaniyalar ilin hər fəslində görülür. Bu səbəbdən büdcənizi nəzərə alaraq bu kimi fürsətləri qaçırmayın. İlk olaraq tələsmək bu növ işlərdə doğru deyil. Çünki əsas fürsətin nə zaman ələ düşəcəyi məlum deyil.

Maşını nağd almaq, icarəyə götürmək, lizinq və ya kredit almaq versiyalarını da nəzərdən keçirin. İlkin bazardan, yəni salondan alınan avtomobillər öz dəyərini tez itirir. Bəzən ikinci əl avtomobil daha uyğun seçim olur.

Əgər daşıma, taksi xidməti göstərmək üçün avtomobil istəyirsinizsə, onda icarə daha yaxşıdır, çünki maşını çox sürməli olacaqsınız və kilometraj artacaq, bu isə maşını satdıqda dəyərini endirəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir