edviyyat

Ədviyyatlar uzun müddət qaldıqda xarab olurmu?

Baxış sayı: 334

Məhsulun son istifadə tarixi bir məhsulun istehlak üçün təhlükəsiz və keyfiyyətli olduğu son tarixi göstərir. Bu tarix keçdikdən sonra məhsulun tərkibi dəyişə və istehlak üçün yararsız hala gələ bilər. Son istifadə tarixi olan məhsullar arasında qida məhsulları, dərmanlar, kosmetika və təmizlik vasitələri kimi müxtəlif kateqoriyalar ola bilər. Lakin ədviyyatlar bu siyahıda yer alımır.

Bəs ədviyyatlar uzun müddət saxlanıldıqda xarab olurmu?

Ədviyyatlar uzun müddət saxlanıldıqda dadlarını və ətrini itirə bilər, amma adətən xarab olmazlar. Onların xarab olub-olmadığını müəyyən etmək üçün bəzi meyarlar var.

Tam ədviyyatlar məsələn, istiot dənələri, kimyon toxumu adətən 3-4 il ərzində təzə qalır. Əzilmiş ədviyyatlar məsələn, zərdəçal tozu, darçın adətən 2-3 il ərzində ən yaxşı vəziyyətdə qalır. Qurudulmuş otlar məsələn, kəklikotu, reyhan adətən 1-3 il ərzində ən yaxşı dadlarını saxlayırlar.

Ədviyyatların hələ də istifadəyə yararlı olub- olmadığını müəyyən etmək üçün bir neçə əlamətə diqqət yetirmək lazımdır. Bunlara rəng dəyişikliyi, ətir itkisi, kif və ya həşəratların olması daxildir. Bu əlamətlərdən hər hansı biri varsa, ədviyyat və ya otu atmaq daha yaxşıdır, çünki o, dadını və qida dəyərini itirmiş ola bilər.

Saxlama şərtləri

Ədviyyatların ömrünü uzatmaq üçün doğru saxlanma çox önəmlidir. Ədviyyatlar sərin, quru və qaranlıq yerdə saxlanmalıdır. Ədviyyatlar hava keçirməyən qablarda saxlanmalıdır ki, nəm və hava ilə təmas minimumda olsun.

Xarab olma əlamətləri

Ədviyyatın rəngi solmuş və ya dəyişmişsə, qoxusu və dadı müəyyən bir şəkildə azalmışsa, nəm səbəbindən qatarlanma varsa deməli ədviyyatlar xarab olub və ya təsirini itirib.

İstifadə tövsiyələri

Mümkünsə, tam baharatları istifadə etmədən əvvəl əzmək, daha təzə bir dad təmin edir. Qurudulmuş göyərtilər yerinə təzələrdən istifadə etmək hər baxımdan daha faydalıdır.

 

Nigar Orucova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir