Selcuk S

Sabiq “Fənərbaxça”lı: “Məşqçimiz demişdi ki, tualetə də getsə, onunla getməlisən” – EKSKLÜZİV MÜSAHİBƏ

Baxış sayı: 8. 512

“Gencaile.az” saytının “Ailədən danış” rubrikasının  budəfəki qonağı Türkiyə milli komandasının və “Fənərbaxça” klubunun sabiq üzvü, hazırda isə “Göztəpə”də forma geyən Selçuk Şahindir.

 

Türkün sözü, altını çizərək deyək ki, bu, Selçuk Şahinin Azərbaycan mediasına ilk müsahibəsidir!

 

 

– Futbolçu olmağınıza ailənizin münasibəti necə olmuşdu?

– Atam müəllim, anam isə tibb işçisi idi. Hər ikisi mənim ali təhsil almağımı və hansısa yaxşı bir peşəyə yiyələnməyə istəyirdilər. Mən isə futbolçu olmağa qərar vermişdim və bu yolda davam etdim. Sonradan ailəm də məni dəstəkləməyə başladı. Valideynlərim yanıldıqlarını anlamışdılar.

– Maraqlıdır, futbolçuolmasaydınız, hansı peşəni seçərdiniz?

Dediyim kimi, valideynlərim məni başqa istiqamətə yönləndirmək istəyirdilər. Mən isə həm oxumaq, həm də futbola davam etmək istəyirdim. Hətta universitetə imtahan da vermişdim. Müəllimlik fakultəsinə qəbul olsam da, sonra valideynlərimə futbolla məşğul olmaq istədiyimi dedim və ali təhsildən imtina etdim. Əgər futbolçu olmasaydım, indi müəllim işləyirdim.

– Evlənmək istədiyiniz zaman gələcək həyat yoldaşınız futbolçu ilə ailə qurmaqda tərəddüd etmədi ki?

Ailə həyatı quranda sevərək evlənmişəm. Bir-birimizi sevərək evlənmişik və bu səbəbdən hansı işlə məşğul olmağımın önəmi yox idi.

– Sizcə, bir futbolçu üçün ailə qurmağın müsbət və mənfi tərəfləri nələrdir?

34 yaşım olanda evlənmişəm. İndi 37 yaşım var və hələ də yüksək səviyyədə futbol oynaya bilirəm. Bu uğuru həm də həyat yoldaşıma borcluyam. Futbolçunun düzənli bir həyatının olması çox önəmlidir.Ailə qurmağın mənfi yönlərinə gəlincə, məncə, bunun heç bir pis tərəfi yoxdur.

ss

 

– Futbol adamları adətən gündəmdə olur. Bu səbəbdən həyat yoldaşınızdan qısqanclıq hiss edirsinizmi?

Düzü, həyat yoldaşım bir az qısqancdır. Eynən mənim kimi. Amma bu qısqanclıq  heç də ifrat dərcədə deyil. Yəni qədərindədir və xoşdur. Məncə, qısqanclıq hissi sevgidən irəli gəlir.

– Peşənizdən dolayı çox vaxt evinizdən uzaqda olursunuz. Belə vəziyyətdə ən çox hansı çətinliklərlə üzləşirsiniz?

–  Evdən kənarda olanda bir-birimiz üçün darıxırıq. Hər həftə matçlardan dolayı 1-2 gün ayrı qalırıq. Mövsümün əvvəli və dövrələrarası fasilədə isə bu ayrılıq daha uzun çəkir. Ən çox çətinliyi də məhz onda çəkirəm.

– Tanınmış bir futbolçu olmaq gündəlik həyatınızda sizə hansı üstünlıükləri qazandırır?

İnsanların bizi tanıması, isti münasibət göstərməsi təbii ki, çox xoşdur. Hamının bizi ailəsinin bir üzvü kimi qəbul etməsi sevindiricidir.

– Hansı futbolçularla ailəvi dostluğunuz var?

 Uzun illər “Fənərbaxça”da çıxış etdiyimdən əsas ailəvi dostlarım məhz bu komandanın heyətində forma geyən oyunçular idi. Məsələn, sizin də yaxşı tanıdığınız Volkan Demirellə, Egemen Korkmazla, eləcə də Mert Günok, Ertuğrul Taşkıran və “Gənclərbirliyi”ndən Uğur Çiftçi ilə ailəvi dostluq münasibətlərimiz var.

Image result for selçuk şahin

– Belə bir imkanınız olsaydı, hansı xasiyyətinizi dəyişmək istəyərdiniz?

Açığı, o qədər də narazı olduğum bir xasiyyətim yoxdur. Bir az hisslərimi içimdə yaşayan adamam. Bəlkə də bunu göstərməyim, ətrafıma hiss etdirməyim daha yaxşı olardı. Bir də bəzən elə olur ki, hanısa məsələdə çox inadkarlıq edirəm. Bu da yaxşı hal deyil.

– Futbolçu həyatınızda yəqin elə hadisələr olub ki, indi də xatırlayanda gülməyə bilmirsiniz.

–  Belə hadisələr çox olub. Məsələn, birini sizinlə bölüşüm. “Fənərbaxça”da çıxış edəndə Çempionlar Liqasında “Milan”la oynayırdıq. Oyundan əvvəl baş məşqçi Kristof  Daum mənə Kakaya qarşı fərdi oynamağı tapşırmışdı.Məşqçimiz demişdi ki, tualetə getsə də, onunla getməlisən. (gülür – T.M.) Oyun başlayan kimi ancaq brazilyalını izləməyə başladım. Matçın gedişində – 20-ci dəqiqədə Kaka zədələnərək meydanı tərk etdi. Bundan beş dəqiqə sonra mən də epizodların birində zədələndiyimdən əvəzlənməli oldum. Soyunub geyinmə otağına gedəndə Kakanın karidordakı manitorda matçı izlədiyini gördüm və yanında dayandım. Oyunu birgə izlədik. Həmin vaxt Daumun sözləri yadıma düşdü və gülərək öz özümə burda da Kakanı tək qoymuram deyə fikirləşdim.

 

Söhbətləşdi: Tural Məmmədov

Xüsusi olaraq “Gencaile.az” üçün

Alsancak, İzmir, Türkiyə

Image result for selçuk şahin milli talımda

sahin s

selcuk

 

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir