Buynuz

İnsanın başında cücərən “buynuz”un səbəbi nədir?

Baxış sayı: 326

Hindistanlı kişi başından buynuza bənzər bir quruluşun cücərdiyi bir vəziyyətdən əziyyət çəkirdi. Əvvəlcə çox problem olmasa da, zaman keçdikcə qorxunc səviyyəyə çatdı. Kişi xəstəxanaya gedəndə hətta həkimlər belə gördüklərinə təəccübləniblər. Son dərəcə nadir bir vəziyyətlə qarşılaşıblar…

 

2014-2019-cu illər arasında kişinin başında buynuz böyüməyə başlayıb

Şyam Lal Yadav adlı 74 yaşlı hindistanlı fermerin başında 10 sm uzunluğunda buynuza bənzər qabar əmələ gəlib. Bu buynuz 2014-cü ildə aldığı kəllə-beyin travmasından dərhal sonra formalaşmağa başlayıb və zamanla böyüyüb.

Yadavın dediyinə görə, o, illərdir başını qırxarkən qabarını kəsirmiş, lakin zədə böyüməyə davam etdiyi üçün 2019-cu ildə xəstəxanaya gedib. Hətta həkimlər də bu maraqlı hadisədən məəttəl qalıb.

 

Bəs bu xəstəlik tam olaraq nədir?

Yadav xalq arasında “şeytan buynuz” kimi tanınan “yağ buynuzundan” əziyyət çəkirdi və bu, adətən dərinin günəşə məruz qalan bölgələrində əmələ gəlir.

Radiasiya və günəş işığına məruz qalma nəticəsində yarana bilən bu nadir vəziyyət ayaq dırnaqlarında və insan saçında olan keratindən ibarətdir və daha çox yaşlı insanlarda baş verir.

 

Şeytan buynuzlarının bəzi xüsusiyyətlərini sadalasaq:

Ən çox 60-70 yaş arası insanlar təsirlənir.

Dəqiq səbəb bilinməsə də, radiasiya və ultrabənövşəyi şüalara məruz qalma ilə əlaqədar olduğu bildirilir.

Düz, uclu və ya əyri; Sarı və ya qəhvəyi ola bilər.

Şeytan buynuzlarının yarısının xoşxassəli əsasları var.

 

Yadav buynuzundan qurtula bildi

Çox nadir olduğu üçün həkimlər əvvəlcə nə edəcəklərini bilməyiblər, ancaq rentgendə köklərin çox da dərin olmadığını görəndə buynuzunu çıxarmaq üçün qollarını çırmalayıblar.

Uğurlu əməliyyatla keratindən ibarət çıxıntı aradan qaldırılıb. Dəri yaranın üzərinə vurulub. Biopsiya da kütlənin zərərsiz olduğunu təsdiqləyib. Beləliklə, Yadav buynuzundan azad olub. Bilirik, sizin də ağlınıza pis zarafatlar gəlir, amma indi xəstəliklə bağlı zarafat etməyək…

 

Qadir




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir