ogun t

Tanınmış türkiyəli futbolçu: “Həyat yoldaşıma bu sualı vermək heç vaxt ağlıma gəlməyib” – EKSKLÜZİV MÜSAHİBƏ

Baxış sayı: 5. 000

“Gencaile.az” saytının “Ailədən danış” rubrikasının budəfəki qonağı Türkiyə futbolunun tanınmış siması,”Trabzonspor” və  “Fənarbaxça” kimi komandalarda top qovmuş sabiq milli üzvü Ogün Temizkanoğludur.

Türkün sözü, altını çizərək deyək ki, bu, Ogünün Azərbaycan mediasına ilk müsahibəsidir!

 ogun-cocuk

– Futbolçu olmağınıza ailənizin münasibəti necə olmuşdu?

– Mən Almaniyada doğulmuşam. Atam və özümdən böyük iki qardaşım futbolla məşğul olduğundan mənim bu sahəyə üz tutmağım problem olmamışdı. Əksinə, mənə dəstək verirdilər. Hər oyunumu izləyirdilər. Həmçinin, yaxşı və pis tərəflərimi mənə bildirirdilər ki, bu da mənim bir futbolçu kimi inkişafıma təkan verirdi.

 

– Maraqlıdır, futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?

– Düzü, bu sual ətrafında xeyli düşündüm, amma ağlıma futboldan başqa nəysə gəlmədi. Yəqin ki, ancaq və ancaq futbolu seçərdim.

 

– Ailə qurduğunuz zaman gələcək həyat yoldaşınız futbolçu ilə evlənməkdə tərəddüd etmədi ki?

– Açığı, həyat yoldaşıma bu sualı vermək heç vaxt ağlıma gəlməyib. İlk fürsətdə bunu həyat yoldaşımdan soruşacam. Məncə, tərəddüd etməyib. Üstəlik, hər zaman mənə dəstək olmaqdadır.

 

– Futbol adamları adətən gündəmdə olur. Maraqlıdır, həyat yoldaşınız bu səbəbdən sizi qısqanırmı?

– Bu mövzuda tam səmimi cavab verə bilərəm ki, heç vaxt qısqanmayıb. Hətta onun çevrəsində olan xanımlar da mənimlə rahatlıqla şəkil çəkdirə bilirdi. Bizi gündəmdə saxlayan futbol azarkeşlərinin sevgisi idi və bu sevgi bizim ailəmizdə problem yaratmırdı.

 ogun

– Ümumiyyətlə, bir futbolçu üçün ailə qurmağın mənfi və müsbət cəhətləri hansılardır?

– Ailə quranda insanın həyatı daha düzənli olur ki, bu da futbolçunun karyerasının inkişafına təkan verir. Bu səbəbdən evli olmağı üstünlük saymaq olar. Mənfi yönü isə təlim-məşq toplanışları zamanı ailənizdən uzaq qalmaqdır. Həm darıxmaq, həm də yaranan hər hansı problemdə ailənin yanında olmamaq baxımından problem olur.

 

– Futbolçu peşəsi elədir ki, adətən evdən kənarda olurdunuz. Belə vəziyyətdə ən çox hansı çətinliklərlə üzləşirdiniz?

– Düzdü, çətin olurdu, amma bu peşənin çətinliklərinə dözmək də bizim işimizin bir parçasıdır. Məsələn, mənim böyük oğlumun dünyaya gəlməsindən sonra milli komanda ilə 25 günlük təlim-məşq toplanışına yollanmışdım. Çətin olurdu, amma peşəkarlıq bunu tələb edirdi.

 

– Övladınızdan söz düşmüşkən, əgər övladınız azərbaycanlı xanımla ailə qursaydı, buna münasibətiniz necə olardı?

– Bu baxımdan türk və ya azərbaycanlı olmasının fərqi yoxdur. Aralarında sevgi varsa, bunun önünə keçmək olmaz. Qısası, mənim üçün dini və ya irqi baxımdan fərqli olan insanların ailə qurması problem deyil.

 

– Hansı tanınmış futbolçularla ailəvi dostluq münasibətləriniz var?

– Futbolçu karyarası davam edəndə bütün günü komanda yoldaşlarınla birlikdə olursan, amma futbolla vidalaşandan sonra hər kəs öz həyatını yeni düzənə uyğun qurmağa çalışır. Belədə davamlı görüşmək mümkün olmur, amma əlaqələrin tam itdiyini də demək olmaz.

ogun -fb

Tanınmış sima olmaq gündəlik həyatınızda sizə hansı üstünlükləri qazandırır?  

– Küçədə gəzərkən qarşılaşdığım adamların mənə qarşı sevgisi, sayğısı çox xoşdur. Bu münasibət işimi nə qədər yaxşı icra etdiyimi göstərir. Gündəlik həyatımda üstünlük qazandırmasına gəlincə, vaxtaşırı bunu hiss edirəm.

 

– Belə bir imkanınız olsaydı, hansı xasiyyətinizi dəyişərdiniz?

– Əslində, əlimdə imkanım olsaydı, dəyişmək istədiyim elə bir xasiyyətim olmazdı, amma bəzi fikirlərimi dəyişərdim.

 

– Futbolçu karyeranızla bağlı ən çox hansı qərarınıza görə məyusluq hissi keçirmisiniz?

– İnanın ki, verdiyim heç bir qərara görə təəssüf hissi keçirməmişəm. Mənim üçün əsas formasını geyindiyim komandaya ləyaqətlə xidmət etmək, belə demək mümkünsə, meydanda can qoymaq idi. Komanda yoldaşlarımdan da həmişə bunu gözləmişəm.

 

– Yəqin ki, futbolçu karyeranızda elə hadisələr olub ki, indinin özündə də xatırlayanda gülməyəbilmirsiniz. Belə maraqlı əhvalatlardan birini bizimlə bölüşün.

– Düzü, bu anda yadıma hər hansı bir gülməli hadisə düşmür, amma özümə maraqlı və eyni zamanda, təəccüblü gələn bir əhvalatı danışa bilərəm. Milli komandanın oyunlarından birində komandamız matçdan öncə isinmə hərəkıtləri edirdi. Mən isə zədəli olduğumdan oyunu buraxırdım və bu səbəbdən də meydanın kənarında dayanmışdım. Həmin vaxt oyunun baş hakimi Kollina meydana tərəf gəlirdi. Məni kənarda görəndə adımla müraciət edərək niyə oynamadığımla maraqlandı. Həmin qarşılaşmada məşhur italiyalı referi ilk dəfə Türkiyənin iştirakı ilə keçirilən oyunu idarə edəcəkdi, amma buna rəğmən mənə adımıla müraciət etməsi məndə təəccüb doğurmuşdu.

 

Söhbətləşdi: Tural Məmmədov

Xüsusi olaraq “Gencaile.az” üçün

Trabzon, Türkiyə

ogun-fatih terim

ÞAMPÝYONANIN ELEME MAÇLARINDA ANDORRA'YI 4-0 MAÐLUP EDEN TÜRKÝYE'NÝN TEKNÝK DÝREKTÖRÜ OGÜN TEMÝZKANOÐLU, "KARÞILAÞMA BÝZE MORAL OLDU" DEDÝ. (SÜLEYMAN ELÇÝN/ANTALYA-ÝHA)

ogun trabzon

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir