ismayil ehmed

İnsan Allahı görə bilərmi, donuz əti nə üçün haramdır, Orucluq niyə fərqli aylara düşür? – MÜSAHİBƏ

Baxış sayı: 3. 464

Gencaile.az” saytının “Oxucular soruşur” rubrikasının budəfəki qonağı ilahiyyatçı, “Karvan” jurnalının şef redaktoru İsmayıl Əhməddir. O, dini mövzularda oxucularımızı maraqlandıran sualları cavablandırıb.

–         Allahın özünü göstərməməsi, onun varlığına şübhə edənlərə özünü isbat etməməsi Quranda hansısa formada şərh olunurmu?

–   Quran Allahın misli və bənzəri olmayan varlıq kimi təqdim edir, onun  görüntüsünü rica edən Musa peyğəmbərə bunun  birmənalı olaraq mümkünsüz olduğunu xəbər verilir (Əraf.13)

–   Məhəmməd Peyğəmbərin əli açıq və ya qapalı şəkildə namaz qılması məsələsi daim müzakirə olunur. Quranda və ya başqa mənbələrdə bu haqda məlumat varmı?

– Quran bu barədə məlumat vermir. Nəql olunan hədislərdə isə hər iki hal göstərilir.

–    Qüsl aldıqdan sonra dəstəmaz almadan birbaşa namaz qılmaq olarmı? Mən qüsl aldıqdan sonra dəstəmaz alaraq namaz qılıram, amma bəzi adamlar deyir ki, təkcə qüsl almaqla ibadət etmək olar. Bu nə dərəcədə düzdü?

–    Cümə və cənabət qüsllərindən sonra dəstəmaz almağa ehtiyac yoxdur. Bir şərtlə ki, qüsl alınarkən dəstəmazı pozan hallar baş verməsin.

–     Qurani-Kərim Ramazan ayında nazil oldusa, niyə orucluq ayı hər il eyni vaxta təsadüf etmir?

–    Quran Ramazan ayında nazil olmağa başlanır. O ki, qaldı orucun fərqli aylara təsadüf etməsinə bu qəməri təqvim günlərinin miladi təqvim günlərindən az olması ilə əlaqəlidir.

–         Mənimçün maraqlıdır: Ömrü boyu heç kimə pisliyi dəyməyən, imkanı olduqca yaxşılıq edən, ancaq Allahdan başqa heç bir din elametini, dini, Quranı qəbul etməyən insanın Allah yanındakı yeri nədir? Tutaq ki, o cənnətə düşə bilərmi?

–       Allah istədyi şəxsi  istədiyi kimi  mükafatlandıra və ya  cəzalandıra bilər.

–         Donuz əti yalnız müsəlmanlara, yoxsa məsələn həm də xristianlara haram buyurulub? Əgər təkcə müsəlmanlar üçün haramdısa, xristianlar üçün belə bir məhdudiyyət yoxdusa, niyə belədir?

–     Donuz  ətinin haramlığı bütün bəşəriyyətə aiddir. Belə ki, Quran  ümumbəşəri dindir.

–         Ritmik musiqi nə üçün günah hesab olunur?

–         İnsanı  günaha sövq  etdiyi üçün.

–         İlk insanlar olan Adəm və Həvvadan sonra dünyada nəsil artımı necə olub? Belə çıxır ki, daha sonra evlənənlər bacı-qardaş idi. Din buna icazə vermirsə, bu hal necə mümkün olmuşdu?

–        Adəmlə  Həvva  ilk insan olmamışlar  və onların övladları onlarla  eyni zamanda yaşamış  insanlarla ailə qurub törəmişlər.

–         Niyə qadın peyğəmbər olmayıb?

–         Bu Allahın qoyduğu qayda-qanundur.

–         Nəsil artımı ilə belə bir rəvayətə rast gəlmişdim ki, guya  Həvva doğanda iki-iki doğurmuş, bir oğlan, bir də qız. Birinci qarında olan oğlan, ikinci qarında olan qızla evlənirmiş. Bu nə dərəcədə realdır?

–     Bunun heç bir Qurani-elmi (tarixi) əsası yoxdur. Adəm və Həvvadan əvvəl də yer  üzündə insanlar  yaşamışlar və onların övladları həmin insanlarla  ailə qurub  nəsilləri  artmışdır.

–         Əgər bir insan valideyninə acıqlı cavab verməklə onun qəlbini sındırıbsa, daha sonra valideynindən üzr istəsə, Allah onun bu günahını bağışlayarmı?

–        İnşallah  bağışlayar. Allah  günahları bağışlayan , tövbələri qəbul edəndir.

–         Kafiri cəhənnəmdə yandırmaqla Allah kimin hansı problemini həll etmiş olacaq?

–        Cəhənnəm axirət dünyasının mövzusudur, bu dünyada  axirətlə əlaqəli məsələləri müzakirə etmək qeyri ciddilik olar.

–        Sufilik təriqəti şiə-sünni kimi İslam dinin bir qoludur, ya dinimizə ümumiyyətlə aid deyil?

–        Hər iki məzhəbdən bəzi ənənələri götürsə də bunun dinlə əlaqəsi yoxdur

–         Qəbul edirsinizmi ki, din siyasi oyuncaqdır?

–         Təəssüf ki, yaşadığımız dünyada bəli.

–         İnsanların nə zamansa Allahı görməsi mümükün olacaq?

–        Quranda  axirət dünyasında bu barədə verdiyi məlumatlar məcazi məna daşıyır.

Hazırladı: Tural Məmmədov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir