Ilhame AXUNDOVA 3

Məktəblərdə Emosional zəkanın inkişafının əhəmiyyəti – “BƏLƏDÇİ”

Baxış sayı: 2. 154

“Gencaile.az” saytı bugündən etibarən “Bələdçi” rubrikasında təhsil eksperti, təlimçi müəllim İlhamə Axundovanın təhsillə bağlı məqalələri ilə görüşünüzə gələcək. Beləliklə, İlhamə Axundovanın rubrika çərçivəsindəki ilk yazısı məktəblərdə emosional zəkanın inkişafının əhəmiyyəti haqqlndadır.

Ilhame Axundova

Ənənəvi təhsil anlayışı,informasiya əsrinin ehtiyaclarını  qarşılamır. İnformasiya dövrünün insanının inkişafında yeni yanaşmalara ehtiyac var. Yaşadığımız dövrdə insanların  Emosional Zəkalarının inkişaf etdirməsi bir çox problemlərin  həllinə kömək edir.

Təhsil sistemləri şəxsin, duyğu, münasibət vədavranış kimi bütün xüsusiyyətlərinin inkişafını hədəfləməklə birlikdə, təhsil proqramları koqnitiv bacarıqların inkişafına  fokuslanmalıdır. Gününün böyük bir hissəsini məktəbdə keçirən, valideynlərin ağır iş rejimi və çətin həyat şərtlərilə qarşılaşan olduqca məhdudlaşdırılmış şagirdlərimiz getdikcə düşdüyü yalnızlıq və sevgisizlik içərisində olan şagirdləri şiddətə yönəldir, pis vərdişlərə yiyələnməsinə, lazımsız münasibətlər qurmasına səbəb olur. Bu vəziyyət müasir dünyada məktəbin funksiyasını sorğulamağa yol açmışdır. İnformasiya əsrində cəmiyyətin uğur konsepsiyası dəyişmişdir. Artıq nəyisə bilmək uğurlu olmaq deyildir.  Məlumat istəyən hər kəs rahatlıqla əldə edə biləcəyi bir dəyərdir. Gələcəyi işçi gücündə axtarılan xüsusiyyətlər də dəyişmişdir. Artıq təkcə öz sahəsində mütəxəsis olmaq yetərli deyil. Daim üzərində işləyən, insani münasibətlərdə uğurlu, özünü müdafiə edən, sahibkar, problem həll etmə kimi bir çox emosional zəka səlahiyyətlərinə sahib şəxslər axtarılır. Saydığımız bu xüsusiyyətlər şəxsin zəkasının inkişafını önə çıxarır .

Elə isə nədir EQ-ü və əsas xüsusiyyətləri, təhsildə rolu niyə önəmlidir?

90-cı illərdə PeterSalovey (sosial psixoloq) John  D. Mayerin(psixoloq) tərəfindən adı çəkilən EQ anlayışı daha sonra D Qoulmanın niyə IQ-EQ -dən üstündür kitabı ilə dünyada məşhurlaşmışdır. Hələ də bu günə qədər aktuallığını qoruyub saxlayır. Ən yaxşı tərəfi isə budur ki,EQ inkişaf etdirilə bilən bir zəkanın.EQ-nü inkişaf etdirmək üçün 3 qızıl qayda:

Həm özünün, həm də qarşısındakının anlamaq və analiz edə bilmək bacarığını inkişaf etdirə bilmək.

EQ zəka testi.

Əlində olan datallarla həyatına istiqamət vermək. Çünki EQ- sü  yüksək olan insanların öz fərqindəliyi yüksəkdir. (Yəni, özü haqqında məlumatları yüksəkdir.)

Öz duyğularını tanıyırlar. Bu duyğuları içinə atmazlar – öz hislərini olduğu kimi qəbul edirlər. Bu duyğuları analiz edərkən əldə etdikləri nəticədən faydalanırlar. Sadəcə duyğuların deyil, düşüncə və davranışlarının da fərqindədirlər. Yaşadıqlarını daha  keyfiyyətli hala salmaq üçün istifadə edirlər.

Bir nümunə göstərək. Özündən yüksək qiymət almış dostunu təbrik edən zaman içində bir narahatlıq  hiss etdiyində bu hisslərin gizlətmək, qəbul etməmək əvəzinə əksinə, qəbul edər və analiz etməyə çalışarlar. Bu duyğunu analiz  etdiyində  qısqanclıq və paxıllıq olduğunu qəbul edir. Bu hadisədən sonra düşünür ki,qısqanmağının və yaxud paxıllığının səbəbi hazırkı vəziyyətdə dərslərinə lazımı vaxt ayırmaq ola bilərmi?

Bəs bunu daha yaxşı vəziyyətə gətirmək üçün nə edə  bilərəm? Bu cür sualları özünəverəbilər və sonda dərslərini daha yaxşı hala gətirə bilmək üçün üzərində işləyir və lazımlı, düzgün addımlar ata bilir.

Ancaq EQ-sü zəif olan bir şəxs bunu gizlədir, özünə belə etiraf etmir, ya da başqa cür əks etdirir. Əslində bir inkişaf fürsətini  də qaçırır .

EQ-sü yüksək insanlarda təkcəduyğusal fərqindəlik yüksək deyildir, zaman keçdikcə həmin insanlarda hisslərlə mübarizə aparmaq  qabiliyyəti güclü olur. Stress, kədər, narahatlıq, həyacan kimi duyğuların öhdəsindən rahatlıqla gələ bilirlər və özlərini sakitləşdirə bilirlər. EQ-sü yüksək olan insanlar təkcə öz  duyğularını deyil, başqalarının duyğularını da anlayırlar. Anlamaqda ustalaşırlar.

Digərlərinin danışmasından, səs tonundan, bədən  dilindən, sevdiyi kəlmələrdən, bu vaxt qarşısındakının yaşadığı hissləri analiz edə bilirlər.  Bütün bunlara təsir edə bilirlər, digərlərini motivasiya edə bilirlər

Bir uşaq müəllimindən yetərli pozitiv liderlik görmürsə, yəni  lider olaraq müəllim əzəndirsə, müxtəlif düşünülməmiş sözlərlə uşağı əzirsə, birini tərifləyib digər uşağa onu nümunə göstərirsə, bir uşağın akademik göstəricisi müəllim üçün problem olmamalıdır. İbtidai təhsildə uşaqlar ata-ana sevgisini müəllim üzərinə kökləyirlər. Dəyərli təhsil işçiləri bu da sizinüçün böyük bir fürsətdir ki, emosional zəkalarını düzgün, sağlam inkişaf etdirəsiniz .

İbtidai sinif müəllimləri düzgün seçilməlidir. Pedaqoqlara ayrıca EZ təlimlərinin keçirilməsini tövsiyə edirəm. Əziz təhsil işçiləri, müəllimlər ibtidai təhsildə təkcə, tapıb oxumaq, riyazi bacarıqları deyil, müəllim şagirdə öz şəxsiyyətini 17 yaşından  necə formalaşdıracağını, cəmiyyətə münasibəti necə olacağını aşılamalıdır.  Araşdırmalar göstərir ki, intihar edən gənclərin çoxu ibtidai təhsildə müəllimlər tərəfindən neqativ liderlik görmüş  insanlar olub.

Emosional zəkanın inkişafında valideyinlərin də rolu böyükdür. Valideyinlər və övladlar bir-birinin hisslərinə təsir göstərə bilirlər. Bu öyrənmə uşaqlıq illərindən, erkən inkişaf illərindən başlamalıdır. Burada  mütləq valideyinlər və müəllimlər qarşılıqlı fəaliyyət göstərməlidirlər.  Şagirdləri  tez – tez mükafatlandırma, yaxşı sözlər demək Emosional Zəkanı inkişaf etdirəcək kiçik amillərdəndir.  Şagirdlərə  mütləq hisslərini adlandırmağı, dilə gətirmələri öyrədilməlidir.

Bizim nə öyrətməyimiz deyil, necə öyrətməyimiz önəmlidir. Uşağın Emosional intelektini öz pozitiv emosiyalarınızla açıb, daha çox bilik verə bilərik.

 

İlhamə Axundova

Təhsil eksperti, təlimçi müəllim




38 şərh “Məktəblərdə Emosional zəkanın inkişafının əhəmiyyəti – “BƏLƏDÇİ”

  1. Nuranə Nur

    Emosional zəka, insanın özünün və başqalarının duyğularına həssas olmaq, öz duyğularını idarə etmək bacarığının keyfiyyətidir. Fərqli keçmiş və düşüncə tərzinə sahib olan şəxslərin bir-biri ilə səmərəli bir səkildə çalışmalarına imkan verir.

    Cavabla
  2. Salman Quliyev

    Güclü Emosional Zəkaya sahib olan insanlar cəmiyyət tərəfındən əksər hallarda yüksək rəğbət görürlər. Çünki onlar münasibətdə olduğu insanlarla necə davranılması lazım olduğunu çox yaxşı bilirlər və empatiya quraraq qarşıdakının düşüncələrinə hörmətlə yanaşmağı bacarırlar. Özləri özlərini motivə edə bilir və eyni zamanda, başqalarını da ruhlandıra bilirlər.

    Cavabla
  3. Gulsafa Abdullayeva

    Zəka (və ya intellekt) ən geniş yayılan mənası ilə insanın düşünmə, həqiqətləri qəbul etmə, mühakimə etmə və nəticə çıxarma qabiliyyətlərinin cəmidir. Zəka, səbəb ilə nəticə arasındakı bağlılıqları tapmaq, bənzərlik və fərqlilikləri anlamaqdır. Ağıl insana zəkadan çox üstün bir anlayış qazandıran, dərin düşünə bilmə, doğrunu tapa bilmə və hər mövzuda həll gətirə bilmə qabiliyyətidir.

    Cavabla
  4. Natəvan

    Gənclərin, yeniyetmələrin ilkin təlim və tərbiyə prossesi onların cəmiyyət üçün sağlam təfəkkürlü insan kimi yetişməsində mühüm amildir.Bu sahədə təhsil işçilərinin valideynlərlə yanaşı rolu böyükdür.Emosional zəkanın inkişafı özünüikişafın, özünükəşfin öyrənilməsində ,fərdin cəmiyyət üçün yararlı olmasında başlanğıc istiqamətdir.Uğurlu təlimlər!

    Cavabla
  5. Könül İsayeva

    Bəli, bizim nə öyrətməyimiz deyil necə öyrətməyimiz daha önəmlidir. Bu fikiri çox önəmsəyirəm. Bu günün ən böyük problemlərindən biridir şagirdin necə öyrədilməsi. Emosional zəkanı inkişaf etdirmək üçün bir başa ailəyə daxil olmalıyıq. Ailədən qaynaqlanan problemləri aradan qaldırmalıyıq. Bu zaman şagirdlərin daxilindəki potensialı üzə çıxarmaq çətin olmayacaq. Təşəkkür edirəm dəyərli İlhamə xanım.

    Cavabla
  6. Səbinə Rəhimova

    Emosional zəka anlayışını çox gözəl açırsınız. Məktəbəqədər təhsil aspektindən də bu mövzu aktualdır. Bu səpkidə müzakirələr seminarlar təşkil etsək çox faydalı olar.

    Cavabla
  7. Günel

    Güclü Emosional Zəkaya sahib olan insanlar hər gün həyatlarında sahib olduqlarına görə minnətdarlıq edirlər.
    Belə insanlardan dəyişiklikdən qorxmurlar.
    Emosional insanlar iş yerini və dünyanı daha mükəmməl etməyin yollarını bilirlər.

    Cavabla
  8. Şahnaz Eziz

    Ağlın inkişaf etdirilməsi bir çox problemlərin həllinə kömək edir.Uğur isə ilk olaraq orta təhsil sistemindən başlayır.Uşaqların emosional zəkasını artirmaq onları gələcək həyatlarında qarşılaşacaqları problemləri daha tez həll etmələrinə şərait yaradacaq .Bu məsələyə aydınlıq gətirərək təhsil işçilərinə xatirlatdığınız,və ardıçıl olaraq məlumat verdiyiniz üçün təşəkkür edirəm .

    Cavabla
  9. Mənsurə Qəhrəmanova

    Emosional zəka insanı digər canlılardan fərqləndirən ən önəmli xüsusiyyətdir.Hər uşağın özünə məxsus zəka istiqaməti və qabiliyyəti olur.Ona görə də, uşaqlarda emosional zəkanın inkişafında valideyinlərin rolu böyükdür.

    Cavabla
  10. Şahnaz Eziz

    Ağlın inkişaf etdirilməsi bir çox problemlərin həllinə kömək edir. Uğur isə ilk olaraq orta təhsil sistemindən başlayır. Uşaqların emosional zəkasını artırmaq onları gələcək həyatlarında qarşılaşacaqları problemləri daha tez həll etmələrinə şərait yaradacaq. Bu məsələyə aydınlıq gətirərək təhsil İşçilərinə xatirlatdığınız,və ardıçıl olaraq məlumat verdiyiniz üçün təşəkkür edirəm.

    Cavabla
  11. Pakizə Əliyeva

    Çox düşündürücü və öyrədici məqalədir
    Məncə bütün valideyinlər bu mövzu üzrə mariflənməlidir ki gələcək nəsillərimizdə inkişaf daha sürətli və keyfiyyətli getsin.

    Cavabla
  12. İlhamə

    [21.11 16:53] İlhame: Təhsilin yeniliyi hər kəsin ali məktəbdə oxuması olmamalıdır,təhsilin yeniliyi şəxsiyyət yetişdirmək,insanı duyğuları , səmimi və pozitiv davranışı ,həyatın gözəlliyindən,ətrafdakı insanların münasibətindən İlham alaraq əsl keyfiyyət nümayiş etdirərək sənət oyrənərək yaşamaqdan ibarət olmalıdır. Təəssüf ki,nə müəllimlər,nə də təhsilimizin ; qanunları; buna əməl etmir. Alim olmaq asandır, bu gün kamilliyə ehtiyac var.
    [21.11 16:54] İlhame: Salam,İlhamə xanım, uğurlar, proqramınız alqışlayıram
    [21.11 16:55] İlhame: Oxudum,düzdür,tələsdim,amma oxudum,qısa zama üçün də bunlaribyazdim
    [21.11 16:55] İlhame: Sizi alqışlayıram,gözəl layihədir

    Cavabla
  13. Şəfəq Heydərli

    İlhamə xanım Azərbaycan təhsilinə ən önəmli töhvələr verə biləcək bir şəxsdir. Məqalə isə həm müəllimlər, həm də şagirdlər üçün ən vacib arqumentlərini özündə əks etdirib. Şəxsiyyətin dəyəri görülən işlərə də təsir edir. Fəaliyyətinizdə uğurlar, İlhamə xanım

    Cavabla
  14. Terane

    İnsanin emosional inkişafinin təməli uşaq yaşlarindan qoyulur.Uşaq nə qədər ailədə dinlənilir,fikirlərini bölüşüb valideyinlərdən düzgün reaksiya görürsə ,emosional baximdan o qədər yaxşi inkişaf edir.Yəni uşaqliqdan adam yerinə qoyulan ,saya salinan şəxslər böyüyəndə emosional baximdan daha yetkin hala gəlirlər.

    Cavabla
  15. Arzu Nəsirli

    Aktual problemi əks etdirən bir yazıdır. Şagirdin ilk təhsilalma ilinə toxunulub. Bu çox önəmlidir. Mövzu üzrə həm müəllim, həm valideynlər maariflənməli və birgə iş aparmalıdırlar.

    Cavabla
  16. Mənsumə Agaverdiyeva

    Belə maarifləndirici mövzular həm şagirdlər həm də valideynlər üçün çox maraqlıdır. Bu mövzuda seminarlar mühazirələr təşkil olunsa daha gözəl olar. İlhamə xanımin emosional zəka haqqında mühazirələrinə saatlarılla yorulmadan qulaq asmaq olar.

    Cavabla
  17. Nebiyeva Gunay Biznes Lider

    Zekasina heyran oldugum
    Ilhame xanim
    Bir Valideyin
    Mektebi yox Muellimesinde secim etmelidir.
    Sizin kimi savadli bir melimeni secirse
    Övladi ne sansli.

    Cavabla
  18. Sevinc Nazarova

    Bəli ,Emosional zəka insanı digər canlılardan fərqləndirən önəmli xüsusiyyətdi.Yuksək səviyyədə inkişafı nəticəsində düşünmə qabiliyyəti, həqiqətləri qəbul etmə, mühakimə etmə,nəticə çıxartma və s önəmli xusiyyətlər formalaşır . Emosional zəka insanları anlamağa, empatiya qurmağa, motivasiyi artırır özüne inam hissini yaradır.

    Cavabla
  19. Afaq Ağayeva

    İlhamə xanım bu mövzunu biz sizdən canlı olaraq da dinləmişik. Çox maraqlı və faydalı oldu💐

    Cavabla
  20. Nigar Hüseynova

    Emosional zəkanın önəmi tək psixologiyada deyil, həmdə bütün iş həyatında danılmazdır. Ətraflı şərhinizə görə minnətdarıq !

    Cavabla
  21. Süleymanova Ümmü

    Salam! İlhamə müəllimənin təhsilin inkişafına xidmət edən, müəllimlər üçün çix yararlı məqalələri var. Bir neçə canlı təqdimatların olmuşam. Bütün iştirakçılar tərəfindən maraqla dinlənilib. Elə bu məqaləsi də , dəyərli məqalələrinin davamıdır.

    Cavabla
  22. Nebiyeva Gunay

    Yaxşı müəllim susuz torpağa can verən yağışdan da qiymətlidir, yağışla torpaq dirçələr, müəllimlə bütün bəşəriyyət.

    Siz hemin Muellimlerdensiz

    Cavabla
  23. Kəmalə

    Mənim sevimli və dəyərli müəlliməm İlhamə müəllimə uğurların bol olsun 🙏

    Cavabla
  24. Elnurə İsmayılova

    Hər zaman olduğu kimi dəyərli məlumatları bizlərə çatdırmısınız. Təşəkkür edirik 🌹

    Cavabla
  25. İlahə Əsgərova

    Xüsusən son zamanların ən aktual mövzularından biri də EQ-dür. İndiki halda məktəblərdə dərs proqramına əlavə edilməsi və uşaqlara kiçik yaşlardan aşılanması gələcək insanlıq üçün atılan ən böyük addımlardan biri olardı deyə düşünürəm

    Cavabla
  26. Təranə Musayeva (Qaramanlı)

    İlhamə xanım, gözəl bir sahədə çalışırsınız, zamanın tələblərinə uyğun geniş spektrli bir sayt yaratmısınız. Sizi alqışlayıram.
    Əlilliyi olan uşaqların ailələri ilə sorğu keçirildikdə məlum olur ki, atalar anaları və uşağa ataraq başqa ailə qurub. Analar əlilliyi olan uşağa görə işləyə bilmir, uşağın problemləri günbəgün artır, oliment və müavinət gündəlik tələbatı ödəmir.
    Təklif edərdim, inkluziv cəmiyyətə, əlilliyi olan uşaqların ailələrinə aid bir bölmə olsun.
    Sizə uğurlar arzulayıram. İzləyici və oxucunuz, mariflənəniniz bol olsun!

    Cavabla
  27. Zivər Xanlarova

    Belə bir mövzuda yazdığı məqaləyə və aydın izahına görə İlhamə xanıma təşəkkürümü bildirirəm. Emosional zəka həyatın hər bir sahəsində insanlar arasında düzgün münasibətin formalaşması üçün çox önəmlidir. Emosional zəkaya önəm verilmədikcə insanlar arasında xoşagəlməz, acı fəsadların yaşanması qaçılmazdir. Bu baxımdan təhsildə EQ haqqında bilik və bacarıqların inkişafı çox vacibdir.

    Cavabla
  28. Sevinc Mənsimzadə

    İlhamə xanım Axundovanın bir neçə seminarında iştirak etmişəm. Onun toxunduğu məsələlər ciddi olduğu qədər də maraqlıdır. Emosional zəka haqqında məlumat böyük əhəmiyyət kəsb edir, cünki sağlam cəmiyyət üçün sağlam düşüncəli insanlar lazımdır. EZ uşağı bir şəxsiyyət kimi təqdim edir və ona öz hisslərini dərk etmək, özünü tanımaq kimi bir şans verir.
    “Savadlı qadın savadlı cəmiyyət”deməkdir. İlhamə xanımın cəmiyyətimizin maariflənməsi üçün gördüyü işlər təqdirəlayiqdir. Belə ziyalı qadınlarımızla fəxr edirəm.

    Cavabla
  29. Ülviyyə Şahmuradova

    Yazılan fikirlər və önə çəkilən təklifləri şəxsiyyətin formalaşması üçün çox önəmlidir. Həqiqətən də, gənc nəslin uğurlu olması üçün onlara liderlik, fikirlərini ifadə etmə, ünsiyyət, əməkdaşlıq, yaradıcılıq və bu kimi bacarıqların aşılanması vacibdir.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir