hamile

Hamilə qala bilməyənlər, diqqət: qaydalara əməl edin!

Baxış sayı: 51. 020

Ayın hansı dövründə hamilə qalmaq şansı daha yüksəkdir?

28 gündən bir menstruasiya olan bir qadında yumurtlama günü aybaşının 14-cü günüdür. Hamilə qalmaq şansının ən yüksək olduğu dövr yumurtlamaya ən yaxın 3-4 günlük dövrdür. Yəni menstruasiya başladıqdan sonrakı 10-14 gün arasındakı dövr hamiləliyin ən yüksək şansı olduğu dövrdür. Bu dövrdə daha çox cinsi yaxınlıq etmək məsləhət görülür. 30 gündən bir menstruasiya olan qadınlarda yumurtlama aybaşının 16-cı gününə, 26 gündən bir aybaşı olan qadınlarda isə 12-ci gününə düşür.

Hamilə qalmağı asanlaşdırmaq üçün hansı sıxlıqda cinsi yaxınlıq lazımdır?

Müntəzəm olaraq həftədə 2 dəfə cinsi əlaqəyə girmək məsləhət görülür. 3-4 dəfə cinsi yaxınlıq edən cütlüklərdə hamilə qalmaq şansı daha yüksəkdir.

Asan hamilə qalmaq üçün qadının öhdəsinə nələr düşür?

Hamilə qalmaq istəyən qadının nizamlı həyat yaşaması, normal yuxu yatması, siqaret və spirtli içki kimi pis vərdişləri varsa, onlardan uzaq durması lazımdır. Xroniki xəstəliyi varsa, müalicə almalıdır.

Hansı yaşlarda daha asan hamilə qalmaq olar?

20-30 yaş arası qadınlarda hamilə qalmaq şansı daha yüksək olur. 35 yaşdan sonra da hamilə qalmaq olur, ancaq yumurtanın inkişaf müddəti zəifləyir, 40 yaşdan sonra azalır.

Hamiləliyi asanlaşdıracaq qidalar varmı?

Hamiləlikdən əvvəl və sonra yeyilməsi məsləhət görülən qidalar var. Folik asit, sink, dəmirlə zəngin olan qidalar, süd və süd məhsullları, omeqa 3-lə zəngin olan qoz, balıq əti, qırmızı ət, paxlalılar və yaşıl yarpaqlı tərvəzlər yeyin.

Hamilə qalmağı asanlaşdıran dərmanlar varmı?

Bütün edilənlərə rəğmən uşağa qalmırsınızsa, həkim məsləhətiylə bəzi dərmanlar qəbul edin. Bunlar yumurtaları canlandırmaq üçün nəzərdə tutulan dərmanlardır.

Hansı xəstəliklər hamilə qalmağı çətinləşdirir?

Polikistoz sindromu, yumurtlamaq problemi, prolaktin hormonunun artmasıyla əlaqəli yaşanan hiperprolaktin və endometrios, xroniki böyrək xəstəliyi, ürək damar xəstəliyi hamilə qalmaq şansına mənfi təsir göstərir. /ailem.az/




18 şərh “Hamilə qala bilməyənlər, diqqət: qaydalara əməl edin!

  1. Zuleyxa

    Salam hekim. Aybasi gecikmesi problemi yasiyiram 2 aydi, hekime getdim, aybasi tsiklinin 12-ci gunu uziye girdim. Yumurtalig olcusu cox kicikdi deyildi, ve hekim yumurta inksafi ucun klostelbeqit dermani yazdi. Bu dermani aybasinin 5-ci gununden baslayaraq 5 gun atmagi meslehet gordu. Bu dermanin tesiri olar, hamileliy bas tura biler novbeti ay? Bir de onu deyim ki, inksafdan qalmis hamileliy kecirmisem, hekim mesleheti ile dermannan acilis oldu, azca qalig qaldigi ucun de vakuum usulu ile abort oldum. Hekim cavabinizi sebrsizlikle gozleyirem. Mesletinize ehtiyacim var.

    Cavabla
  2. Gulnare

    Salam men avqustun 18 i xesdelendim 21 i xesdeliyim qutatdi.indi ovulyasiya vaxtim ne vaxta duwur zehmet olmasa deyersizde .

    Cavabla
  3. gulare

    hekim salam xalam qizi ayle qurub 8aydi aybasi pozqunuqu vardi aybasi olmurdu uc aydi aybasi olur indi ureyi az az bulanir hamile qala bilermi

    Cavabla
  4. Gulten

    Salam hekim 9 aydi evliyem birdefe hamile qaldim acildim 2 ayliq sora yoxlandim hec bir wey yoxdu sora belimi cekdirdim indi aybawima 3 gun qalib tesde yoxladum bir xett duwur men ne vaxt bileremki hamileyem tesde ne vaxt duweceki

    Cavabla
  5. Gulum

    Salam men 3 aydiki aile heyati qurmuşam hamile qala bilmirem amma cinsi əlaqede her gun oluruq birde aybaşi olanda olmuruq aybaşida 1 ay gecikib xahiş edirem sualimi cavabsiz qoymuyun teşekurler

    Cavabla
  6. lala

    salam hekim 1 il 2 aydi evliyem amma uwaq olmur menusturasiya pozgunluguda var ayin 3 aybawi oldum 5 qurtardim ne vaxt ovulyasiya vaxtim duwur

    Cavabla
  7. Seyyid

    salam Doktor.uzr isteyirem sualim biraz qeribe ola biler.yoldasyla rahat intim elaqede ola bilmeyen xanimlara adeten spermani shpris vastsyle vaginaya oturmeyi meslht gorurler hamile qalmaqcun..siz buna nece baxrsz.bu yolla heq.nde hamilelik mumkn ola bilermi??

    Cavabla
  8. Efsane

    Salam hekim men 1aydi evliyem 1 aybawi oldum 15 evlendim 28 yene aybawi oldum aprelin bir ayda iki defe aybawi oldum sizce bu ay hamile qala bilmey ehdimali var ya yo?

    Cavabla
  9. Guler

    Salam 9aydı evlıyem hamıle qala bılmırem 24gunden oluram ovulvasıya gunm ne vaxda duwur Onuda deymkı Iyunun 15aybawı oldum 18qutardm

    Cavabla
  10. Gülü

    Salam Doktor, mən 1il 3aydır ki evliyəm, ama hamilə qala bilmirəm, aybaşım vaxtı vaxtında olur, falekulumda super vəziyyətdədi, hətta partdıyırda.. ama yenədə hamilə qala bilmirəm 🙁 zəhmət deyilsə bunun nədən olmasını yazardız

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir