ruhiyye Rustemova

Psixoloq Ruhiyyə Rüstəmova: “Düşünülməmiş şəkildə qurulmuş ailələrdə problemlər çoxalıb” – MÜSAHİBƏ

Baxış sayı: 2. 054

“Gencaile.az” saytı Yaşam Klinikasının klinik psixoloqu,  ailə və uşaq psixoloqu, AMAC  ana və uşaq biliyinin təsisçisi Ruhiyyə Rüstəmovanın müsahibəsini təqdim edir.

 

– Bu gün dünyada psixologiya elmi yüksəliş mərhələsindədir. Artıq ailə problemləri, uşaqlarla bağlı məsələlər böyüklərin məsləhəti ilə yox, daha çox psixoloji konsultasiyalar vasitəsilə həll olunur. Ölkəmizdə necə, bu baxımdan insanların yanaşması müsbətə doğru dəyişibmi və ümumiyyətlə, sizə əsasən hansı problemlərlə üz tuturlar?

–  Müasir dövrdə psixoloqa müraciət böyük əksəriyyət üçün normal hesab edilir. Problemə bağlı olaraq dövrümüzdə müraciətlər daha çox yeniyetmələr, ailə münaqişələri, ailə daxilində valideyn-uşaq münasibəti, cütlüklər arasında ünsiyyət məsələləri və anlaşmazlıqlar üzrə olur.

 

– Ruhiyyə xanım, sizcə, ailə psixoloqu ailələrin qorunub-saxlanmasında nə dərəcədə önəmli rol oynayır?

– Müasir dövrdə düşünülməmiş şəkildə qurulmuş ailələrdə problemlər çoxalıb. Sosial şəbəkə üzərində tanışlıqlar, qısa ünsiyyət sonrası evliliklər, ailə müdaxiləsi ilə edilən evliliklərdə yanlışlar, ailənin dağılması ilə naticələnir. Bu baxımdan ailələrin qorunub saxlanılmasında, cütlüklər arasında psixoloji bağın yaranmasında, anlayış və davranış yönümlü dəyişikliklərdə psixoloji konsultasiyaların önəmli rolu vardır.  Burada sağlam valideyn ünsiyyəti nəticəsində sağlam övladların böyüdülməsi və yetişdirilməsi üçün ehtimallar artır.

Ruhiyye Rustemova

 

– Tanınmış hüquqşünaslardan biri deyir ki, boşanmağa qərar verənlərin bir çoxu evliliyə özü qərar verməyənlərdir. Sizcə, həqiqətən belədirmi?

– Mən belə deməzdim, düzgün psixoloji yanaşma iki insanın biri-birini daha yaxından,  daha düzgün tanımasına imkan verir. Bu da insanların böyüdüyü ailədə aldıqları tərbiyədən,  milli-mənəvi və mədəni dəyərlərindən asılıdır. Yəni, sevib sonrasında ailə quran və ya sevməyib, şərti ailə quran insanlar var ki, ailə daxilindəki düzgün qurulmuş münasibətlər nəticəsində evliliyi davam etdirə bilərlər və ya düzgün olmayan psixologiya nəticəsində, şüuraltı travmaların təsiri ilə ailəni dağıda bilərlər.

 

– Azərbaycanda son illər boşanmaların sayının artması mütəmadi olaraq müzakirə obyektinə çevrilir və bu istiqamətdə müxtəlif fikirlər səsləndirilir. Məsələn, boşanma və ya evlilik proseduru çətinləşdirilsin kimi təkliflər var.  Sizcə, bu faydalı olarmı?

– Boşanmalar zamanı qanuni olaraq, cütlüklərə düşünmək üçün müəyyən zaman verilir. Bu zaman ərzində nadir hallarda boşanma proseduru dayanır və cütlük barışır. Çünki əksər hallarda boşanmağa qərar verən insanlar, münasibətdəki bütün bağlar qırılmış halda məhkəməyə müraciət edirlər. Məhz bu baxımdan gənc ailələrə düşünmələri üçün daha çox zaman verilməlidir. Digər hallarda isə çətinləşdirilməyə heç bir ehtiyyac görmürəm, yetkin insanlar verdikləri qərar üzərində daha çox məsuliyyət daşıyırlar, qərarlarının fərqindədirlər.

 

– “Bütün kişilər xəyanət edir” – bu, təkcə bizdə deyil, elə dünyada da qəlibləmiş fikirdir. Adətən, səbəb kimi onların yaradılışı məsələsi irəli sürülür. Ruhiyyə xanım, xəyanət etməyən kişi var?

– Kişiləri üçün onlara verilən azadlıq, qadınlar üçün isə, kişilərin onlara göstərdiyi diqqət önəmlidir. Diqqət əskik olduqda, qadınlar deyingən, kişilər isə səbəbi anlamadan deyingən qadına diqqəti daha da azaldırlar. Münaqişə, çığırtılı səslə tərəflərin bir-birini ittiham etməsi, zidd fikirdə olması sevgini azaldır, nəticə olaraq, bunlar sevgi üzərində qurulan münasibəti belə bitirə bilir. Düşünürəm ki, müasir evlikliklərdə, evlilik öncəsi psixoloqlara müraciət etməli, evliliyin onlar üçün nə ifadə etdiyini, qarşılıqlı gözləntiləri, kortəbii deyil,  məntiqli şəkildə ailə dəyərələrinin nə olduğunu anlamalıdırlar. Bu zaman hörmət, sevgi və anlayış üzərində qurulan ailələrdə xəyanətdən qaçmaq olar. Bu baxımdan evliklərdə məsuliyyət tək qadının deyil, hər 2 tərəfin olmalıdır.

 Ruhiyye Rustemova

– “Kişi evə qaçırsa, səbəbkar qadındır, kişi evdən qaçırsa, səbəbkar yenə qadındır”. Bütün məsuliyyəti qadının üzərinə yükləmək nə dərəcədə doğrudur?

– Heç bir zaman keçmiş ilə yaşaya bilmərik, həyat dəyişir, qanunlar dəyişir, dünya görüşləri dəyişir, bu da düşüncələrin dəyişməsinə səbəb olur. Və belə ki çox az ailəlrədə keçmiş qanunlara bağlılıq qalır, istər kişi, istər qadın mən azad fərdəm, toxunulmazam, şəxsi həyatıma müdaxilə olunmamalıdır şüarı altında münasibətləri üstün tuturlar.  Bu da uzunmüddətli ailə bağlarının möhkəmliyinə təsir edir.

 

– İldən-ilə tərbiyə prosesində də qaydalar, bir çox anlayışlar yeniləri ilə əvəzlənir. Ümumiyyətlə, yeni nəsillə öncəki nəsil arasında tərbiyə, anlayış, qavrayış və davranış məsələlərində fərqlər hiss olunurmu və sizcə, valideyn-övlad münasibətləri necə qurulmalıdır? Bunun təməl prinsipləri necə olmalıdır?

–  Övlada ata və ana olmaqla bərabər, dost olmağı da bacarmaq lazımdır əlbəttə ki, bu yanaşmanı yalnız validyenlərə həvalə etmək olar. Əlbətt ki, uşaqlıq travmaları olan valildeynlər , övladlarına yalnış davranışla yanaşarlarsa, ailədə sağlam övlad yetişə bilməz, bu da davamlı şəkildə gələcək nəsillərdə sağlam olmayan münasibətlərin təməl daşını qoya bilər.

 

– Son illərin aktual problemlərindən biri də insanların bir-birinə qarşı zorakılığıdır. İnsanlarda yaranan bu aqressiyanın səbəbi nədir?

– Bunun əsas səbəbi kimi sosial-iqtisadi və psixoloji problemlər, müasir dövrdə insanların yaşayışı üçün problemlər yaratdığı üçün insanları arasında aqressiya artmışdır. Şəxsi həyatına, işinə, cəmiyyətə aqressiv olan insan, cəmiyyətdə aqresiyasını başqalarına qarşı da yönəldə bilər. Əlbəttə ki, burada bağ böyüdüyümz ailələrlə bağlanır. Biz cəmiyyətə ailədən aldğımnız tərbiyəni gətiririk. Kiçik cəmiyyət olan ailədə öyrədniklərimizi, böyük cəmiyyətdə tətbiq edirik.

 ruhiyye rustemova

– Belə bir deyim var ki, dərzi öz söküyünü tikə bilməz. Siz psixoloq kimi bir çox insanın mənəvi məlhəmi olursunuz. Bəs özünüz? Yəni psixoloqun da psixoloqa ehtiyacı olduğu anlar olurmu?

– Psixoloq da bir insandır , o da cəmiyyətdə inkişaf edir. Psixloqlar da ümumi problemlərə qarşılaşa bilərlər, bu zaman psixoloqlar yanma (tükənmə) sindromu yaşadıqları an supervayzerlərlə, yəni güvəndikəri psixoloq dostları ilə bölüşüb paylaşa bilərlər. Bu da normal insan psixlogiyasıdır. Əlbəttə ki, yaş, təcrübə, psixloqların həyatında önəmlidir. Çünki, əksər hallarda baş verən hadisələrin içində psixloqun şüuraltısı daha fərqli çalışır və psxioloq özünə yardım edə bilər. Mənim ən yaxın psixoloqum, ailə üzvlərim, övladlarımdır, bir gəminin kapitanı, gəmini düzgün idarə etməzsə, gəmi batar. Mənim gəmi ekiajım ən yaxın psixoloqlarımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir