Zumrud

Münasibətdə eniş-çıxışlar – “SEANS VAXTI”

Baxış sayı: 416

Hər münasibətdə kriz dönəmlər olur. Önəmli olan krizlərə yönəlmək deyil, önəmli olan krizlərin öhdəsindən necə gəlməkdir. Hər kriz mənfi deyildir, nələrisə dəyişdirməyin işarəsi ola bilər.

Münasibət, fərqli ehtiyaclar, fərqli düşüncə, fərqli maraq bir sözlə, fərqli iki insanın formalaşdırdığı birlikdəlikdir. Bu fərqliliklərdən uyğunluq formalaşdığı halda fərqliliklərdə və ya uyğunsuzluqlar da ola bilir. Münasibətdə eniş-çıxışların olması bəzən, münasibətin uyğunsuzluğu demək deyildir.

aile

Bəzən çox əyləndiyimiz insan bizə sıxıcı gələ bilər. Bizə xoş təsir bağışlayan insan bizim damarımıza basar. Bəzən gözlərinə baxıb ruh eşimdir dediyimiz şəxs, bəzən tanımaya bilirik. Bəzən yanımızda yalnız o vardır kimi hiss edərik, bəzən də düşmən kimi görə bilərik. Yəni gözəl günlər yaşaya biləcəyimiz kimi, bir mübahisə yaşamaq da normaldır. Önəmli olan bu eniş-çıxışlarda davranışlarımızdır. Bu dönəmdə qarşı tərəfin şəxsiyyətini alçaltmaq varkən, birdə birlikdə komanda olaraq bunun öhdəsindən gəlmək vardır. Mübahisə zamanı psixoloji və ya fiziki şiddət tətbiq etmək, sağalmaz yaralar aça bilir. Bu dönəmdə partnyorunuzu aktiv dinləməyi bacarsanız, münasibətinizin daha sağlam olması yolunda davam etdirəcəksiniz

 

Zümrüd Haqverdiyeva

Peşəkar Psixoloqlar İctimai Birliyi“nin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir