aile

Xəyanəti necə düzgün etiraf etmək olar? – 3 QAYDA

Baxış sayı: 365

Diqqətsizlik, qarşılıqlı anlaşmazlıq, sevgi və hörmətin yoxa çıxması cütlükləri xəyanətə aparan səbəblərdəndir. Xəyanət deyildikdə, ən çox ağıla gələn boşanmaq, dava-dalaşdısa, bunun digər tərəfi xəyanəti etiraf edə bilməkdir. Bir çox xəyanətkar insan bunu qarşı tərəfə necə etiraf edəcəyini bilmir.

 

Xəyanəti necə düzgün etiraf etmək olar?

Xəyanəti necə düzgün etiraf etmək olar? - 3 QAYDA

Səhvinizi etiraf etməklə başlamaq lazımdır. Belə bir hərəkətin niyə törədildiyini özünüz müəyyənləşdirməlisiniz. Bu, baş verənlərin səbəbini daha dəqiq izah etməyə kömək edəcəkdir.

Növbəti addım sevgilinizlə olan vəziyyətdir. Düzgün vaxtı tapmaq lazımdır. Etriaf edərkən ətraf sakit, söhbətə mane ola biləcək əlavə dinləyicilər olmadan olmalıdır. Heç bir şey söhbətdən yayındırmamalıdır. Siz səmimi və düz olmalı, baş verənləri ört-basdır etməyə çalışmamalısınız. Bəhanə gətirməyə, əlavə izahatlara girməyə ehtiyac yoxdur.

Bağışlanmanı istəmək də lazımdır. Eyni zamanda, mənfi reaksiyaya hazır olmalısınız. Söhbətdə vəziyyəti düzəltmək üçün münasibətlərdə dəyişiklik etməyə hazır olduğunuzu qeyd etməlisiniz. Evliliyi xilas etməyə hazır olduğunuzu “digər yarınıza” göstərmək lazımdır. Bu, vaxt və səbr tələb edə bilər.

 

Fidan İlqar




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir