41303396_263316277628144_5712087636441563136_n

Qastroenteroloq: “Bu mikrob hər birimizdə var, ancaq…” – MÜSAHİBƏ

Baxış sayı: 7. 999

“Gencaile.az” saytının “Həkimim” rubrikasındakı bu dəfəki müsahibimiz həkim qastroenteroloq Arzu Yusifovadır. Onunla mədə-bağırsaq xəstəlikləri, profilaktik tədbirlər, bu xəstəliklərdən sığortalanmağın yolları barədə danışmışıq.

 – Disbakterioz bu gün həkimlər arasında mübahisə predmetinə çevirilib. Bir kəsim bunu xəstəlik hesab edərək müalicəyə müraciət etməyi, başqa bir kəsim isə belə bir xəstəliyin olmadığını bildirir. Sizcə, disbakteriozu hansı halda təsdiqləmək olar və bu hala qarşı hansı tədbirlər görülməlidir?

 – Disbakterioz əslində bir xəstəlik deyil. Bu, normal mikrofloranın disbalansı deməkdir. Yəni normal bakteriayaların azalması, patogen mikrofloranın baş qaldırmasıdır. İmunitetin düşməsi və ya hər hansı xəstəlik özünü ilk öncə bağırsaqlarda göstərməyə başlayacaq. Çünki biz bədənimizə verdiyimiz beten enrjini qida vasitəsilə veririk ki, qida da bilavasitə mədə-bağırsaq traktından sorulur. Əgər bağırsağı aşırı yükləmək və ya sağlıqlı bəslənməmək halı olarsa, digər orqanları da zamanla xəstələndirəcək.
Disbakterioz başlanmış xəstəliyin ilkin siptomlarıdır. Düzdür, ishalı və ya aşırı qəbizliyi olduğunda insanlar bəzən disbakterioz xəstəliyinin olduğunu düşünür, ancaq biz bunu simptom kimi dəyərləndiririk. İlk öncə onu yaradan səbəbi aradan qaldırmağımız gərəklidir.

 – Bağırsaqdakı səs-küy nəyin əlaməti ola bilər?

– Bəli, tez-tez tələbələr bu şikayətlə müraciət edirlər ki, dərsdə utanıram – qarnımdam çox səs gəlir deyə şikayət edirlər. Əslində, başqa bir simptom yoxdursa, bunu xəstəlik kimi qəbul etmək olmaz. Belə şikayətçilər çox həsas psixoloji duruma malik olan insanlardır. Və ya çox gərgin. Solyar pleksus, yəni günəş kələfi qarın boşluğunda yerləşir və bura beyindən çox neyronun olduğu hissədir. Xüsusən də beynimiz gərgindirsə, mədə-bağırsağa normadan artıq və ya az impuls göndərilir. Bu da səs-küy dediyimiz hala səbəb olur. Ancaq mədə-bağırsağın iltihabi xəstəliklərində də belə hallar ola bilər. Diaqnozu düzgün qoymaq, təbii ki, olduqca vacibdir.

 – Mədə xorası da insanlarımızı narahat edən problemlərdəndir. Belə halda, nə etmək, necə qidalanmaq tövsiyə olunur?

 – Mədə-bağırsaq xorası irsi ola bilər, stress mənşəli ola bilər, hansısa dərmanın və ya yandırıcı maddələrin qəbulundan qaynaqlana bilər. İndiki dövrə əlimizdə olan dərman preparatları ilə onun müalicəsi çox başarılıdır. Vaxtında müəyyən edilmiş mədə xorası tam sağaldıla bilir. Yenə də xəstələrə, elə sağlam insanlara da əsas tövsiyəmiz düzgün qidalanmadır. Burda nəzərə alınmalı olan çox yeməkdən qaçmaq, yeni bişmiş yeməklərdən istifadə, konservləşdirilmiş qidalardan və rəngli sulardan qaçmaqdır. Çox şirin sular bütün orqanlara, eləcə də mədə-bağırsaq sisteminə zərərlidir.

 – Oxucularımızdan biri soruşur ki, onda ağız boşluğunda kandidoz mikrobu aşkarlanıb. Bu mikroba qarşı bir neçə dəfə dərman müalicəsi aparılsa da, heç bir nəticəsi olmayıb. Nə edə bilər? Bu xəstəliyin mədə-bağırsaqla nə kimi əlaqəsi var?

– Ağızda kandida hər birimizdə olur, ancaq immunitet düşdüyündə miqdarı yüksələ bilər. Bəzən xəstələr ağızdakı hər hansı bir şikayəti dərhal kandida ilə əlaqələndirirlər. Bu, doğru deyil. Kandida varsa, göbələk əleyhinə preparatlar istifadə olunmalıdır. Bunların bəziləri çeynəmə və gel şəklində olur, ağızda daha çox tutulmalıdır.

 

– Başqa bir oxucu deyir ki, səhərlər öyümə, ürəkbulanma hiss edir. Bu, xüsusilə normadan az yatanda baş verir. Nədən ola bilər?

Hiss olunur ki, burda sinir sisteminin aktivliyindən söhbət gedir. Əgər bu, orqanik bir xəstəlik olsaydı, hər gün olardı. Qusma-öyümə mərkəzi də beyində yerləşir. Kifayət qədər yuxu payını almaq lazımdır, eyni zamanda idman hərəkətlərinin burda faydalı olacağını deyə bilərəm.

-Ağızdan gələn qoxular hansı hallarda mədə-bağırsaq xəstəlikləri ilə əlaqədar ola bilər?

 – Ağız qoxusu bəli, əgər dişlər və diş əti sağlamdırsa, faringit və ya laringit yoxdursa, mədə-bağırsaq sisteminə bağlıdır. Daha çox refluksda, helikobakter pylori və qəbzlikdə ağız qoxusu ola bilər. Hər halda, ağız gigeyenasına da ciddi riayət etmək lazımdır. Bu da ağız qoxusuna səbəb ola bilir.

 – Qəbizlik zamanı ən yaxşı tədbirlər nələr hesab edilir?

 – Qəbzliyin bir çox səbəbi var. Ən çox rast gəldiyimiz problem tənbəl bağırsaqdır. Belə halda əti rasionda azaltmalı, lifli qidalara üstünlük verməli, fiziki aktivliyi artırmalıyıq. Səhərlər ilıq su, əgər mədə problem yoxdursa, içərisinə limon sıxılmış su tövsiyə olunur. Yeməklərində isə kətan toxumu istifadə də belə insanlar üçün faydalı olur.

 – Oxucularımızdan biri soruşur ki, tez-tez köpmə hiss edir. Bu, nəyin əlamətidir və nə edə bilər?

 – Köp mədə-bağırsaq sisteminin ən bəsit şikayətlərindən biridir. Bu, çox ağır xəstəliyin göstəricisi də ola bilər, bəsit xəstəliyin göstəricisi də. Ən bəsiti o ola bilər ki, insan düzgün bəslənmir. Ya aşırı miqdarda qidalanır, ya köhnə yeməklər. ya konservləşdirilmiş qidalar qəbul edir. Və ya ac qalıb, birdən-birə çox yemiş ola bilər. Eyni zamanda bəzi qida məhsullarına qarşı həzmsizlik də köp yarada bilər.  Un məhsullarına qarşı həzmsizlik də eyni problemi yarada bilir.

 – Mədə-bağırsaq sağlamlığı üçün qidalnmamızda diqqət etməli olduğumuz əsas kriteriyalar hansılardır? Necə, nə qədər, nə ilə və hansı aralıqda qidalanmalıyıq?
– Bu xəstəlikləri önləmək üçün ilk növbədə düzgün bəslənmək vacibdir. Yeni bişirilmiş yeməklər, bol-bol səbzə, dənli bitkilərdən, meyvə-tərəvəzdən istifadə etmək lazımdır. Fiziki aktivlik və bol suyun istifadəsi də olduqca əhəmiyyətlidir. Ancaq kiçik bir şikayətdə də həkim müayinəsində keçməyi tövsiyə edirik. Xüsusilə 40 yaşına çatmış şəxslərin hətta şikayəti yoxdursa belə, ildə bir dəfə mədə-bağırsaq müayinəsindən keçməsində fayda var.

 

Söhbətləşdi: MƏTİN

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir