elnure mustafayeva

Ginekoloq: “Bu hallarda keysəriyyə kəsiyi qaçılmazdır” – MÜSAHİBƏ

Baxış sayı: 1. 255

Gencaile.az saytının “Həkimim” rubrikasının bu dəfəki qonağı ginekoloq Elnurə Mustafayevadır.

–        Son dövrlərdə hamiləlikdə yaranan ən aktual problemlər hansılardır?

– Hamiləliyin 1-ci trimesterində ən çox rast gəlinən problem hamiləlik toksikozudur, buna hamiləlik zəhərlənməsi də demək mümkündür. Ürəkbulanma, qusma, yuxululuq, iştahasızlıq, ümumi halsızlıqla özünü biruzə verər.

İkinci ən çox rast gəlinən problem Gestosional diabet (hamiləlik diabeti) problemidir, qanda qlükoza (şəkər) yüksəlməsi, artıq çəki, iştahanın artması, dölün böyük olması, dölyanı mayenin miqdarının artması və s. ilə özünü biruzə verir.

Həmçinin ehtiyat etdiyimiz və əsasən də 3-cü trimestrdə rastlanan hamiləlik problemi olaraq Preklampsiyanı qeyd etməliyik. Yüksək təzyiq, etraflarda şişkinlik, baş ağrısı, sidikdə zülal, qan və qaraciyər testlərində dəyişiklik müşayiət oluna bilər.

–        Tibbin hazırkı inkişaf səviyyəsində sonsuzluq necə qəbul edilir? Sonsuzluğun əsas əlamətləri nələrdir? Bir cütlük bundan nə zaman şübhələnə bilər?

– Sonsuzluq problemi bugünkü gündə də aktualdır. Toplumumuzda hər 6 cütlükdən biri bundan əziyyət çəkir. Yalnız sevindirici haldır ki, günümüzdə əksər problemlərin çarəsi vardır və nəticələr müsbətdir.

Sonsuzluq övlad arzusunda olan cütlüyün 1 il müddətində müntəzəm cinsəl yaxınlığına baxmayaraq hamiləlik əldə edilməmə vəziyyətidir.

–        Ölkəmizdə süni mayalanma ilə bağlı hazırkı vəziyyət necədir? Cütlüklər buna nə dərəcədə maraq göstərir?

Hal-hazırda əhalinin dünya görüşü, təhsil vəziyyətinin artması ilə əlaqədar cütlüklərin daha başarılı müalicə metodu olaraq süni mayalanma proqramına üz tutması artmışdır.

– Keysəriyyə əməliyyatını hansı hallarda qaçılmaz hesab etmək olar?

Doğum zamanı uşağın və ananın problem yaşayacağı ehtimal olunan bütün vəziyyətlərdə keysəriyyə kəsiyi qaçınılmazdır.

–        İndi isə keçək oxucularımızı maraqlandıran konkret suallara.

Oxucumuz öz müayinəsinin cavabı ilə bağlı sual verir: BPD=84mm, AƏÖ=110 mm (35 həftəyə uyğundur) FL=68 mm (uyğundur 36 həftəyə), AC=95mm (uyğundur 35 həftəyə) PS=130 vurğu/dəq. Ancaq hamiləlik müddətdir menstrual tsikillə 38 həftəlikdir. Ölçülərin belə formada olması nə ilə əlaqədardır?

– Dölün inkişafında sıxıntılı olmasının digər əlamətləri (cift qocalması, dölyanı mayesində azalma, NST göstəricilərində pisləşmə) müşayiət edərsə, bir an öncə doğum həyata keçirilməlidir.

–        Hamiləlikdə uşaqlıq və kiçik çanaq venalarında varikoz genişlənmə olarsa, təbii doğum təhlükəlidirmi?

Uterin arterin (uşaqlıq arteriyası) doppler müayinəsində sıxıntı yoxsa, normal doğum mümkündür.

–        Amniotik mayenin xırda dispersli və miqdarının normadan bir qədər az olması hər hansı bir narahatlıq yarada bilərmi?

– Hamilə müntəzəm təqibdə olmalıdır, əgər amneon mayesi azalmaqda davam edərsə, təcili müdaxilə gərəkdirə bilər. Bu hal əsasən dölün sidik-ifrazat və həzm sistemində olan pozğunluqlarla, inkişaf geriliyi və ciftin qidalandırma funksiyasında baş verən düzənsizliklə əlaqədar ola bilər.

 

–        Dölün simmetrik hipotrofiyası 0-1 dərəcə 37-38 həftəlik hamiləliyə görə nə qədər təhlükəlidir?

– Bu hal təqib gərəkdirir, döldə sızıntı yaranarsa, bir an öncə müdaxilə edilir.

–        Plasentanın yetişkənliyinin 3-cü dərəcə olması doğuşun yaxınlaşdığının göstəricisidirmi?

– Bəli.

–        Dölün sol böyrəyində ləyənciyin genişlənməsi (12mm) doğulacaq körpəni necə narahat edə bilər?

– Körpə doğulduğunda böyrəyin ultrasəs müayinəsi təkrarlanmalıdır.

Söhbətləşdi: Səbinə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir