Qumru Eyvazova

Avaralıq və onun məsuliyyəti – “VƏKİL BÜROSU”

Baxış sayı: 715

İtaliyanın məşhur Portofino vilayətində oktyabr ayından turistlərə yeni qadağa tətbiq edilməyə başlanılıb. Qadağanın mahiyyəti ondan ibarətdir ki,  vilayətin “qaynar nöqtələrdə “selfi”çəkdirən turistlər üçün” “Avaralığa” görə 275 avro cərimə müəyyən edilmişdir. Vilayət rəhbərliyi hələ də avaralığın konkret nəyi nəzərdə tutulduğuna münasibət bildirməyib. Lakin bu cərimə onunla izah olunur ki, bəzi yerlərdə çoxlu turist izdihamı nəqliyyat və təcili yardım xidmətlərinə mane olur və buna görə də nəqliyyatın hərəkətində çətinliklər yaranır. Yeni qaydalar turistlərin tez-tez toplaşdığı iki “qırmızı zona”ya şamil edilməyə başlanılıb.

 

Tarixə nəzər yetirsək “Avaraçılıq” hansı dövrlərdə daha çox qanunla tənzimlənirdi?

Rusiya imperiyasında bəzi qanunvericilik aktlarında “Avaraçılıq” sözü işlədilirdi, lakin Avaraçılıq özlüyündə qanun pozuntusu kimi hesab edilmirdi. Lakin sonradan Sovet İttifaqı yarandıqda, 1918-ci il Konstitusiyasının (eləcə də 1924-cü il SSRİ Konstitusiyasının) əsasını təşkil edən əsas prinsiplər kimi “İşçi və istismar olunan insanların hüquqlarının bəyannaməsi” təsdiq edilmişdir ki, orada da “Qazanmamış gəlirlə yaşayan və ya muzdlu əməkdən istifadə edən şəxslər siyasi hüquqlardan məhrum edilirdilər” kimi maddə öz əksini tapmışdır.

SSSR-i Cinayət Məcəlləsinin 209-cu maddəsində Avaraçılıq anlamına üç müxtəlif forma  müəyyən edilmişdir. Bu elementlərə – “avaralıq, dilənçilik, fərqli parazit həyat tərzi sürmək” kimi əməlləri təsdiq edilmişdir. Uzun müddət həyata keçirilən digər avara həyat tərzi konsepsiyasına o hallar daxil idi ki, “şəxs ictimai faydalı işdən yayınır və ardıcıl 4 aydan çox və ya ümumilikdə 1 ildən çox qazanılmamış gəlirlə yaşayır və bununla əlaqədar bu həyat tərzinin yolverilməzliyi ilə bağlı rəsmi xəbərdarlıq edilir”. Bu halda, inzibati orqanlar tərəfindən dəfələrlə xəbərdarlıq edildikdən sonra, davam etdirilən sistemli avaralıq və ya dilənçilik 2 ilədək müddətə azadlıqdan məhrum etmə və ya 6 aydan 1 ilədək müddətə islah işləri ilə cəzalandırılırdı.

 

 Bəs Azərbaycanda avaralıqla məşğul olmaya dair hansı qanunvericilik qüvvədədir?

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 523-cü maddəsində  “Avaralıqla məşğul olma” maddəsi müəyyən olunmuşdur.

Həmin maddədə göstərilən bəndlərə əsasən, avaralıqla məşğul olmağa görə – vətəndaşlar xəbərdarlıq edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 10 günədək müddətə inzibati həbs tətbiq edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xəbərdarlıq edilir və ya 20 manatdan 25 manatadək məbləğdə cərimə edilməklə və ya edilməməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. Yetkinlik yaşına çatmayanın yetkinlik yaşına çatmış şəxs tərəfindən avaralığa cəlb edilməsinə görə  isə 50 manatdan 90manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 5 gündən 15 günədək müddətə inzibati həbs tətbiq edilir.

Xüsusi olaraq qeyd etmək yerinə düşər ki, bu maddədə “avaralıqla məşğul olan” dedikdə – müəyyən yaşayış yeri və yaşamağa vəsaiti olmayan, hər hansı ictimai faydalı işlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada işaxtaran və ya işsiz kimi qeydiyyata alınmış şəxslər istisna olmaqla), mütəmadi olaraq xırda oğurluq və ya dilənçilik yolu ilə dolanan şəxslər başa düşülür.

    

Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova

    




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir