idman

Fiziki məşqin faydaları və zərərləri

Baxış sayı: 144

Bədən tərbiyəsi həm fayda, həm də zərər verə bilər. Bunu rusiyalı reabilitasiya mütəxəssisi Yeqor Konyuxov “Smotrim” platformasına müsahibəsində bildirib.

Bütün həkimlər bildirirlər ki, insanın fiziki fəaliyyətə ehtiyacı var- kardioloq, nevroloq, cərrah, hətta nevroloq və psixiatr. Müntəzəm məşqlə ürək-damar sistemi, vestibulyar və dayaq-hərəkət sistemi güclənir, əzələ korseti ahəngdar şəkildə formalaşır ki, bu da düzgün duruş və onurğa sağlamlığını təmin edir.

Ancaq ən sadə məşqləri belə səhv yerinə yetirməklə zədə ala bilərsiniz.

Bu baxımdan, üzgüçülük tamamilə hər kəsə tövsiyə olunur, bu, mümkün olan ən təhlükəsiz idman fəaliyyətidir. Ancaq bu zaman belə üz suya batırılmalı, boyun, torakal və bel fəqərələri eyni xəttdə olmalıdır. Əks halda onurğa xəstəlikləri ağırlaşa bilər.

Yoqa, dartınma və buna bənzər fəaliyyətlər də diqqət tələb edir. Çünki onlar uzanmağa ehtiyac olmayan əzələlərin uzanması ilə əlaqələndirilir.

Gündən-günə qaçış dəb halına gəlir, çox vaxt arıqlamaq istəyənlər qaçışla başlayırlar. Əslində isə qaçmaq böyük yükdür, xüsusilə də dizlər üçün “işgəncədir”. Belə məşq oynaqları, kürəyi həddindən artıq yükləyir və əlavə olaraq qan damarlarına və ürəyə zərər verir. Asfaltda (bu sərt səthdir) səhv seçilmiş ayaqqabılarla qaçmaq problemləri artırır. Böyük yolların yaxınlığında qaça və hətta gəzə bilməzsiniz. Çünki məşq zamanı çirkləndiricilərlə birlikdə daha böyük həcmdə hava da udulur.

“Bundan başqa, xroniki xəstəlikləriniz varsa, məşqdən əvvəl həkiminizlə məsləhətləşməlisiniz”, -deyə Konyuxov vurğulayıb.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir