gUNAY iSMAY;LOVA

İnklüziv sinfin təşkili alqoritmi – MÜTƏXƏSSİS YAZIR

Baxış sayı: 628

Niyə inklüzivlik effektlidir? İnklüziv təhsillə bağlı beynəlxalq praktikaya görə, bir sinifdə təhsil alan müxtəlif (o cümlədən psixi) xüsusiyyətləri olan (xüsusi qayğıya ehtiyacı olan) şagirdlərin sayı 5-10% olmalıdır. Bu böyüklərin( pedaqoji heyyətin, valideyinlərin) və uşaqların qarşılıqlı empatiya hissinin formalaşdığı, şagirdlərin bacarıqlarını nümayiş etdirə bilmələri üçün sağlam təhsil mühitidir. Bəzi çətinliklər səbəbindən heç bir uşaq və ya şəxs sosial cəmiyyətdən təcrid olunmamalıdır. Əgər bir uşağın, məsələn, nitqində çətinlikləri varsa, nitqin tələb olunduğu məşqlərdən imtina etmək üçün bir səbəb olmadığını başa düşmək vacibdir. Əksinə, elə tapşırıqlar düşünmək lazımdır ki, müxtəlif səviyyəli nitq qabiliyyəti olan uşaqlar dinamika qazana bilsinlər. Başqa bir nümunə: fiziki əlilliyinə görə qaça bilməyən uşağın qaçmasını tələb edəcək məşqlərə ehtiyacı yoxdur. Bunun əvəzinə hakim ola biləcəyi ümumi fəaliyyətə kommunikativ daxil edilə bilər. Biz aydın şəkildə ayırd etməklə çatışmazlığa müsbəttəsirlə inkişafda dinamika qazana bilərik.

 

 

yi dəyişdirmək lazımdır?

1) Müəllimin yanaşması – İnklüziv siniflərdə müəllim həm tədrisin təşkilinə, həm də şagirdlərin qarşılıqlı münasibətlərinin formalaşmasına cavabdehdir. Bunun üçün müəllim qeyri-adekvatlıqdan təsirlənən şagirdlərə xüsusi yanaşmalı, sinfin idarə edilməsinə yönəlmiş bilik və bacarıqlara sahib olmalıdır. Müəllimin göstərdiyi müsbət davranışlar zamanla digər şagirdlərin də sinifdə oxşar davranışlar sərgiləmələri üçün bir model təşkil edəcəkdir.

2) Təhsil ünsiyyətinin təşkili İnsan bir şeylə maraqlanırsa, ona xüsusi diqqətlə yanaşır. Diqqət insanın psixi fəaliyyətinin xüsusi formasıdır, istənilən fəaliyyət üçün zəruri şərtdir. Hər bir müəllim bilir ki, sinifdə şagirdlərin diqqətini xüsusi təşkil etmədən, gündəlik, sistemli iş olmadan tədris materialını tam mənimsəmək mümkün deyil. Şagird nə qədər istedadlı olsa da, əgər onun diqqəti zəif təşkil olunarsa, çox vaxt diqqətsiz və təfəkkürsüzdürsə, onda həmişə bilik boşluqları olacaq. Deməli, hər bir tədris materiaını mənimsətmək üçün şagirdlərin maraqlarına uyğun üsul və vasitələrdən istifadə edərək diqqəti mövzuya yönəltmək vacibdir. Maraq dairələrinin aşkarlanması həmfikir sinif yoldaşlarını bir-birinə yaxınlaşdırır, əldə ediləcək məqsədlərə diqqəti yönəldir, “öyrətməklə, mən öyrənirəm” prinsipinin həyata keçirilməsi, əldə edilmiş təcrübə və biliklərin başqa uşağa ötürülməsi, yenilənməsi prosesində möhkəmlənir.

3) Uşağın təhsil alacağı mühitSinif otağının fiziki mühiti şagirdlərin təhlükəsiz və rahat hərəkət edə biləcəyi şəkildə təşkil edilməlidir. Otağının temperaturu, havalandırması, işıq vəziyyəti də uyğun iş şəraitini yaradan amillərdəndir. Müvafiq mebel seçimi, oturacaqların tənzimlənməsi, lövhənin masaların hündürlüyünə uyğunlaşdırılması və sinif qaydalarının təşkili effektiv sinif idarəçiliyinin vacib şərtidir. Eyni zamanda dəyərlər siyahısını hazırlayıb sinifdə yerləşdirərək uşaqlarla onların valideynlərini inklüzivliyə necə cəlb edəcəklərini müzakirə etmək məktəb-şagird-valideyn birliyini möhkəmləndirər.İnklüziv mühit– böyüklərin və uşaqların qarşılıqlı empatiya və xoş,açıq münasibət qura bildikləri psixoloji təhlükəsiz mühitdir.

inkluziv tehsil

Nəticə. Fərqliliyin olması yeni bacarıqların, biliklərin və davranışların mənimsənilməsinə mane olmur. Hər bir şagirdin öyrənmə sürəti fərqlidir. Əhəmiyyətli olan onların nə edə biləcəyini bilmək və edə bilməyəcəkləri barədə müvafiq göstərişlər verməkdir. Müəllim şagirdləri təlim prosesinə cəlb etməli, davamlı olaraq yoxlayaraq onları yeni bacarıqlar əldə etməyə istiqamətləndirməli və ruhlandırmalıdır. Müəllim tədrisdən əvvəl və sonra şagirdlərin bacarığını və inkişaf dinamikasını qeyd etməlidir. Təlimdə “Güzgü” effektini tətbiq etməklə sağlam funksiyaları kopyalamaqla idrak, mənimsəmə, araşdırma, tətbiqetmə prosesinivərdişə çevirmək mümkündür. Əgər davranış. istəilən kimi dəyişibsə, tətbiq olunan proqram təsirlidir. Əgər dəyişməyibsə, müəllim tədris prosesini və edilən tənzimləmələri nəzərdən keçirərək daha təsirli tədris modellərini sınamalıdır. Bu prosesləri bir anda formalaşdırmaq mümkün deyil, çünki, inklüziv təhsil müxtəlif yanaşmalardan istifadə tələb edən uzunmüddətli prosesdir.

 

Günay İsmayılova

“İnclusive Edu Academy” şirkətinin rəhbəri, İnklüziv təhsil mütəxəssisi, ADPK-nin müəllimi




7 şərh “İnklüziv sinfin təşkili alqoritmi – MÜTƏXƏSSİS YAZIR

  1. Rəhman

    Bu məqalə inklüziv siniflərin təşkilinin alqoritmik yanaşmasını çox yaxşı təqdim edir. Təqdim olunan metodlar və strateji yanaşmalar real dünyada tətbiq olunmaq üçün çox faydalıdır.

    Cavabla
  2. Aydan İ.

    Məqalənin strukturu və təqdim olunan misallar, bu alqoritmlərin necə tətbiq olunduğunu başa düşməyi asanlaşdırır. Bu cür detallı yanaşmalar, təhsil mütəxəssisləri üçün çox faydalıdır və inklüziv təhsilin keyfiyyətini artırmağa kömək edə bilər.

    Cavabla
  3. Sebuhi Namazov

    İnklüziv siniflərin təşkili üzrə çox faydalı və təhlil edilmiş məlumatlar aldım bu yazıdan. Təqdim olunan alqoritmlər və təkliflər, inklüziv təhsilin uğurla həyata keçirilməsini təmin etmək üçün praktiki yanaşmalar təqdim edir.

    Cavabla
  4. Qabil müəllim

    Yazını oxumamış rəyləri oxudum. Məncə, bu rəylər məqalənin keyfiyyətini və təqdim etdiyi məlumatların praktik faydalılığını vurğulayaraq oxucuların məqaləyə olan müsbət münasibətini əks etdirir. Təşəkkürlər Günay xanıma

    Cavabla
  5. Günay

    Yazının bir az əvvəl yerləşdirilməsinə baxmayaraq 4 keyfiyyətli rəy alması məni çox sevindirir, məsuliyyət və araşdırma hissimi daha da artırır. Təşəkkür edirəm.

    Cavabla
  6. Səriyyə

    Bu formada təhsil uşaqların sosial və akademik inkişafını dəstəkləyərək, onların cəmiyyətə daha yaxşı inteqrasiya olmalarına kömək edir.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir