Nermin Seferova 1

Arterial hipertenziya haqda bilmədikləriniz

Baxış sayı: 404

Arterial hipertoniya çox geniş yayılmış bir xəstəlikdir.  Arterial hipertoniya dedikdə, yəni qan təzyiqinin yüksəlməsi nəzərdə tutulur. Qan təzyiqi millimetr civə sütunu ilə ölçülür və iki ədədlə göstərilir. Birincisi (sistolik təzyiq) ürək əzələsinin yığılması zamanı, ikincisi isə (diastolik təzyiq) ürəyin iki yığılma arasında yaranan təzyiqin göstəricisidir.

 

Arterial hipertoniya qorxulu bir xəstəlikdirmi?

Bəli, qorxuludur. Qorxulusu ondan ibarətdir ki, çox vaxt xəstələr özləri bunu bilmirlər, geç  həkimə müraciət edirlər, ağırlaşmalarla müraciət edirlər. Arterial hipertoniya birincili və ikinci olur.

Birincili arterial hipertoniya – “essensial hipertoniya” və yaxud da “hipertoniya xəstəliyi” də deyirlər. Təqribən alterial hipertoniyalı xəstələrin 90 faizində birincili hipertoniya, yəni hipertoniya xəstəliyi olur.

 

Birincili hipertoniya dedikdə nə başa düşürük?

Yəni bunu törədən hansısa bir xəstəlik yoxdur. Bu özü bir xəstəlikdir.

Ancaq buna baxmayaraq, onun yaranmasına şərait yaradan faktorlar var. Bu faktorlar hansılardır? İrsiyyət – yəni kimin irsiyyətində arterial hipertoniya varsa da, onun bu xəstəliyə tutulma ehtimalı, riski daha çoxdur. Köklük – yəni artıq çəki. Sonra düzgün qidalanmamaq, siqaret çəkmək, duz istifadəsi, streslər bu xəstəliyə şərait yaradır.

İkincili hipertoniya

İkincili hipertoniya dedikdə isə, bu daha çox cavan yaşlarda rastımıza çıxır. Bu xəstəliyi törədən hansısa bir xəstəlik var. Bu, adətən, ya böyrək xəstəliyi olur, ya böyrəküstü vəzinin xəstəlikləri olur, qalxanvari vəzinin xəstəliklərində, kəllə-beyin travmalarından sonra, anadangəlmə bəzi ürək qüsurlarında, bəzi dərman preparatlarının qəbulu, yuxu apnoesi deyilən bir hal var, bu hallarda ikincili hipertoniyaya biz rast gəlirik.

Dediyim kimi, daha çox cavan yaşlarda biz bunu və yaxud da rezistiv hipertoniya deyirik. Bir neçə dərmanla əgər təzyiq düşmürsə, biz bu ikincili hipertoniyadan şübhələnib bunu daha çox araşdırıb axtarırıq səbəbini.

Bu hansı ağırlaşmalar ola bilər? Uzun illər təzyiqə məruz qalan damarlar, orqanlarda dəyişikliklər gedir və nəticədə ürək damar xəstəliklərinə tutulma riski bu insanlarda bir neçə dəfə, qat-qat artır. İnfarktla, ürək çatışmazlığı ilə, aritmiyalarla bunlar müraciət edə bilərlər. Yəni bu fəsadlara gətirib çıxarır.

Onlar başqa insult, həm işemik insult, həm hemorogik insult riski bu xəstələrdə qat-qat yüksək olur. Sonra görmə qabiliyyətinin pozulması korluğa qədər gətirib çıxara bilər.

Böyrək funksiyasının pozulması, hətta bəzən xəstələr artıq dializ mərhələsində, terminal mərhələdə belə müraciət edirlər. Sonra ayaq damarlarında problemlərlə müraciət edə bilərlər. Bunlar hamısı təzyiqin fəsadlarıdır.

Bu fəsadların olmaması üçün vaxtında təzyiqi aşkarlamaq, əgər ən azı 2 ölçmədən müxtəlif günlərdə təzyiq 140/90-dan, amma evdə ölçmədə 135/85-dən yuxarı rəqəmlərdə olursa da, mütləq həkimə müraciət eləməlidir və ona müalicə təyin olunmalıdır.

Bu xəstəlik, müasir dövrdə qlobal sağlamlıq problemləri arasında ön sıralarda yer alır və ciddi  sağlamlığımızda problemlere yol açır. Arterial hipertenziyanın yaranma səbəbləri çox müxtəlifdir bunlara aid olan faktorlar haqda aşağıdakıları demək olar.

1) Genetik faktorlar

Genetik faktorlar arterial hipertenziyanın inkişafında mühüm rol oynayır.Genetik meyllilik müxtəlif qan təzyiqi tənzimləmə sistemlərindəki dəyişikliklərlə əlaqəlidir, məsələn:

Renin-angiotensin sistemi: Renin, angiotensin və aldosteron kimi hormonların qeyri-adi səviyyələri qan təzyiqinin artmasına səbəb ola bilər.

Sodium inteqralı: Genetik olaraq natriumun orqanizmdə saxlanılması və atılması ilə bağlı proseslərdə dəyişikliklər qan təzyiqini artıra bilər.

Arterial hipertenziyanın yaranmasında ətraf mühit və həyat tərzi faktorları əhəmiyyətli rol oynayır:

Duz istehlakı: Yüksək duz istehlakı qan təzyiqini artıraraq, böyrəklərin natrium və suyun saxlanmasına səbəb ola bilər.

Fiziki aktivlik: Az fiziki aktivlik qan damarlarının elastikliyini itirərək qan təzyiqinin yüksəlməsinə gətirib çıxara bilər.

Çəki: Overweight və obezite arterial hipertenziya riskini artırır, çünki əlavə bədən yağı qan damarlarının daralmasına və ürək yükünün artmasına səbəb olur.

Alkoqol və tütün istifadəsi: Alkoqolun yüksək istehlalı və tütün məmulatlarının istifadəsi qan təzyiqini artıran faktorlar arasında yer alır.

 

2) Bioloji və fiziki faktorlar

Bir çox bioloji və fiziki faktorlar arterial hipertenziyanın inkişafına təsir göstərə bilər:

Böyrək problemləri: Böyrəklərin düzgün işləməməsi qan təzyiqini tənzimləmə qabiliyyətini azaldır və hipertensiyaya yol açır.

Hormon düzənsizliyi: Adrenal və tiroid hormonlarının qeyri-düzgün səviyyələri qan təzyiqinin artmasına səbəb ola bilər.

Ateroskleroz: Damar divarlarında qan damarlarının daralmasına və qan təzyiqinin yüksəlməsinə gətirib çıxarır.

Xroniki stress: Uzunmüddətli stress və emosional gərginlik qan təzyiqini artıraraq arterial hipertenziya riskini yüksəldir.

 

Nərmin Səfərova

Qastroenteroloq-terapevt

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər 099 700 87 87 mobil nömrəsi ilə birbaşa Nərmin Səfərova ilə əlaqə saxlaya və ya https://www.instagram.com/qastroenteroloq_dr.nermin/?igsh=MTJqZjdwMXRveHl0Yw%3D%3D&utm_source=qr instagram hesabı vasitəsiylə kontakt qura bilərlər.)




9 şərh “Arterial hipertenziya haqda bilmədikləriniz

  1. Ənvər Rzayev

    Arterial hipertoniya barədə qeyd olunan təhlükələr və müalicə zərurəti çox yerindədir. Amma “qorxulu” sözü yerinə daha neytral bir dildən istifadə etmək olar, məsələn, “təhlükəli” və ya “ciddi” kimi.

    Cavabla
  2. Elşən İsmayılov

    Yazınız arterial hipertoniya haqqında çox ətraflı və dolğun məlumat təqdim edir. Sistolik və diastolik təzyiq arasındakı fərqləri aydın şəkildə izah etmisiniz və yazıda birincili və ikincili hipertoniya arasındakı fərqləri çox yaxşı açıqlamısınız. İkincili hipertoniya ilə bağlı verdiyiniz nümunələr, bu mövzunu daha da aydınlaşdırır. Yazının fəsadlar və müalicə hissələri xüsusilə qiymətlidir. Ümumilikdə, çox informativ və dəqiq bir məqalədir.

    Cavabla
  3. Taryel Qasimov

    Cox maraqla oxudum. Bele yazilarin cox olmasi hekime getmek ucun maddi gucu olmayan insanlarcun cox onemlidir. Tesekkur edirem oz adimdan.

    Cavabla
  4. Elnarə

    Nə nur üzlü xanımdı maşallah. Saytı çoxdan izləyirəm, amma ilk dəfədir bu həkimi görürəm. Bəxtin gözəl olsun, gözəl qızım

    Cavabla
  5. Könül İsgəndərova

    Hipertoniya nəticəsində yaranan ağırlaşmaların dəqiq və ətraflı təsvir edilməsi oxucuların xəstəliyin potensial fəsadlarını başa düşməsinə imkan yaradır. Bu, xəstələrin vaxtında tibbi müdaxilə üçün daha həssas olmalarına səbəb ola bilər.

    Cavabla
  6. Cəmilə Pərviz

    Qan təzyiqinin necə ölçüldüyü və hipertoniya növlərinin necə təsnif edildiyi aydın şəkildə izah edilmişdir. Bu, oxuculara mövzunu daha yaxşı başa düşməyə və öz sağlamlıqları haqqında məlumatlı qərarlar verməyə kömək edəcək. Belə mövzularla sadə vətəndaşları aydınlatdığınız üçün minnətdaram sizə

    Cavabla
  7. Nəzrin Cabbarova

    Çox sağ olun dəyərli həkim sadə insanlarin başa düşəcəyi dildə izah üçün🙏🏻

    Cavabla
  8. madina

    Çox açiq şəkildə izahi verilib təzyiq xəstəliyinin belə işininin peşəkari gənc həkimlərimiz sağ olsun. Öd daşi barədə də paylaşim edərdiz məlumatlanardiq.

    Cavabla
  9. Səidə Asim

    Mence hazirda ekser adamlar tezyiq probleminden eziyyet cekir. Hetta yasi az olanlarda da var. Buna gore aktual movzuya toxunmusunuz. Tesekkur edirem.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir