internet

Ailədə sevgi görməyənlər internetə aludə olur?!

Baxış sayı: 1. 506

İnformasiya texnologiyaları sahəsində ən sürətli inkişaf edən sahələrdən biri də internetdir. Hazırda internet yaşamaq üçün vacib amillərdən birinə çevrilib. Bu gün insanların əksəriyyəti həm işləmək, həm də əylənmək üçün vaxtının böyük bir hissəsini kompüter qarşısında keçirir. Internetin günü-gündən inkişafı insanların həyatını interaktiv mühitə keçirir. Artıq insanlar distant təhsil və iş, e-hökümət, e-ticarət kimi yeni xidmətlərdən istifadə edirlər. Virtual dünyada bioloji və sosial cins yox, informasiyaya olan tələbat və bu mühitdə işləmək bacarığı əsasdır. Bu da illərdir kişi və qadın işləri arasında olan fərqlilikləri aradan qaldırır. Bu mühitdə fiziki güc yox, ağıl daha əsasdır. Amma bütün bu üstün keyfiyyətlər özü ilə yeni problemlər də gətirdi. Artıq insanlar internetdən istifadənin sərhədlərini müəyyənləşdirməkdə çətinlik çəkirlər. Bu da onların sosial mühitdən təcrid olunmasına səbəb olur. Real həyata adaptasiya ola bilməyən, insanlarla danışmaqda müəyyən kompleksləri olan insanlar virtual aləmə daha çox meyl edir bu da özü ilə yeni problemlər yaradır. Kompüterdən istifadənin sağlamlığa vurduğu ziyandan çox danışılıb.

Biz bu dəfə ailədaxili münaqişələrin artmasında internetin rolu barədə danışacağıq. Bunun fərdi məsələ olduğunu deyən psixoloq Asəf Kərimovun fikrincə, qadın və ya kişi ailəsinə bağlı deyilsə internet olmasa belə bu münaqişə istənilən halda yaranacaq. Internetdən istifadə o zaman problem yaradır ki, qadın və ya kişi ailəsini unudub saatlarla kompüter qarşısında oturur və lazım olan funksiyanı yerinə yetirə bilmir. Konflikt də konflikt yaradır və əvvəlki problemlər yada düşür. Bu problemlərdən çıxış yolu kimi qadın və ya kişi saatlarla internet qarşısında oturur və qadın kişi, kişi isə qadın tanışlıqlara meyl edir. Nəticədə partnyoruna diqqəti azalır, qısqanclıq artır.

Ailədə sevgi görməyənlər internetə aludə olur?!

Problemin kökü

“Amma düşünürəm ki, məsələnin kökünü araşdırmaq, lazımdır deyən psixoloq onu da əlavə etdi ki, aydınlaşdırmaq lazımdır- gənclər hansı əsaslarla ailə qururlar. əgər qarşılıqlı sevgi, sayğı yoxdursa bu zaman internet olmasa belə adi telefon danışığı, sms belə problem yarada bilər. Internet daha çox qığılcım rolunu oynaya və söz-söhbətin yaranmasına səbəb ola bilər. Konfliktin daha da dərinləşməsi zamanı keçmiş hadisələr yada düşür və ailə münaqişələri və hətta məişət zorakılığına belə səbəb ola bilir. Ailə yaxınlarının müdaxiləsi isə problemi daha da genişləndirir. Yaxınlardan bir hissə qadının, digəri isə kişinin tərəfində olur. Beləliklə də adi bir münaqişə, böyüyür ayrılmalara belə səbəb olur.

Image result for ailə internet

Səbəbləri

Əslində problemin fəsadları haqqında danışarkən həm də düşünməliyik ki, qadın və ya kişi nə üçün internetə, çata, yeni tanışlıqlara bu qədər çox meyl edirlər. Hansı ehtiyac ailəli birinin interneti ailədən daha üstün tutmasına əsas verə bilər? Bəlkə ailədə görünməyən problem onların başqalarına meyl etməsinə səbəb olur? Əgər belədirsə bu daha böyük bir problemdən xəbər verir. Deməli həmin insanlar hələ də ailənin nə demək olduğunu tam dərk etmədən evləniblər. Müsahibim deyir:”İstər qadın, istər kişi öz istəyi, sevgisi olmadan, ailənin nə olduğunu dərk etmədən, kiminsə məsləhəti ilə ailə qurursa bir müddət sonra yeni macəralar axtaracaq. Bu hiss həm qadın, həm də kişilərdə mövcuddur. Təəssüf ki, bizim cəmiyyətdə psixoloqa müraciət etmək ənənəsi yoxdur. Xüsusən də kişilər bunu təhqir kimi qəbul edirlər. Belə əsaslandırırlar ki, bir kişi psixoloqa gedirsə bu zəiflik əlamətidir. Amma adi münaqişə yaranarkən belə psixoloqa müraciət etsələr bəlkə də, problem daha tez həll olar. Lakin bizim cəmiyyətdə bu məsələ ilə bağlı ciddi stereotip olduğuna görə bunun əvəzində, problemin həllini internet, çat ,yeni tanışlıqlarda görürlər. Xüsusilə də ailədə ilk 5 il daha təhlükəlidir. Bu dövrdə qadın anası və ya qaynanasının təsirindən çıxa bilmir, o buna qarşı etiraz edə bilmədikdə daxili srtess , narahatlıq, problemlər artır, bu zaman da o çıxış yolunu başqaları ilə yeni ünsiyyətlərdə görür. Bu da münaqişənin genişlənməsinə səbəb olur. Amma problemi təkcə internetdə görmək olmaz, hətta telefon danışığı kimi adi məsələlər belə qısqanclığa ayrılıqlara, səbəb olur.”

Beləliklə mütəxəsislər məsləhət görür ki, ailənizin bu xəstəliyin qurbanı olmasını istəmirsizsə, internetdən istifadə vaxtınıza nəzarət edin, ən adi problemlər yaranarkən belə bunu mütəxəssis yardımı ilə həll eməyə çalışın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir