Ruzanna Besirova

Ailə büdcəsinin planlaması necə olur?

Baxış sayı: 454

Ailə büdcəsi müəyyən bir müddət ərzində bütün ailə üzvlərinin imkanlarını təsvir edən gəlir, xərc və əmanət planıdır.

Yəni ailənin bir və ya bir neçə üzvi tərəfindən qazanılan, bir və ya bir neçə üzvi tərəfindən və ya üzvünə xərclənilən və saxlanılan gəlir və xərcdir.

Ailə büdcəsi ailə tərkibinə görə dəyişsə də, təsnifat olaraq sabit və dəyişkən gəlir və xərcə bölünür.

Sabit gəlir, ailə üzvlərinin sabit olaraq aylıq gəliridir ki, hər ay sabit olaraq qalır. Sabit gəlir adətən daimi və sabit maaşlı iş və təqaüdlərdə olur.

Dəyişkən gəlir hər aya görə dəyişir, elə buna görə də, dəyişkən gəlir adlanır. Dəyişkən gəlir adətən satış sahəsində, layihələrlə, birbaşa müştərilərlə və bonus sistemi ilə  işləyən şəxslərdə olur.

İstər dəyişkən, istərsə də sabit gəlirli ailələrdə belə ailə büdcəsi planlaması olduğu zaman gəlir və xərcləri idarə etmək daha rahat olur.

Ailə büdcəsi hər ailəyə individual olaraq dəyişir. Buna görə də büdcə planlaması da fərqli ola bilir. Ümumi olaraq isə büdcə planlaması zamanı aşağıdakı xərc və ödənişlər diqqətdə saxlanılır.

1) Kirayə və kommunal xərclər

2) Kredit və borclar

3) Qidalanma (bazarlıq, restoran və s.)

4) Geyim və əşya xərcləri

5) Təhsil xərcləri

6) Sağlamlıq və reabilitasiya xərcləri

7) İstirahət və əyləncə xərcləri

aile budcesi

 

Ailə büdcəsini planlayarkən xərclərin təyinatı ilə yanaşı ailə üzvlərinin soaial statusunu da nəzərə almaq mütləqdir. Məsələn, ailədə uşaq və ya uşaqlar varsa, bu zaman planlamada baxşa, təhsil və əyləncə xərcləri daha qabarıq, yaşlı valideynlər olduğu zaman sağlamlıq və bərpa xərcləri daha qabarıq olur.

Gəlir xərc balansını qorumaq və borca düşmədən büdcəni qaydasında saxlamaq üçün bir sıra bizə kiçik görünsə də ay sonunda şişmiş rəqəm olan xərcləmələrə diqqər etmək lazımdır. Ümumiyyətlə büdcə planlaması individual olduğu üçün ümumi misallar gətirmək bir az çətin olur. Lakin hər birimizin rastlaşdığı bir sıra ümumi hallar barədə danışmaq olar.

Məsələn, bazarlıq xərclərini nisbətən stabilləşdirə bilərik. Belə ki, araşdırmalara görə ehtiyac siyahısı hazırlanaraqedilən bazarlıq zamanı təyin olunan bazarlıq büdcəsi aşılmır və büdcəni nəzarətdə saxlamağa kömək edir.

Büdcənizə daha individual şəkildə nəzarət etmək üçün konsultasiya dəstəyi ala bilərsiniz.

 

Ruzanna Bəşirova

Xərclər üzrə konsultant




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir