gozellik

Bilmədiyiniz 7 gözəllik hiyləsi

Baxış sayı: 186

Gözəl və baxımlı olmaq hər bir xanımın arzusudur. Xoşbəxtlikdən gözəllik vasitələrinə pul xərcləməyə bəzən ehtiyac olmur, çünki bir çox şeylər elə əlimizin altındadır.

 

1. Üzünüzdə olan şişginliyi aradan qaldırmaq və üzünüzə təravətli görüntü vermək üçün duzlu sudan istifadə edin. Dəsmalı duzlu suda isladıb, üzünüzdə 10 dəqiqə saxlayın.

 

2. Dodaqlarınıza həcm verməyə isə diş fırçası vəbadam yağı kömək edər. Yağı dodağınıza tətbiq edin və fırça ilə 1 dəqiqə ərzində masaj edin.

 

3. Dərinizi nəmləndirmək və parlaq etməyə zeytun yağı kömək edər. Üzünüzü buxara verin və 7 dəqiqə ərzdində üzünüzü bu möcüzəvi yağ ilə masaj edin. Qalıcı effekt üçün proseduru 4–5 gündə 1 dəfə təkrarlayın.

 

4. Dərinizi iltihablardan qurtarmaq üçün baldan istifadə edin. Balı dərinizə çəkib, 15 dəqiqə saxlayın. İlıq su ilə yuyun.

 

5. Sızanaqları təcili surətdə soldurmaq üçün ikinci bir vasitə isə göz damcılarıdır. Pambıq diskə bir miqdar göz damcısı tökün. Diski 3–5 dəqiqəlik soyuducunun dərin dondurucu hissəsinə yerləşdirin. Daha sonra sızanağın üzərinə tətbiq edin.

 

6. Göz makiyajını təmizləmək üçün mükəmməl vasitəni ev şəraitində hazırlaya bilərsiniz. 3:1 nisbətində su və zeytun yağını qarışdırın. Demakiyaj vasitəsi sizə xidmət etməyə hazırdır!

 

7. Uzun kipriklərə sahib olmaq isə heç də mümkünsüz deyil. 1/2 kokos yağı il 2-4 damcı lavanda yağını qarışdırın. Kütləni qulaq çöpü ilə kipriklərinizin dibinə və uzunluğu boyu çəkin. Bu proseduru hər gecə təkrarlayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir