Nermine  Abbasova

Çay bədəndəki hansı vitaminləri məhv edir?

Baxış sayı: 497

Çay qəhvədən daha zərərsizdir. Amma çay barədə də bilməli olduğunuz məqamlar var. Bu məqalədə də məhz bu haqda danışacağıq.

Qara çayda tonin adlı maddə orqanizmdə çox toplandıqda, dəmir, sink və kalsiumu məhv edir. Bu zaman ciddi vitamin defisiti yaşanır.

cay

Toninlər B1 vitaminini blok edir. Bildiyiniz kimi, B1 vitamin çatışmazlığı əsəbilik, narahatlıq, stress verir. Gecələr yatdığınız zaman yuxuda kabuslar görə bilərsiniz. Ayaqlarda narahatlıq sindromu yaradır.

Ümumiyyətlə, B1 vitaminini orqanizmdə blok edən bir çox qidalar və içkilər var. Bunlardan əsası qəhvə və çaydır. Eləcə də tonin B12 vitaminini məhv edir, bu da anemiya, qanazlığı, sinir problemləri yaradır. B1 vitaminini orqanizmdə tükədən digər səbəblər: çiy balıq, məsələn suşilər, antibiotiklər, antasidlər, sidikqovucular, qıcolma əleyhinə dərmanlar, virus vaksinləri və s.

CAY

Çaylardakı ikinci problem isə tərkibindəki ağır metallardır; aliminium, qurğuşu və arsen. Ağır metalların olması çayın mənbəyindən asılıdır. Çin çaylarında bu daha çoxdur. Bir çox araşdırmalara görə, Çində yetişdirilən çayların tərkibində ağır pestisit kütləsi də var. Çay aldıqda onun mənbəyinə diqqət yetirilməlidir. Yaponiyada becərilən çay daha zərərsiz və kefiyyətlidir.

Üçüncü zərər hazır çay paketləridir. Bu paketlər kanserogen olan epixlor hiddonla ağardılır. Çay sevərlər B1 vitamini qəbulunu unutmasınlar. Əgər çox çay içirsizsə, B1 və B12 nəzarətdə olmalıdır.

Həmçinin çaydan ifrat istifadə əsəb pozğunluğu, yüksək təzyiq, əl titrəməsi, baş ağrısı və yuxusuzluq kimi hallara səbəb ola, revmatizmdən əziyyət çəkənlərin isə səhhətində problem yarada bilər.

cay

Sağlam mədədəki fosfor turşusu birləşmələri mədə turşusunun sekresiyasını aşağı salır. Yadda saxlayın ki, çayın bir komponenti teofilindir. Teofilin isə bu birləşmənin funksiyasını azalda bilər, nəticədə mədə turşusu xeyli artar. Bu isə öz növbəsində xoranın sağalmasına mane olur. Buna görə də çayın sayını azaldın, tünd çay içməyi isə birdəfəlik tərgidin. Əgər sizə ateroskleroz və hipertinya xəstəliyi diaqnozu qoyulubsa, kəskinləşmə dövründə qırmızı və tünd dəmlənmiş çay içməyin. Belə çay mərkəzi sinir sisteminə qıcıqlandırıcı təsir göstərir. Baş-beyin qabığı bu vəziyyətə düşəndə qan damarları daralır. Bu isə beyində trombun yaranmasına səbəb ola bilər.

Yatmağa az qalmış içilən tünd çay mərkəzi sinir sistemi və baş beyini oynaqlıq vəziyyətinə gətirir, nəbz tezləşir, qanın hərəkəti sürətlənir və yuxuya getmək mümkün olmur.

 

Nərminə Abbasova

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




6 şərh “Çay bədəndəki hansı vitaminləri məhv edir?

  1. Asif Vəliyev

    Yadda saxlayın ki, çayın bir komponenti teofilindir. Teofilin isə bu birləşmənin funksiyasını azalda bilər, nəticədə mədə turşusu xeyli artar.

    Cavabla
  2. Nuranə Quliyeva

    Doktor, hardasa oxumuşdum ki, yatmağa az qalmış içilən tünd çay mərkəzi sinir sistemi və baş beyini oynaqlıq vəziyyətinə gətirir, nəbz tezləşir, qanın hərəkəti sürətlənir və yuxuya getmək mümkün olmur. Bu həqiqətən belədirmi? Mən hər axşam çay içməmiş yatmıram deyə maraqlı gəldi. Mümkünsə, cavablandırın. Öncədən sizə çox sağ olun deyirəm.

    Cavabla
  3. Konul Memmedli

    Çox maraqli movzuya toxunmusunuz cunki cay her zaman heyatimizda yeri olan ickidir. Tesekkurler gozel doktorum

    Cavabla
  4. Aysel Zahidova

    Nezete alsaq ki cayi hamimiz cox icirik onda demek olar ki bu meqale yerine dusur, Cox sag olun hekim

    Cavabla
  5. Gülnarə Məmmədzadə

    Həkim sağ olsun hər dəfə aktual mövzulardan söz açır. Daimi izləyticisiyəm

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir