Qadinlar

Cazibədar görünməyin 9 yolu – QADINLARIN MENYUSUNA

Baxış sayı: 226

Həm gözəl, həm də cazibədar görünməyi bütün qadınlar istəyir. Buna nail olmaq üçün “Gencaile.az” “Ailem.az”-a istinadən xanımlara faydalı məsləhətlər verir.

 

1. Köynək

Köynəklər hər tərz üçün olduqca uyğun parçalardır. Köynəyinizin bütün düymələri bağlı halda ofis üçün uyğun bir görkəmdəsinizsə, üstdən açacağınız bir neçə düymə ilə axşam görüşlərinizə daha seksual qatıla bilərsiniz. Ya da altından geyəcəyiniz dar bir büstiyer ilə bütün düymələri açaraq, kluba, ya da sahilə gedə bilərsiniz.

 

2. Qələm ətək

Qələm ətək klassik bir parça olaraq qəbul edilir və buna görə ofis tərzi üçün mükəmməl bir seçimdir. Amma seksual və feminist görünmək istədiyinizdə də qələm ətəklə bədən xətlərinizi ortaya çıxara bilərsiniz.

 

3. Üstü dar, altı gen

Bu kəsimdə paltar geyinsəniz, olduqca cazibədar görünə bilərsiniz. Bu geyimlər ayaqlarınızı daha seksual göstərər və sinə bölgənizi vurğulayar. Üstəlik geyimin sadəcə bir hissəsi dar olduğu üçün diqqət çəkəcəksiniz.

 

4. Babet ayaqqabı

Hündür daban ayaqqabı geyinmək istəmədiyiniz zamanlarda babet ayaqqabılar rahat olmağınızı təmin edər. Ümumiyyətlə, bu ayaqqabılar demək olar ki, bütün geyimlərlə uyğunlaşır. Təbii ki, ən çox parça şalvarla uyğun gəlir.

 

 5. Qol saatı

 

Qol saatı zamansız bir dəb aksessuarıdır. Hər zaman tərzinizin eleqant görünməsinə kömək edir.

 

6. İdman üslubunda pencək

İş görüşmələri və toplantıları üçün idman tərzində pencəklərdən daha yaxşı seçim ola bilməz. Cins, parça şalvar, mini ətək … Bu pencəklər hər parça ilə uyğunlaşa bilir və sizi cazibədar göstərər.

 

7. Midi ətək

Mini ətək ən çox partilərə, maksi ətək isə sahillərə yaraşır, amma midi ətək demək olar ki, bütün şəraitlərə uyğundur. Klassik bir parçadır və modası əsla keçmir.

 

8. Plaş

Fəsil aralarında sizi hava şərtlərinin qeyri-stabilliyindən qoruyarkən eyni zamanda cazibədarlığınızı artıracaq ən əhəmiyyətli geyim plaşdır. Bir çox plaş modellərinin kəməri olur. Bu kəmərlər sizin belinizin daha zərif görünməsinə şərait yaradacaq.

 

9. Mirvarilər

Mirvarilər gündəlik geyimlərimizdən özəl gecələrə qədər bütün kostyumlarınızla uyğunlaşır. Və feministliyinizi önə çıxararaq zərifliynizi vurğulayır. Həqiqi, ya da saxta olmaları çox da əhəmiyyətli deyil, yetər ki, bir mirvari parçanız olsun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir